» » Allah niyə insanları cəzalandırır?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allah niyə insanları cəzalandırır?
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 6-09-2016, 10:00 | Baxılıb: 1 429
    Allah niyə insanları cəzalandırır?

     

    Allah niyə insanları cəzalandırır?


    Sual: Allah niyə insanları cəzalandırır?
    Ətraflı cavab: Həzrət Əli (ə) “Həmmam” xütbəsində buyurur: “Allah-Taala nə bizim ibadətimizə ehtiyaclıdır, nə də günahlarımız ona bir zərər vurur.” Şair demişkən: 
    گر جمله کاینات کافر گردند *** بر دامن کبریاش ننشیند گرد
    Cümlə kainat kafir olsa da     Əzəmət libasına toz oturmaz
    Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır. 
    Mükafat insanları təlim və tərbiyəyə doğru sövq edir. Cəza onları təlim-tərbiyə istiqamətindən dönməkdən saxlayır. Bu iki amil olmasa, təlim və tərbiyə qeyri-mümkündür. Aydındır ki, nə mükafatın müəllim üçün bir faydası var, nə də cəza ondan hər hansı bir zərəri uzaqlaşdırır. Təlim-tərbiyə istiqamətində hərəkət etməyin müəllimə faydası, bu yoldan çıxmağın isə zərəri yoxdur. Mövzu haqda kiçik bir misal çəkmək istəsək, təlim və tərbiyəni avtomobilə bənzədə bilərik. Avtomobil hərəkət edərkən gediş zolağından çıxmaması üçün həm qaza həm də əyləcə ehtiyacı var. Bu ikisinin rolu o qədər mühümdür ki, avtomobildə onların hər ikisi olmasa, məqsədə çatmayacaqdır. Necə ki, onların biri də olmasa, yenə də məqsəd hasil olmayacaq. 
    Bu məsələ İslam peyğəmbərinin (s) xüsusiyyətində də gözə dəyir. Necə ki, Allah-Taala həzrəti həm “bəşir” (müjdəçi), həm də “nəzir” (qorxudan) adlandırmışdır. Bəşir dedikdə həmin hərəkət verici qüvvə nəzərdə tutulur. Nəzir dedikdə isə məqsəd çəkindirici qüvvədir. Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir. 
    Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır. ("Ənam" surəsi, ayə 160. ) 
    Cəza və mükafat, onların hər ikisinə düzgün riayət etmək və əhəmiyyət vermək idarəetmənin əsaslarından biridir. (“Mudiriyyət və fərmandehi dər İslam”.) Müvəffəq bir müdir həm mükafatlara arxalanmalı, işçiləri münasib mükafatlarla həvəsləndirməli, həm də lazım gəldikdə qanun pozucularını, işdə səhlənkarları cəzalandırmalıdır. Təbii ki, cəza ilə müqayisədə mükafatdan daha çox istifadə edilməlidir. 
    Yuxarıdakı bəhslərdən aydın oldu ki, əzab və savab, mükafat və cəza, müjdə və hədə-qorxunun hər biri lazım və zəruridir. 
    Bu üzdən dünyanın bir guşəsində oturub xəyallara qapılan, edam cəzasının ləğvi üçün şüarlar səsləndirən, “Törətdiyi cinayətdən asılı olmayaraq heç kəs heç bir vəchlə edam olunmamalıdır” – deyən insanların etiqadı heç bir qanuna uymur. Bu incə qəlbli cənablar bu qədər qatil, canil, oğru, təcavüzkar, manyak və narkotik qaçaqmalçılarına ürək yandırarkən heç onların qurbanları düşünürlərmi? Yalnız cinayətkarların yaşamaq haqqı var? Onların qurbanlarının yaşamaq haqqı yox idimi? Olarmı ki, bir bölgədə sabitliyi pozan təcavüzkarlar əmin-amanlıqda həyat sürsün, amma oranın əhalisi iztirab, qorxu içində yaşasın və təhlükəsizlik onlar üçün bir röyaya çevrilsin? Bunlar sözlərlə oynamaq deyil, əksinə, onların inanmaq istəmədikləri acı həqiqətlərdir. Çünki cinayətkarlar edam olunmasalar, bir müddət həbsdə qalandan sonra yenidən azad olacaqlar, başqa insanlar da özlərində cinayət törətməyə cəsarət tapacaq və asanlıqla oxşar cinayətlərə əl atacaqlar. Onlar tək nəfərlik kameralarda saxlansalar bir müddətdən sonra ruhi problemlərlə üzləşəcəklər. Yox, əgər ümumi həbsxanada saxlanılsalar məlumat və təcrübələrini başqalarına aşılayacaqlar. Beləliklə həbsxana oğurluq, xəyanət və digər cinayət işləri üzrə təlim sinfinə çevriləcək. Həbsxanadan azad olandan sonra isə dustağın cəmiyyətə təhlükəsizlik, qorxu və iztirabdan başqa sovqatı olmayacaq. Bu üzdən, həm cəza tədbirləri həm də mükafatlandırma, hər ikisi öz növbəsində zəruridir. 
    Nəticə etibarı ilə, Allah-Taalanın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Bizim günahlarımız ona heç bir zərər yetirmir. Amma bizi mənəvi baxımdan saflaşdırmaq və təkamül yoluna hidayət etmək məqsədi güddüyü üçün peyğəmbərlərin təlim-tərbiyə proqramlarını bizim üçün göndərmiş, bu səadətə çatdıran proqramların gerçəkləşdirilməsi üçün cənnət və cəhənnəm vədi vermişdir. Bu məsələ “İftitah” şüasında nə qədər gözəl ifadə olunmuşdur. Duada deyilir: 
    اَیْقَنْتُ اَنَّکَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِینَ فِى مَوْضِعِ الْعَفْوِ و الرَّحْمَهِ، وَ اَشَدُّ الْمُعَاقِبِینَ فِى مَوْضِعِ النَّکَالِ وَ النَّقِمَهِ
    “Pərvərdigara! Əminəm ki, sən əvf edib bağışlayarkən ən mərhəmətlisən, cəzalandırıb ibrət verərkən isə cəza verənlərin ən sərtisən.” 
    Bəli, Allah-Taala öz yerində əvf edən, bağışlayan və mərhəmət göstərəndir. Öz yerində də əzab edən, cəzalandırandır. Bu iki sifət olmadan təlim-tərbiyə qeyri-mümkündür. (Ayətullah Məkarim Şirazi, “Valatərin bəndegan”, səh 108. ) 
    Allah-Taala Quranda buyurur: 
    وَ یَسْتَعْجِلُونَکَ بِالْعَذابِ
    Onlar əzab barəsində tələsir və onu səndən tez istəyərək deyirlər: “İlahi əzab haqdırsa, kafirlərin yaxasını tutacaqsa, bəs nə üçün bizim yaxamızı tutmur?” 
    Allah-Taala buyurur: 
    وَ لَوْ لا اَجَلٌ مُسَمّىً لَجاءَهُمُ الْعَذابُ
    “Əgər vaxt təyin olunmasaydı, İlahi əzab dərhal onların yaxasını tutardı.“
    Bu müəyyən olunmuş vaxt əsas hədəfin, yəni onların qəflətdən oyanması və yaxud dəllillərin onlara tamamlanması üçün nəzərdə tutulmuşdur. Allah-Taala heç bir zaman öz hikmətinin əksinə olaraq işlərində tələskənliyə yol vermir. 
    Digər tərəfdən bu sözü deyənlər haradan əmindirlər ki, İlahi əzab hər an yaxalarını tutmayacaq? 
    وَ لَیَاْتِیَنَّهُمْ بَغْتَهً وَ هُمْ لایَشْعُرُونَ 
    “Çünki bu əzab qəfildən və müqəddiməsiz onların bilmədiyi halda başlarına gələcək.”
    Əzab vaxtı tamamilə müəyyən olsa da məsləhət belədir ki, onların o vaxtdan xəbərləri olmasın və əzab müqəddiməsiz onlara çatsın. Onun vaxtı əvvəlcədən elan olunsaydı, kafirlərin, günahkarların cürətlənmələrinə səbəb olardı. Onlar son ana qədər günah və küfrlərinə davam edərdilər. Əzab yetişdiyi son anda hamılıqla tövbə edib haqq yoluna qayıdardılar. Bu əzabların tərbiyəvi əhəmiyyəti vaxtlarının qeyri-müəyyən qalmasını tələb edir ki, hər an öz təsirini qoysun. Onun qorxu və iztirabı çəkindirici amil olsun. (Ayətullah Məkarim Şirazi, “Təfsiri nümunə”, cild 16, səh. 338) ( Ayətullah Məkarim Şirazinin rəsmi internet səhifəsinin İslam maarifi tədqiqat qrupu tərəfindən yığılmışdır.)

    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı

     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.