Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
(XANEVADEYİ HƏMFİKRİ)
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
İnsanın fitrətində müxtəlif istəklər vardır. Bu istəklər Allahın insanın daxilində yaratdığı qeyri-iradi istəklərdir. İnsanın daxilində olan bu istəklərdən biri də budur ki, insan həmişə xalq arasında hörmətinin çox olmasını istəyir. Heç kəs istəmir ki, camaat onu alçaq bir insan kimi tanısın. İnsanın daxilində belə bir tələb, istək və şüur vardır. Buna görə də insan həmişə istəyir ki, qiymətli və dəyərli əməlləri tapıb onlara riayət etməklə insanlar arasında qiymət tapsın. Lakin burada bir incəlik vardır ki, insanların düşüncələri müxtəlif olduğu üçün onların fikirlərində dəyər və qiymətlər də müxtəlifdir. İnsanların zahiri qiyafələri müxtəlif olduğu kimi ruh, təfəkkür və düşüncələri də müxtəlif olur. Buna görə də qiymət və dəyərlər də bir-birindən fərqlənir. Ola bilsin ki, bir insanın fikrinə görə bir əməl qiymətli və dəyərli olsun, amma başqasının nəzərinədə isə o əməl düzgün hesab olunmasın. Məsələn bir şəxs öz qızını içki içən şəxsə ərə getməsinə razı deyil, lakin başqa biri qızının içki içənə ərə getməsini özünə fəxr hesab edir. Bu kimi misalları yüzlərlə yox bəlkə minlərlə qeyd etmək olar.
Tarixlərdə insanların fikir müxtəlifliyi nəticəsində baş verən hadisələr dəfələrlə müşahidə olunmuş və onun nəticəsində törənən cinayət və pozğunluqlar da öz əksini tapmışdır. İstər keçmişdə olsun, istərsə də indiki zamanda bir sıra insanlar öz əsl nəcabəti, ata-babasının adı ilə yaşayıb fəxr etmişlər. Bu cür insanlarla söhbət etdikdə o, öz ata-babasının vəzifəli, mal-dövlətli və ya alim olması barədə fəxrlə söhbət edir. Elə başa düşür ki, əgər ata-babasının və ya əsl-nəcabətinin fəzilətlərindən danışarsa bu onun üçün də fəzilət hesab olur.
Bəzi insanlar da vardır ki, mal-dövləti ilə fəxr edib özündə olan bahalı əşyalardan, bağlardan, qızıl gümüşdən söhbət edir. Elə bilir ki, mal-dövlətində, bahalı maşını və ya bir yerdə beş altı dükanı olmağından camaat üçün danışsa, ona hörmət edib onun üçün ayağa qalxacaqlar və bununla da şərafət və qiyməti artacaq.
Bir sıra insanlar vardır ki, öz dərilərinin ağ, qara və ya qırmızı olmağı ilə fəxr edirlər. Bəzi ölkələrdə hələ də insanın rəngi üstündə mübarizə gedir. Məsələn qara dərili insanları yuxarı vəzifələrdə işləməyə qoymurlar. Çünki elə düşünürlər ki, onun dərisi qaradır və ağdərili insanlar onlardan üstündür.
Bəzən də elə insanlar vardır ki, dilinin ərəb, fars, ingilis və s. olması ilə fəxr edirlər. Elə başa düşürlər ki, dillərinin ərəb və ya türk dili olması onlar üçün fəxr və şərafət hesab olunur.
Yuxarıda qeyd olunan məsələlərin hamısı insanların düşüncələrinin müxtəlif olmasından irəli gələn səbəblərdir. Hər kəsin fikrində hansı xüsusiyyət yaxşıdırsa onunla da fəxr etməyə başlayır. Lakin Allah-təala Quranda bu fikir və dəyərlərə mənfi nəzər göstərir. Quranın nəzərində şərafət, fəzilət, üstünlük və dəyər odur ki, insan bunları özü qazansın və qazandığı bu əməlləri də Allah bəyənsin. Dərinin ağ və ya qara olmasını insan özü əldə etməmişdir. Bunu insan özü kəsb etməmişdir ki, onunla da fəxr etsin. Ağdərili insan dərisinin ağlığı ilə fəxr edirsə, əgər Allah onu qaradərili yaratsaydı, onda necə fəxr edəcəkdi? Və yaxud qaradərili insan öz dərisinin qaralığı ilə fəxr edirsə, əgər Allah onu da ağ və ya qırmızı dəri yaratsaydı necə fəxr edəcəkdi? Ərəbstanda yaşayan insan dilinin ərəb dili olması ilə fəxr edirsə, əgər Allah onu başqa ölkələrdə və başqa dildə yaratsaydı onda nə ilə fəxr edəcəkdi?
Bunların hamısı boş və insanın başını qarışdıran söhbətlərdir ki, bir çox insanlar belə bir xəstəliyə düçar olmuşlar.
Allah-təala Quranda Hücərat surəsinin 13-cü ayəsində bunların hamısına cavab olaraq belə buyurur:
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
Allah-təala bu ayədə bütün insanlara xitab edir. Çünki, Quranda Allah-təala möminlərə xitab edərkən [يَا أَيُّهَا الذين آمنوا] “Ey iman gətirənlər!” deyə xitab edir. Lakin bütün insanlara xitab edərkən [يَا أَيُّهَا النَّاسُ] “Ey insanlar” deyə bütü insanlara xitab edir. Bu kəlmədən də məlum olur ki, Allah-təala qiyafəsindən, rəngindən, dilindən, boyundan bir sözlə desək kimliyindən asılı olmayaraq bütün insanlara xitab edir.
Qeyd olunan ayə Məkkənin fəthindən sonra nazil olmuşdur Həzrət Peyğəmbər(s) Məkkəni fəth edəndən sonra Bilal Həbəşiyə Kəbə evinin üstündə azan verməsini əmr etdi. Bilalın iki nöqsanı var idi biri zənci olması, biri də dilinin pəltək olması idi. O ş hərfinin yerinə s hərfini tələffüz edirdi. Əlbəttə qeyd etmək lazımdır ki, bunlar Bilalda nöqsan deyildi. Lakin bir sıra nadan və təkəbbürlü şəxslər onun qaradərili və dilinin pəltək olmasını onda nöqsan hesab edirdilər. Amma bilalda olan bu xüsusiyyətlər Allah yanında onun üçün nöqsan deyildi. O çıxıb Kəbənin üstündə azan verərkən müxaliflərdən biri olan Əttab ibn Əsidə bu hadisə çox ağır gəldi. O dedi: “ş” hərfini düzgün tələffüz edənlər burada ola-ola Peyğəmbər nəyə görə pətəyi azan vermək üçün Kəbə evinin üstünə çıxarıb? Yaxşı oldu ki, ata-babam öldü amma bu günü görmədi.
Haris ibn Hüşam adlı başqa bir müxalif hörmətsizlik olaraq belə dedi: bu qara qarğa kimdir, Peyğəmbər onu Kəbənin üstünə çıxarıb. O bu sözü ətrafında olanlara eşitdirdi.
Elə oradaca bu ayə nazil oldu:
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
Bu ayə bütün insanlara açıq aydın başa salır ki, Allah yanında şərafət, fəzilət, dəyər və qiymət təqvadır. Hər kimin nə qədər təqvası varsa Allah yanında da bir o qədər dəyər və qiyməti vardır. Əgər bir insanın təqvası yoxdursa, demək Allah yanında heç bir dəyər və qiyməti yoxdur. Buna görə də Allah yanında insnın şərafətli, fəzilətli, dəyər və qiymətli olmasında əsas meyar onun təqvalı olmasıdır.
Həzrət Peyğəmbər(s) Minada camaata xitab edərək buyurdu:
أَيُّهَا النَّاسُ اَلا اِنّ رَبَّكُم واحِد وَ اِنَّ آباكُمْ وَاحِد اَلا لا فَضْلَ لِعَرَبِيٍّ عَلى عَجَمِيٍّ وَلا لِعَجَمِيٍّ عَلى عَرَبِيٍّ وَلا لِأَ سْوَدٍ عَلى أَحْمَر وَلا لِأَحْمَر عَلى أَسْوَد اِلاّ بِالتَّقْوى
اَلا هَلْ بَلَّغْتُ؟
قالو: نَعَم
قال: لِيَبْلُغَ الشّاهِدُ الْغائِبَة
Camaat! Diqqət edin! Həqiqətən sizin Allahınız birdir. Və sizin Atanız da birdir. (Adəmdir.) Diqqət edin! Ərəbin qeyri-ərəbə və qeyri-ərəbin də ərəbə heç bir üstünlüyü yoxdur. və qaradərili insanların qırmızıdərili və qırmızı dərili insanların da qaradərili insanlara heç bir üstünlüyü yoxdur. yalnız təqvadan başqa.
Diqqət edin! Mənim bu sözlərim sizə çatdımı?
Dedilər: bəli.
Sonra Həzrət buyurdu: Bu sözləri burada olanlar olmayanlara çatdırsın!
Qeyd olunan ayədən və Peyğəmbərin(s) bu sözlərindən məlum olur ki, insanlar Allah yanında yalnız təqva ilə fərqlənir.
Biz yuxarıda qeyd olunan ayənin timsalını Aşura günü Kərbəlada İmam Hüseyn(ə)-ın qoşununda müşahidə edə bilərik. İmam Hüseynin(ə) qoşunu 72 nəfərdən ibarət idi. Bəzi tarix kitablarında qoşunun sayı 90 qədər olduğu qeyd olunmuşdur. Lakin 72 nəfər olması şübhəsizdir. Çünki ondan az yazılan bir tarix kitabı yoxdur. imam Hüseynin(ə) bu tərəfdarlarının içində İmamın özü, Ovn, Fəzl, Abbas, Cəfər, Əli Əkbər kimi Haşim övladları və Həbib ibn Məzahir, Müslim ibn Övsəcə kimi də qeyri bəni Haşimdən olan şəxslər var idi. Qeyri bəni Haşimdən olan İmamın Con, Əsləm kimi xarici millətlərdən olan imanlı şəxslər də var idi. Onların hamısı milliyyətindən asılı olmayaraq iman bayrağı altına yığışmış, sədaqətlə İmam Hüseynə(ə) kömək edib Allahın dinini qorumaq üçün canlarını qurban vermişlər.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |