» » Dildə Allaha iman gətirmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dildə Allaha iman gətirmək
    0
    Müəllif: Fatimə Nuri Xuda | 13-11-2016, 17:00 | Baxılıb: 814

     

     

     Dildə Allaha iman gətirmək

     

    Dildə iman gətirmək ona deyilir ki, insanın qəlbinə və ağlına iman daxil olmadan «mən müsəlmanam» -söyləyir. Və yaxud öz dünyəvi mənfəətinə görə özünün müsəlman və Allaha, Peyğəmbərə və imamlara imanı olduğunu bəyan edir. Lakin qəlbində iman gətirmir. Allah-təala belə insanlar barədə Həcc surəsində buyurur:
    وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
    “İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə (dildə) ibadət edər. Əgər ona bir xeyir toxunsa, (din barəsində) arxayın olar (İslamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz verərsə, çöhrəsini dəyişər (İslamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!”2
    Doğrudan da həyatda belə insanlar çoxdur. Dini məclislərdə və ya yığıncaqlarda belə insanlarla rastlaşmaq olur. Dindən söhbət açıldıqda: «Mən də müsəlmanam, ata-babam da müsəlman olub» -deyir. Ondan sonra dindən söhbətə başlayır və heç kəsə danışmağa imkan vermir. Lakin dinin hökmlərinə gəldikdə, onun heç bir hökmünə əməl etmir və yalnız özünü göstərmək üçün dindən söz açır.
    قَالَ الْحُسَيْنُ(ع): أَلنَّاسُ عَبِيْدُ الدُّنْيَا وَالدِّيْنُ لَعِقٌ عَلَى أَلْسِنَتِهِم
    İmam Hüseyn(ə) bu barədə gözəl bir ibarə buyurmuşdur: “Camaat dünya quludur. Və dini də dillərinin lağlağasına çevirmişlər.”1
    Bu hədis insanları açıq-aydın başa salır ki, insanların bəzisi dünyəvi mənfəətə görə dini söz-söhbətə çevirmişlər. Yəni harada dünyəvi bir xeyir görsələr, onun ardınca gedərlər. Dindən də ancaq özlərini göstərmək üçün söhbət edərlər.
    İnsan gərək Allaha qəlbən inam gətirsin. Çünki təkcə dildə iman və inam gətirməyin insana heç bir xeyri yoxdur.
    Xorasandan bir nəfər İmam Sadiq(ə)-ın hüzuruna gəldi. Bir az söhbət etdikdən sonra o, İmama dedi: «Ey Allahın höccətinin nəvəsi, sənin cəddin İmam Hüseyn(ə) qiyam etdi. Bəs sən niyə evdə sakit əyləşmisən? Sənin bizim kimi tərəfdarların olduğu halda, niyə hərəkət edib zalımlardan məzlumların haqqını almırsan?»
    İmam Sadiq(ə) bilirdi ki, onun dediyi bu sözlər sadəcə olaraq sözdür və onlar qəlbən deyilmir. Ona görə də söhbəti dəyişib ondan Xorasandakı vəziyyətdən və müsəlmanların yaşayışlarından soruşdu. Xorasanlı dedi: «Şükür olsun Allaha, Xorasanın vəziyyəti yaxşıdır və səni istəyənlərin hamısı sənə salam göndəriblər».
    O, bir az söhbət etdikdən sonra yenə də dedi: «Ey Peyğəmbər(s) nəvəsi, sənin bizim kimi şiələrin olduğu halda, niyə evdə əyləşib qiyam etmirsən?» İmam Sadiq(ə) ona baxdı və buyurdu: «Sən mənim Allahın höccəti olduğumu qəbul edirsənmi?» Xorasanlı dedi: «Əlbəttə ki, qəbul edirəm.» İmam buyurdu: «Sən məni imam kimi qəbul edirsənmi?» Xorasanlı dedi: «Əlbəttə ki, qəbul edirəm.» İmam Sadiq(ə) evdə yanan təndiri ona göstərib buyurdu: «Elə isə mən sənə əmr edirəm ki, gedib o təndirin içinə girəsən.» Xorasanlı əl-ayağını yığıb dedi: «Ey Peyğəmbər(s) nəvəsi, mən pis bir söz demədim ki, sizin acığınıza gəlsin. Məni niyə təndirə atıb yandırırsınız?»
    Elə bu vaxt İmam Sadiq(ə)-ın yaxın dostlarından biri olan Harun içəri daxil oldu. İmam Haruna buyurdu: «Harun, get gir o təndirin içinə.» Harun bir kəlmə də danışmayıb, düz gedib təndirin içinə girdi. İmam xorasanlıyla söhbət etməyə başladı. Xorasanlı söhbət əsnasında tez-tez təndirə baxıb öz-özünə fikirləşirdi ki, görəsən Harunun aqibəti necə olacaq. Söhbət qurtardıqdan sonra İmam Harunu səslədi. Harun təndirdən çıxıb İmamın hüzuruna gəldi. Lakin təndirin qızmar odu onu yandırmamışdı. Harun təndirə necə girmişdisə, eləcə də sağ-salamat çıxıb İmamın qarşısında dayandı. İmam çöldə otlayan qoyunları xorasanlıya göstərib buyurdu: «Xorasanlı, o çöldə otlayan qoyunları görürsənmi?» Xorasanlı dedi: «Bəli». İmam buyurdu: «Orada neçə qoyun var?» Xorasanlı dedi: «On yeddi- on səkkiz qoyun olar». İmam buyurdu: «Xorasanlı, əgər mənim o qoyunların sayı qədər Harun kimi tərəfdarım olsaydı, mən evdə əyləşməzdim.»
    Odur ki, dildə söz deməkdən əlavə, gərək insanın qəlbində də iman olsun.
    Qeyd etdiyimiz ayə və hədislərdən məlum olur ki, Allaha dildə iman gətirməyin insana heç bir xeyri yoxdur və belə bir iman nə insanı, nə də cəmiyyəti idarə və islah edə bilər.
    2. Əqli dəlillərin vasitəsilə Allaha
    iman gətirmək.
    Allaha iman gətirməyin ikinci mərhələsi odur ki, insan əqli dəlil və sübutlar vasitəsilə, elm və fəlsəfi yol ilə Allahı tanıyıb, Onun ədalətli olmasını, Nübüvvəti, İmaməti və Məadı qəbul etsin. Belə bir imana əqli iman deyilir.
    Ümumiyyətlə, üsulid-dini gərək insan əqli dəlil və sübutlarla əldə etsin. Fiqh alimləri və mərcələr öz risalələrində də qeyd etmişlər ki, üsulid-dində təqlid etmək düzgün deyildir. Üsulid-dini hər bir insan öz elm və savadı çatdığı qədər başa düşüb, dərk etməli və Allahın varlığını, Onun ədalətini, Peyğəmbərin nübüvvətini, İmamın imamətini və məadı (ölümdən sonrakı həyatı, Cənnəti və Cəhənnəmi) əqli sübutlarla əldə etməlidir. Lakin firuid-dində (dinin fəri əməllərində) təqlid etmək vacibdir. Məsələn, insan acıdıqda bilir ki, çörək yemək lazımdır. Çünki bunu ağıl deyir ki, acıdıqda yemək lazımdır. İnsan dinin əsllərini də gərək öz ağlı ilə fikirləşib tapsın.
    Lakin dinin fəri əməllərində müctehidə təqlid etmək vacibdir. Yəni namaz qılmağın, oruc tutmağın və s. əməllərin qaydalarına müctehidin fətvalarına uyğun əməl etməlidir. Məsələn, bir nəfərin ürəyindən şikayəti olduqda həkimə müraciət etdiyi kimi, həkimin məsləhətlərinə əməl etdiyi kimi, gərək firuid-dində də müctehidin fətvalarına əməl etsin.
    Beləliklə də insan gərək əqli dəlil-sübutlar və fəlsəfi yol ilə Allahın varlığını tapıb Ona iman gətirsin. Məsələn, insan yer kürəsinin və ya başqa planetlərin hərəkətinə, dünyanın çürbəcür yaranışlarına baxmaqla Allahı tanıyıb Ona iman gətirməlidir.
    Həzrət Peyğəmbər(s)-in dövründə bir savadsız qoca qadın cəhrə ilə yundan sap hazırlayırdı. Həzrət Peyğəmbər(s) ona yaxınlaşıb soruşdu: «Sən Allahın varlığını necə başa düşürsən?» Qoca qadın işlətdiyi cəhrədən əlini çəkdi, cəhrə dayandı. Sonra Peyğəmbər(s)-ə üzünü tutub dedi: «Ya Rəsulallah, bu kiçik bir cəhrədir və bunu hərəkətə gətirən də mənəm. Mən əlimi onun dəstəyindən çəkən kimi dayandı. Necə ola bilər ki, bu böyüklükdə kainat öz-özünə hərəkət etsin? Mən yəqin bilirəm ki, bu böyüklükdə kainatı hərəkətə gətirən bir qüvvə vardır. Mən bu qüvvəyə Allah deyirəm.» Həzrət Peyğəmbər(s) üzünü əshabına tərəf tutub buyurdu: «Mən sizlərə də belə bir əqidədə olmağı təkid edirəm.»
    Qoca, savadsız bir qadın da öz dəlil və sübutları ilə Allahın varlığını sübut edir. Gərək bütün insanlar öz savad və düşüncələrinin imkanı çatacağı qədər Allahın varlığını sübuta yetirsinlər.
    Quranda Allahın varlığını sübut edən bir çox ayə və surələr vardır. O ayələrdən birini burada nümunə üçün qeyd edirəm. Allah-təala Rum surəsində buyurur:
    وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ
    فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ
    “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır.”1
    Bu və bu kimi ayələr Allahın varlığını və Onun hər bir şeyə qadir olmasını bir daha sübut edir. Əgər bir insan Allahın varlığını sübuta yetirmək istəyirsə, onda aləmin və insanların yaranışına və öz səsinə, rənginə, barmaqlarının izlərinə nəzər salıb Allahın varlığını özü üçün sübut edə bilər.
    Ümumiyyətlə, elm inkişaf etdikcə Allahın daha böyük qüdrət və əzəmət sahibi olması insan üçün sübut olunur. Məsələn, əvvəllər bəzi alimlər elə bilirdilər ki, göylərdə olan ulduzların sayı 5000-dən 6000-ə qədərdir. Çünki onlar göydə yalnız bu qədər ulduz görmüşdülər. Lakin elm inkişaf etdikcə alimlər sübut etdilər ki, bizim gördüyümüz qalaktika minlərlə, bəlkə də milyonlarla qalaktikalardan biridir ki, bizim gördüyümüz bu qalaktikanın içində təxminən 100.000.000 ulduz hərəkət edir. Bunların hamısı əzəmətli Allahın nişanələridir və göylərdə nə qədər qalaktika olduğunu və hər qalaktikada nə qədər ulduzun hərəkət etdiyini yalnız O bilir.
    Elm və bilik inkişaf etdikcə gündə yeni-yeni məlumatlar, qəribəliklər kəşf olunur və bu kəşflərin hər biri Allahın qüdrətinin nişanəsidir. Allah insanların səslərini bir-birindən fərqləndirmişdir. Məsələn, bir nəfər uzaq bir şəhərdən qardaşına zəng edir və o, öz qardaşını səsindən tanıyır. Və yaxud Allah bütün insanların barmaqlarının izlərini bir-birindən fərqləndirmişdir. Tarix boyu belə bir şey görünməyib ki, iki nəfərin barmaq izləri eyni olsun. Allahın bu kimi nişanələri həddindən artıq çoxdur. Bəlkə də elə nişanələri vardır ki, elm onları hələ kəşf edə bilməyib, yəqin ki, gələcəkdə kəşf edəcəkdir. İnsanların rənglərinin, dillərinin müxtəlifliyi və bu kimi qəribəliklərin hamısı Allahın qüdrət və əzəmətinin nişanələridir.
    Allah-təala Qiyamət surəsinin əvvəllərində həm öz varlığı, həm də Məad barədə buyurur:
    لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ أَيَحْسَبُ الْإِنسَانُ أَنْ لَن نَجْمَعَ عِظَامَهُ بَلَى قَادِرِينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ
    “And içirəm Qiyamət gününə; And içirəm özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) Məgər insan elə güman edir ki, (Qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik.”1
    Qeyd etmək lazımdır ki, bu ayə Quranın möcüzələrindən biridir. Çünki, Allah-təala bu ayədə insanların barmaq izlərinə belə işarə edərək buyurur: «Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik.” Bu ayədən məlum olur ki, bütün insanların barmaqları bir-birinindən fərqlənir və onların barmaq izləri eyni deyildir. Bunların hamısı Allahın əzəmətinin, qüdrətinin nişanələridir.
    Buna görə də bu ayələrin vasitəsilə insan Allahı əqli dəlil və sübutlarla tapıb Ona iman gətirir. İnsanda belə bir imanın olması çox yaxşıdır. Lakin bu imanın bir nöqsan və çatışmazlığı vardır. Bu imanın nöqsanı budur ki, insanın daxilində olan nəfsani qüvvələr coşduqda bu iman onları idarə və islah edə bilmir. Əqli dəlillərlə əldə edilən iman insanı yalnız adi halda idarə və islah edə bilər. Lakin insanın daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik şəhvəti baş qaldırdığı zaman, əqli dəlillərlə Allaha gətirilən iman insanı idarə və islah edə bilmir. Məsələn, haram yolla insanın qarşısına 10000 dollar pul çıxıb və o bir yalan danışmaqla pulu ələ keçirə bilər. Əgər insanın qəlbində iman olmasa, əqli dəlil və sübutlarla əldə olunan iman onu orada o haramdan saxlaya bilməyəcək.
    Tarix boyu müşahidə olunmuşdur ki, bəzi fəlsəfə və məntiq alimləri öz elm və fəlsəfələri ilə Allahın varlığını sübut etmişlər. Lakin onların daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik hissi tüğyan edən zaman onların elm və fəlsəfə yolu ilə əldə etdikləri iman onları idarə və islah edə bilməmişdi. Allah-təala bu məsələyə Quranda dəfələrlə işarə edərək misallar çəkmişdir. O ayələrdən bir neçəsini nümunə olaraq qeyd edirəm.
    Vəlid ibn Müqəyrə Məkkədə tanınmış, fəsahətli və bəlağətli bir şəxs idi. O, Qüreyş tayfasının içində ərəb ədəbiyyatını çox gözəl bilirdi. Və camaat onu “ədəbiyyatın gülü” (Reyhanətül-ədəb) deyə çağırırdı.
    Məscidül-həramda Cümə surəsi nazil olarkən Həzrət Peyğəmbər(s) o surəni camaata oxuyandan sonra, Vəlid ibn Müqəyrə “Darun-nübüvvəyə”1 öz qövmünün arasına gəlib dedi: “And olsun Allaha ki, Məhəmmədin buyurduğu bu sözlər nə insanların, nə də cinlərin sözünə oxşayır. Peyğəmbərin sözlərinin xüsusi şirinliyi və gözəlliyi vardır. O sözlərin meyvəli budaqları və möhkəm kökü vardır. Onun sözləri bütün insanların sözlərindən üstün və dəyərlidir.”
    Vəlid bu sözləri deyəndən sonra öz evinə qayıtdı. Onun tayfasının adamları bir-birinin üzünə baxıb dedilər: “Deyəsən, Məhəmmədin sözləri Vəlidin qəlbində təsir qoyub. Əgər Vəlid Məhəmmədə tabe olarsa, onda biz məğlub olacağıq.” Vəlid Əbu Cəhlin qardaşı oğlu idi. Əbu Cəhl Vəlidi yola gətirməyi boynuna aldı və dedi: “Mən buna bir əlac edərəm.” Əbu Cəhl Vəlidin evinə gəlib özünü ona çox narahat göstərdi. Vəlid ondan niyə narahat olmasının səbəbini soruşdu. Əbu Cəhl dedi: “Mənim narahatlığım budur ki, camaat sənin barəndə bəzi sözlər deyir. Biz də o sözlərdən çox narahat oluruq.” Vəlid soruşdu: “Camaat mənim barəmdə hansı sözləri danışır?” Əbu Cəhl dedi: “Camaat arasında söz gəzir ki, Vəlid qoca bir adamdır və Peyğəmbər ona bir vəzifə, şan-şöhrət versin deyə İslamı qəbul etmək istəyir.”
    Əbu Cəhl bu sözləri deyəndən sonra Vəlidin daxilində nəfsani qüvvələr baş qaldırıb tüğyan etdi. Onun nəfsani qüvvələri coşub daşdıqdan sonra o, öz yolundan və fikrindən dönərək Əbu Cəhllə birliklə öz tayfasının arasına gəldi və dedi: “Siz Məhəmmədin dəli olmasını güman edirsiniz?”
    Dedilər: “Xeyr.”
    Vəlid dedi: “Siz güman edirsiniz ki, Məhəmməd kahindir?”
    Dedilər: “Xeyr.”
    Vəlid dedi: “Siz Məhəmmədin şair olduğunu güman edirsiniz?”
    Dedilər: “Xeyr.”
    Vəlid dedi: “Siz elə bilirsiniz ki, Məhəmməd yalançıdır?”
    Dedilər: “Xeyr. Bəs sən onun barəsində nə fikirləşirsən?”
    Vəlid bir az fikirləşdikdən sonra, üzünü turşudaraq qəzəblə dedi: “Məhəmməd yalnız cadugərdir. Çünki o bütün ailələr arasında ayrılıq salıb.”
    Bu hadisədən sonra Allah-təala onun barəsində Müddəssir surəsinin 11-ci ayəsindən 26-cı ayəsinə qədər olan ayələri nazil etdi.
    ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا وَبَنِينَ شُهُودًا وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا سَأُرْهِقُهُ صَعُودًا إِنَّهُ فَكَّرَ وَقَدَّرَ فَقُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ نَظَرَ ثُمَّ عَبَسَ وَبَسَرَ ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ سَأُصْلِيهِ سَقَرَ
    “[Ya Peyğəmbər!] Məni öz yaratdığım kimsə ilə tək burax! [Vəlid ibn Müqəyrə kimi kafirin cəzasını yalnız Mənə tapşır!]. Mən ona bolluca mal-dövlət əta etdim; Yanında hazır duran oğullar [verdim]. Ona hər şeyi artıqlaması ilə müyəssər etdim [sərvət və mənsəbi ayağının altına döşədim]. [Bütün bunlardan] sonra yenə də [var-dövlətini] artırmağımı istəyir. Xeyr, [bu ola bilməz]. Çünki o, ayələrimizə qarşı inadkar oldu. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm! O [Quran barəsində] fikirləşdi və [orada deyilənləri öz ürəyində] ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi? Bir də ölüm olsun! Necə ölçdü-biçdi? Sonra (qövmünün üzünə) baxdı. Sonra üz-gözünü turşutdu, qaş-qabağını tökdü. Sonra da [imandan] üz çevirdi. [Peyğəmbərə tabe olmağa] təkəbbür göstərdi. Və dedi: Bu [sehrbazlardan] öyrənilən sehrdən başqa bir şey deyildir! Bu, yalnız bəşər sözüdür! Biz onu Səqərə atacağıq. [Orada yandıracağıq].” 1
    Vəlid əqlən Peyğəmbərə iman gətirmişdi. Lakin bu iman onu nəfsani qüvvələr və şöhrətpərəstlikdən qoruyub saxlaya bilmədi. Əgər insanın qəlbində iman olmasa, yuxarıda qeyd etdiyimiz iman insanı mükəmməl şəkildə idarə və islah edə bilməz.
    Məmun Harun ər-Rəşidin oğlu idi. O deyirdi ki, mən Musa ibn Cəfər kimi imama hörmət etməyi atam Harundan öyrənmişəm. Bir gün gördüm ki, İmam Musa ibn Cəfər(ə) bizə gəldi. Atam ona çox böyük hörmət bəsləyərək o həzrəti gətirib yuxarı başda əyləşdirdi və onun qarşısında çox ədəblə əyləşdi. İmam gedəndə yenə də atam onu çox böyük hörmət və ehtiramla yola saldı və qardaşım Əminə dedi ki, get, İmamı qapılarına qədər yola sal. Bu hadisənin üstündən bir müddət keçəndən sonra atamdan soruşdum: “Ata, sənin əyləşdiyin bu xilafət məqamı kimindir?” Atam dedi: “Bütün bu səltənət və xilafətin hamısı Musa ibn Cəfər(ə)-ındır.” Dedim: “Ata, onda bəs niyə görə bu xilafəti öz sahibinə vermirsən?” Atam dedi: “Oğul, mal-dövlət və vəzifəpərəstlik çox şirin olur. Mən bilirəm ki, Musa ibn Cəfər(ə) Allahın höccətidir və insanların imamıdır. Lakin bu mal-dölvətdən və səltənətdən əl çəkmərəm. Əgər bilsəm ki, sənin də mənim səltənət və xilafətimdə gözün var, səni də öldürərəm.”
    Harun bilirdi ki, İmam Musa ibn Cəfər(ə) yer üzündə Allahın höccətidir. Onun əqli imanı var idi, lakin vəzifəpərəstlik və mal-dövlət ehtirası onun qəlbində yer tutduğu üçün bu iman onu idarə və islah edə bilmədi. Çünki Harun ər-Rəşidin qəlbinə iman daxil olmamışdı.
    Buna görə də insanın Allaha qəlbən imanı olmazsa, heç bir şey onu idarə və islah edə bilməz. Və əqli iman da insanı adi halda idarə və islah edər, lakin nəfsani qüvvələr tüğyan etdiyi zaman əqli dəlillərlə əldə edilən iman insanı günahdan saxlaya bilmir.

     

    Kitabın adı: İmam Hüseyn (ə) məktəbi 

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.