Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ağlamağın mənaları
طوبى لصورة نظرالله عليها تبكى على ذنب
“Xoş o kəsin halına ki, xəlvətlikdə öz günahlarını yadına salıb Allah qarşısında ağlasın.”
5. Ağlamağın beşinci mənası təbliğdir. İnsan bu növ ağlamaqla nəyisə camaata çatdırır və başa salır. Tarixdə buna çoxlu nümunələrə rast gəlmək olar. Həzrət Fatimeyi Zəhra(s.ə) Peyğəmbərin vəfatından sonra Mədinə şəhərinin girəcəyində özünə bir otaq tiktirmişdi. Çox təəssüflər olsun ki, indi o əsərləri yavaş-yavaş aradan aparırlar. Xanım hər gün gedib orada ağlayardı. Onun məhz orada ağlamaqdan məqsədi bu idi ki, şəhərə gələn karvan və şəhərdən ötənlər gəlib ondan Peyğəmbərin vəfatından on gün keçməmiş niyə ağladığını soruşsunlar. Hər kim gəlib o xanımdan nə üçün ağladığını soruşduqda o Həzrət onları başa salırdı ki, Peyğəmbərin vəfatından on gün keçməmiş görün onun əhli-beyti ilə necə rəftar olundu.
Həzrət Fatimeyi Zəhranın orada ağlamaqdan məqsədi təbliğ idi.
İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu qırx il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə çıxış və söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları hər an o Həzrəti addım addım izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam Səccad gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ondan nə üçün ağladığını soruşduqda Həzrət belə buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.
O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.
Bu da ağlamağın bir mənasıdır ki, insan öz sözünü ağlamaqla çatdırıb təbliğ edir.
6. Ağlamağın altıncı mənası isə tamamilə fərqlidir. Bu növ ağlamaqla insan bildirmək istəyir ki, mən filankəsi dəstəkləyirəm və həmişə onunlayam. Ağlamağın bu mənasının daha aydın olması üçün bir misalı nəzərnizə çatdırıram. Məsələn, bir ailədə kişi hirslənib öz həyat yoldaşının üstünə qışqırıb əsəbləşir. Qadın ağlamağa başlayır. Evdə kiçik yaşlı qız və ya oğlan uşağı olmasından asılı olmayaraq bu hadisəni gördükdə ağlaya ağlaya gəlib anasının ətəyindən yapışır. Bir halda ki, o uşağa heç kəs bir kəlmədə olsun bir söz deməyib. Bəs nə oldu ki, o ağlayıb anasının ətəyindən tutdu? Düzdür ki, həmin uşağa heç kəs bir söz deməyib. Amma o uşaq bu əməl və hərəkəti ilə bildirir ki, mən anamın tərəfdarıyam və atamın bu hərəkəti ilə razı deyiləm. Uşaq bu hərəkəti ilə bildirir ki, mənimlə anamın hədəfimiz eynidir.
Buna əsasən də bizim İmam Hüseyn(ə) üçün ağlamağımız bu mənaya görədir.
İmam Hüseynin əzası yaddan çıxmamalıdır. Çox böyük adamlar bunu yaddan çıxarmaq istədilər. Amma buna nail ola bilmədilər. Hətta bu axırlarda Lenindən bu tərəfə belə çox diktatorlar və bu kimi adamlar istədilər ki, İmam Hüseynin(ə) Kərbəlasını yaddaşlardan silsinlər. Lakin heç biri bu işi bacarmadı. İmam Hüseynin(ə) əzası qiyamətə qədər davam edəcək. O Həzrət üçün ağlayanların da məqsədləri budur ki, biz Hüseyndənik və Yezidlə müxalifik. Hər zaman Hüseyni(ə) dəstəkləycək və hər zaman da Yezidlə müxalifətçilik edəcəyik. Çünki İmam Hüseynin(ə) özü bu sözü buyurmuşdur: “Mənim kimi insanlar Yezid kimilərə beyət etməz.”
Buna görə də əsas söhbətimiz budur ki, əgər biz İmam Hüseyn(ə) üçün ağlayırıqsa elə bu mənaya görə ağlayırıq. İnsan bu mənadan başqa o Həzrət üçün nə qədər ağlasa da belə heç kəs ondan nigaran qalmaz. Amma əgər yalnız bu mənaya ağlasa çox adam onunla maraqlanar ki, görəsən bu niyə belə edir? İmam Hüseynin(ə) əzasının mənası budur və bu mənaya görə ağlamaq, qara geymək, mərsiyə və növhə demək, sinə vurmaq və bu kimi əzadarlıqların hamısı insanların öz mərifət və məhəbbətindən irəli gəlir. Yəni hər insan bacardığı qədər öz məhəbbətini bildirərək əzadarlıq edib o məclisi diri saxlayırlar.
Ümumiyyətlə qara geymək, mərsiyə və novhə oxumaq, şer demək, sinə vurmaq, şəbih çıxartmaq və bu kimi əzadarlıqların hamısı İmam Hüseynin(ə) əzasını diri qalması üçün bir vəsilə, amil və əsasdır. O Həzrəti sevən şəxslər bacarıqları qədər onun əzadarlıqını diri saxlamaladır.
Odur ki, İmam Hüseynin(ə) məclislərində ağlamağımızın mənası budur ki, əgər biz Hüseyni(ə) tanıyırıqsa və o Həzrətə məhəbbətimiz varsa onda heç vaxt Yezidə baş əyməyəcəyik. Buna görə də əgər bu ağlamaq diri qalarsa insanlar həmişə izzətlə yaşayar. Necə ki, İmam Hüseyn(ə) özü izzətlə yaşadı və izzətlə də şəhid oldu. O Həzrət özü belə buyurmuşdur:“ Mən ölümü səadətdən başqa heç bir şey görmürəm.”
Kərbəla hadisəsi sona çatdıqdan sonra Yezid xanım Zeynəbə dedi: Zeynəb, Kərbəlanı necə gördün? Xanım Zeynəb(s.ə) buyurdu:
وما رعيت الا جميلا
Mən orada gözəllikdən başqa heç bir şey görmədim. Hər nə gördümsə hamısı gözəl idi. Bütün işlərimizin hamısında Allahın razılığı var idi.”
Xanım Zeynəbin(s.ə) bu sözü gərək qızıl su ilə yazılıb həmişə yaddaşlarda qalsın. Çünki bu söz müsəlmanların varlığı, şərəfi, izzəti, Quranın danışa nitqidir! Bu söz heç vaxt yaddan çıxmamalıdır! Bu müsəlmanlar üçün böyük şərəf və izzətdir. Gərək bu müsəlmanların əlidə qalsın! Əgər bu izzət və şərəf həmişə müsəlmanlarda qalsa, heç vaxt ölənə qədər heç kəsin qarşısında zəlil və aciz qalmaz.
Buna görə də biz İmam Hüseynə(ə) ağlayırıq və ağlamağı da özümüzə şərəf bilirik.
Əgər insan bu mənaya başa düşüb ağlayarsa həm dünyada əziz olar, həm də hədislərdə qeyd olunan əcri Allah-təala həmin şəxsə inayət edər. İmam Hüseynin(ə) şəhadətinə təkcə İslam ümməti yox, İslamdan öncə bütün Peyğəmbərlər ağlamışlar.
Hədislərdə nəql olunur ki, Adəm(ə) yaranmamışdan öncə kainatı yaradarkən Allah-təala insanların taleyini lövhi məhfuzda yazarkən Özü İmam Hüseynin(ə) növhəsini demişdir.
Mərhum Diriliş yazır ki, Allah-təala insanların taleyini yazarkən İmam Hüseynin(ə) aşurasına gəldikdə həm lövhi məhfuz, həm də qələm ağlayırdı. Bütün mələklər İmam Hüseyn(ə) üçün ağlayırdı. Mərhum diriliş bu barədə bir şer yazmışdı. Sonradan ustad Şəhriyar o şeyi artırıb çoxaltdı.
Hüseynə yerlər ağlar, göylər ağlar.
Bətuli Mürtəza Peyğəmbər ağlar.
Yazanda Ali-Taha növhəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.
Bu hadisə Adəm(ə) Peyğəmbər yaranmamışda milyon illər öncə olmuşdur. Kainatın yaranması barədə alimlər çox tədqiqat aparmışlar. Lakin dünyanın neçə milyon illər bundan öncə yarandığını tam yəqinliklə heç kəs deyə bilmir. Onlar min illərlə torpaq altında qalmış sümükləri tapdıqda və ulduzların hərəkətindən bu nəticəyə gəlib çatmışlar ki, dünya milyon illər bəlkədə çox qabaq yaranmışdır. Amma heç kəs kainatın neçə il bundan öncə yarandığını bilmir. Adəm(ə) Peyğəmbərin dünyaya gəldiyi gündən bu günə qədər təxminən yeddi min il keçir.
Odur ki, Allah təala kainatın yaradarkən İmam Hüseynin(ə) növhəsini lövhi-məhfuzda yamışdır.
Bundan əlavə Allah təala bütün peyğəmbərlərə İmam Hüseynin(ə) Kərbəla hadisəsində şəhadətinə ağlamağı əmr etmişdir və onların hamısı İmam Hüseynə(ə) əzadarlıq edib ağlamışlar.
Hübut hadisəsindən sonra Adəm(ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. O, Ərəfat çölündə olanda Allahın mələyi həzrət Cəbrail(ə) onun yanına gəlib dedi: “Ey Adəm! İstəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: “Bəli.” Həzrət Cəbrail(ə) dedi: “Elə isə göyə bax!” Adəm(ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd(s), Əli(ə), Fatimə(s.ə), Həsən(ə) və Hüseyn(ə). Cəbrail(ə)-dan soruşdu: “Bunlar kimlərdir?” Cəbrail(ə) dedi: “Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”. Mən sənə deyirəm sən də təkrar et:
Həzrət Cəbrail bir-bir o adları deməyə başladı və adəm də onları təkrar etdi.
Ya Həmidu bihəqqi Mühəmməd,
Ya Ali bihəqqi Əli,
Ya Fatiru bihəqqi Fatimə,
Ya Muhsinu bihəqqil-Həsən,
Ya Qədiməl-ehsan bihəqqil Hüseyn.
Adəm bu adları təkrar edərkən beşincinin adını eşitdikdə halı dəyişidi, gözləri yaşla dolub üzünə axdı. Həzrət Cəbraildən soruşdu: O axırıncı kimdir ki, mən onun adını eşidəndə halım dəyişdi? Cəbrail(ə) dedi: O, sənin nəslindəndir. Onu Kərbəlada tək, susus şəhid edəcəklər. Həzrət Cəbrail(ə) orada İmam Hüseynin(ə) zikrini dedi və Adəm(ə) da İmam Hüseynə əzadarlıq edib ağladı.
Allah-təala Adəm Peyğəmbərə yer üzünü gəzməyə icazə vermişdi. Adəm (ə) da yer üzünü bir dəfə gəzib-dolanmışdı. Kərbəla məkanınından keçərkən onun ayağı sürüşdü və yerə yıxıldı. Ayağından qan açıldı. Dedi: İlahi, mən nə səhv etmişəm ki, sən məni cəzalandırırsan. Allah-təala ona buyurdu: Sən səhv iş görməmisən. Lakin bura elə bir yerdir ki, buradan elə-belə keçmək olmaz. Bura Kərbəladır və Hüseynin qanı burada töküləcək. Gərək sən burada ona növhə deyib, əzadarlıq edəsən. Adəm (ə) orada İmam Hüseyn (ə) üçün əzadarlıq etdi.
İbrahim(ə) Peyğəmbər bir gün atla Kərbəla məkanından keçərkən atın ayaqları bir-birinə dolaşdı və İbrahim(ə) atdan yerə yıxıldı. Ayağa durub dedi: İlahi, mən nə etmişəm ki, Sən məni cəzalandırırsan?
Allah-tala buyurdu: Ya İbrahim, sən heç bir iş görməmisə. Lakin hal-hazırda dayandığın məkan bilirsənmi haradır? İbarahim(ə) dedi: Xeyr. Allah-tala buyurdu: Bu məkanın adı Kərbəladır. Sizin hamınızdan öncə nurunu yaratdığım Hüseynin qanı burada töküləcək və şəhid olacaq. Ona görə də buradan elə-belə keçmək olmaz. Sən gərək burada əyləşib onun üçün əzadarlıq edib ağlayasan.
Həzrət İbrahim(ə) orada əyləşib İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağladıqdan sonra öz yolunu davam etdi.
Ümumiyyətlə İmam Hüsyenin(ə) məhəbbəti bütün möminlərin qəlbində vardır və o Həzrətin məzlumcəsinə şəhadəti, Kərbəla hadisəsi barədə söhbət olunarkən onların qəlbləri kövrələr.
قالَ رَسُولُ اللهِ(ص): إِنَّ لِقَتْلِ الْحُسَيْن حَرارَتً
فِى الْقُلُوبِ الْمُؤْمِنِين لا تَبْرَدُ أَبَدًا
Həzrət Peyğəmbər(s) bu barədə buyurur: “Həqiqətən, möminlərin qəlbindən Hüseynin(ə) öldürülməsi ilə elə bir atəş şölələnmişdir ki, heç vaxt bu atəş onların qəlbindən soyumayacaq.”
Başqa hədislərdə də vardır ki, möminlərin yanında İmam Hüseynin(ə) adı çəkilərkən onların qəlbləri kədərlənər.
قالَ السَّجّادُ(ع): اَيُّما مُؤْمِنٍ دَمَعَتْ عِيْنَاهُ لِقَتْلِ الْحُسَيْن(ع) حَتّى تُسِيلَ عَلى خَطّهِ بَوَّعَهُ الله تَعالى بِها فِى الْجَنَّةِ غُرَفا
Bu barədə İmam Səccad(ə) buyurur: Hər hansı mömin İmam Hüseynin(ə) şəhadəti üçün göz yaşı axıdarsa, onun bu göz yaşı saqqalına axarsa, Allah-təala onu cənnətin ən yüksək məqamlarında yerləşdirər.
İmam Sadiqdən(ə) rəvayət edirlər ki, o Həzrət şairlərə pul verib buyurardı: Əgər mənə hörmət etmək istəyirsinizsə, onda gedin cəddim Hüseyn(ə) üçün iki beyt şer yazın.
Böyük alimlərdən biri deyir: Mən ustad Şəhriyar barədə düşünürdüm ki, o öldükdən sonra Allah təala o dünyada ona hansı məqamı verib. Elə bu fikirlərlə gözüm yuxuya getdi. Yuxuda gördüm ki, yaşıl bir cənnət-məkandayam. O yaşıllıqların içində gözəl bir imarət var. Özözümə fikirləşdim ki, görəsən bu imarət kimindir? Kənardan mənə dedilər ki, buranı Allah Şəhriyara verib. Yenə öz-özümə dedim: Şəhriyar nə müctehid, nə dəki, böyük alimlərdən olmayıb. O sadəcə tanınmış bir şairdir. Allah-təala onun hansı xüsusiyyətlərinə görə bu gözəl yeri ona nəsib edib. Elə bu fikirdə idim ki, gördüm Şəhriyar imarətin pəncərəsini açıb öz yazdığı bir şerin bu misrasını mənim üçün oxudu:
برو اى كداى مسكين درخانه على زن
Get ey dilənçi, Əlinin qapısını döy !
Şəhriyarın bu sözündən sonra yuxudan ayıldım və başa düşdüm ki, Şəhriyar əhli-beyt aşiqi olduğu üçün Allah-təala ona belə bir məqam nəsib etmişdir. Mənim fikrimdə olan suala Allah-təala Şəhriyarın öz vasitəsi ilə cavab verdi.
قالَ الصّادِقُ(ع): مَنْ أَنْشَجَ شِعْراً فِى الْحُسَيْن(ع) فَأَبْكى وَاحِدًا فَلَهُ الْجَنَّة
Burada qarşıya belə bir sual çıxa bilər ki, nəyə görə İmam Hüseyni(ə) sevib, o Həzrət üçün ağlayan şəxsi Allah Cənnətə aparar?
Bu sualın cavabı belədir ki, Allah-tala İmam Hüseyni(ə) sevir və insanların da onu sevməsini istəyir və insanlara onu sevməyi vacib etmişdir. Ümumiyyətlə Aallah-təala insanları əhli-beytə məhəbbət bəsləməklə imtahan edir. Bu sözün daha aydın olması üçün İbrahim(ə) Peyğəmbərin bir əhvalatını əziz möminlərin nəzərinə çatdırıram.
Həzrət İbrahim(ə) çox işgüzar və zəngin mal-dövlət sahibi idi. Allah-təala ona həddən artıq sərvət əta etmişdi.
Mələklər Allaha dedilər: “İlahi, sən İbrahim(ə)-a çoxlu mal-dövlət verdiyinə görə o sənə ibadət və zikr edir.” Allah-təala mələklərə sübut etmək istədi ki, əgər bir insanın Allaha həqiqi məhəbbəti varsa, o məhəbbət heç vaxt onun qəlbindən çıxmaz.
Həzrət İbrahim(ə) Allahı verdiyi mal-dövlətə görə yox, bəlkə Ona olan məhəbbətinə görə zikr edir və sevirdi. Bu məhəbbətin əlaməti isə budur ki, əgər insan mal-dövlətini Allah yolunda sərf etməyi bacararsa, deməli, onun qəlbində Allaha həqiqi məhəbbət vardır. Allah-təala bir gün mələklərə həzrət İbrahim(ə)-ı imtahana çəkməyi əmr etdi.
Bir dəfə həzrət İbrahim(ə) çöldə qoyun otararkən həzrət Cəbrail(ə) insan cildinə girib onun yolu üstə əyləşdi və Allaha zikr etməyə başladı. Həzrət İbrahim(ə) ora yaxınlaşdıqda Cəbrail(ə) dedi: “Sübbuhun Quddus.” (Allah pak və münəzzəhdir.)
Həzrət İbrahim(ə) ondan soruşdu: “Sən kimsən?”
Cəbrail(ə) dedi: “Allah bəndəsi.”
Həzrət İbrahim(ə): “Sənə o sözləri kim öyrədib?”
Cəbrail (ə): “Öyrənmişəm.”
Həzrət İbrahim (ə): “O sözlər mənim məşuqumun adlarıdır. Olarmı onları bir də təkrar edəsən?”
Cəbrail (ə): “Qoyunlarının üçdə bir hissəsini mənə ver deyim.”
Həzrət İbrahim(ə): “Qoyunların üçdə biri sənin. Amma o sözləri təkrar et.” Cəbrail(ə) qoyunların üçdə birini alıb bir dəfə də “Sübbuhun Quddus” dedi.
Həzrət İbrahim(ə): “O sözləri bir də təkrar edə bilərsənmi?”
Cəbrail (ə): “Qoyunlarının yarısını mənə ver, deyim.”
Həzrət İbrahim(ə) qoyunların yarsını da verdi. Cəbrail(ə) o sözləri bir də təkrar etdi. Həzrət İbrahim(ə): “Olarmı bir də təkrar edəsən?” Cəbrail (ə): “Qoyunların hamısını mənə versən, deyərəm.”
Həzrət İbrahim (ə): “Qoyunların hamısı sənin. Amma o sözləri bir də təkrar et.”
Cəbrail dedi: “İbrahim, həqiqətən, sən Allahın dostu olmağa layiqsən. Ona görə də Allah səni özünə dost seçdi. Çünki mən insanlar arasında çox gəzmişəm və Allah onların hamısını bizə tanıtdırıb. Lakin insanlar içində sənin kimi Allahın zikrinə bütün mal-dövlətini qurban verən ikinci bir şəxs yoxdur.”
Allah təala İmam Hüseyni (ə) çox istədiyi üçün insanların da onu sevməsini istəyir. Allah təala bununla insanları imtahan etmək istəyir ki, görüm kim Mənim sevdiyim şəxsi sevəcək.
Buna görə də hər kəs İmam Hüseyni(ə) sevib o Həzrətin şəhid olması üçün ağlayarsa Allah-təala qiyamət günü onu darda qoymaz.
قالَ الْحسين(ع): لَوْ يَعْلَم زائِرًا وَالْباكِي عَلَيَّ ما لَهُ مِن الأَجْرِ لَكانَ فَرَحُهُ أَكْثَرمِنْ جَزَئِهِ
İmam Hüseyn(ə) özü bu haqda buyurur: Hər kim məni (uzaqdan və yaxından) ziyarət etsə və mənim üçün ağlasa, Qiyamət günü onun sevinci narahatlığından çox olacaq.(yaxşı tərc.et)
Başqa bir hədisdə buyurulur:
وَما يَقُومُ مِنْ مَجْلِسِهِ وَعَلَيْهِ ذَنْبٌ إِلّا وَصارَ كَيَومٍ وَلَدَتْهُ أُمُّه
İmam Hüseynin(ə) məclisində iştirak edib, onun üçün ağlayan şəxs yerindən ayağa qalxmamış Allah-təala onun günahlarını bağışlayar. Elə bağışlayar ki, elə bil anadan təzəcə doğulmuşdur.
Burada bir incəliyi qeyd etmək lazımdır ki, məhərrəm ayında İmam Hüsneynə(ə) ağlayıb günahları təmizlədikdən sonra insan gərək günah etməsin. Bəziləri elə fikirləşməsinlər ki, İmam Hüseynə(ə) ağlamaqla bütün ilahi vəzifələri yerinə yetirmiş olur. İnsanın bundan əlavə gərək namaz, oruc və bukimi başqa əməlləri də yerinə yetirsin. Çünki namaz qılmayan şəxsin heç bir əməli Allah yanında qəbul olmaz. Namaz cənnətin açarıdır. Namazsız insana Cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar.
قالَ رَسُولُ الله(ص): إِنَّ الصَّلاةَ قُبِلَتْ قُبِلَ ما سِواها وَ إِنْ رُدَّتْ رُدَّ ما سِواها
Həzrət Peyğəmbər(s) bu bardə buyurur: “Həqiqətən namaz qəbul olarsa başqa əməllər də qəbul olar. Yox əgər qəbul olmazsa başqa əməllər də qəbul olmayacaq.”
Əlbəttə bu məsələnin qarşılıqlı olaraq bir-birinə bağlılığı vardır. Əhli-beytə məhəbbət bəsləyib namaz qılmayan insanın duaları qəbul olmaz və Allah o şəxsi bağışlamaz. Həmçinin, namaz qılıb əhli-beytə məhəbbəti olmazsa Allah-təala onu bağışlamaz. Çünki bunlar qarşılıqlı olaraq bir-birinə bağlıdır.
قَالَ رَسُولُ اللهِ(ص): إِنِّى تَارِكُ فِيْكُمْ خَليِفَتَيْنِ كِتَابَ اللهِ..... وَعِتْرَتِى أَهْلَ بَيْتِى فَإِنَّهمَا لَنْ يَفْتَرِقا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوضِ
Həzrət Peyğəmbər(s) bu barədə dəfələrlə təkid edərək buyurmuşdur: “Mən sizin aranızda iki ağır əmanəti qoyub gedirəm. Onlardan biri Allahın kitabı Quran və ikincisi Mənim Əhli-beytimdir. Bu iki şey Qiyamət gününə qədər bir-birindən ayrılmayacaq. ”2
Buna görə də Allah təala İmam Hüseyn(ə) üçün əzadarlıq edən və o həzrəti sevən şəxsi bağışlayıb Cənnətə aparacaq.
Bu hədislərdən də məlum olur ki, Allah-təala İmam Hüseynı(ə) sevir və o Həzrəti sevənləri də cənnətlə müjdələyir. İmam Hüseyn(ə) da Allahı çox sevirdi. O Həzrət Allaha olan məhəbbətinə görə malını, canını, övladını bir sözlə hər şeyini qurban verdi.
Allah təala insanları xəlq edərkən mələklər dedilər: İlahi, insanı yaratma, çünki onlar gəlib yer üzündə qan tökəcək. Hədislərdə vardır ki, Aşura günü Allah-təala göylərin hicabını kənara çəkib mələklərə buyurdu: Baxın Mənim bəndəmə! Mən bütün insanları Hüseynə görə yaratmışam. Bu gülüstanı da yalnız bu gülə görə yaratdım.
Çadırların alovunun tüstüsü asimana qalxmışdı. Xırdayaşlı qızlar çöllərə səpələnmişdi. Bir deyirdi qaçaq Nəcəf şəhərinə babamız Əliyə(ə) şikayət edək. Digəri xanım Zeynəbin yanına, başqa biri isə Həzrət Əbülfəzlin yanına qaçmağı təklif edirdi.
Bir-birini qızlar qucaqdardı, deyərdi neyləyək,
Gəl gedək Əlqəm kənarında Əbülfəzlə deyək.
Künəş Kərbəla səhrasını qızmar oda çevirmişdi. Qatil əlində qılınc İmamın başını kəsmək istədikdə xanım Zeynəb qatilin qılıncının iti yerindən tutub o Həzrətin başını kəsməyə qoymurdu. Bu qədər faciəli hadisələr içində İmam Hüseyn(ə) yaralı halda mübarək üzünü torpağın üzərinə qoyub Allahla münacat edərək belə deyirdi:
إِلهى رِضًا بِقَضائِك
İlahi, Sənin razılığın üçün.
Güldən də gözəl güllərimin rəngi saralsın,
Olsun güli İslam şükufan əvəzində.
Əkbər başı münşəqq olur olsun nə sözüm var,
Dilsiz balam əmsin oxu püstan əvəzində.
Ey kaş yüz on dörd ola oğlum mənim Allah,
Qurban verəm hər sureyi Quran əvəzində.
İmam Hüseyn(ə) Allahı çox istəyirdi buna görə də hər bir şeyi Allah yolunda qurban verdi. Allah da İmam Hüseyni(ə) çox istəyir və bütün müsəlmanlara ona məhəbbət bəsləməyi vacib etmişdir.
Burada bir incəliyi qeyd etmək lazımdır ki, İmam Hüseynin(ə) məhəbbəti möminlərin qəlbinə ana südü ilə daxil olmuşdur. Gərək insan bu məhəbbəti qəlbində qoruuyub saxlasın. O məhəbbəti insan qəlbində saxlamaq üçün bir əməldən mütləq çəkinməlidir. O əməl də haram yeməkdən ibarətdir. Əgər insan qarnını haram yeməklərdən qoruyarsa onda bu məhəbbət insanın qəlbində qalacaq, yox əgər özünü haram yeməklərdən saxlamazsa onda yavaş-yavaş İmam Hüseynin(ə) məhəbbəti insanın qəlbindən çıxacaq.
İmam Hüseyn(ə) aşura günü düşmən qoşununnun qarşısında dayanıb onlar üçün son dəfə də moizə etdi. Lakin onlar dedilər bura meydandır moizə yeri deyil.
İmam Hüseyn(ə) onlara buyurdu: Sizin qarınlarınız haramla dolu olduğu üçün ona görə də sizə moizə təsir etmir.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |