Sual 9: İnam məsələsində şübhəyə düşdüyümdən əmələ münasibətdə süst olmuşam. Nə edim?
Sual 9: Dinin əsaslarına inanaraq, dini göstərişlərə əməl etməli olduğumu bilirəm. Amma inam məsələsində şübhəyə düşdüyümdən əmələ münasibətdə süst olmuşam. Nə edim?
Cavab: Bilməlisiniz ki, dinə münasibətdə yaranan şübhələrin banisi şeytandır. Şeytana qarşı bir neçə yolla mübarizə aparmaq olar.
Rəvayətlərdə buyurulur: “Əgər şeytana baş qoşmasanız, ona maraq göstərməsəniz, bir daha sizə tərəf qayıtmaz.” Demək, insan əlindəki işə məşğul olub, şeytanın pıçıltılarına məhəl qoymasa, ondan yaxa qurtara bilər.
“Furqan” surəsinin 77-ci ayəsində buyurulur: “De ki, əgər duanız olmasa Allahım sizə etina etməz.” İnsan şeytandan amanda qalmaq üçün Allaha üz tutmalı, Əhli-beytdən kömək istəməlidir.
Şeytan qafil insanları ovladığından daim Allahı zikr etməli, Onu yaddan çıxarmamalıyıq. İmam Sadiq (ə) buyurur: “Qəflət şeytanın ovlağı, bütün bəlaların köküdür.”
Unutmaq olmaz ki, qəfləti doğuran da şeytandır.
Yuxarıda deyilənlərə əməli münasibət göstərsəniz, uyğun şübhələrdən uzaqlaşmaq olar.
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan