Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual: Peyğəmbərin (s) nəslindən olan günahkarlar ilahi əzabdan kənarda qalacaqlarmı?
Ətraflı cavab: İmam Əlidən (ə) nəql olunan hədislərin birində həzrət Peyğəmbər (s) qızı Fatiməyə (ə) belə buyurdu:
یا فاطِمَهُ! اَتَدرینَ لِمَ سُمِّیتِ فاطِمَه
“Ey Fatimə! Nə üçün Fatimə adlandırıldığını bilirsənmi?
Əli (ə) dedi:
–Ey Allahın Rəsulu! Siz deyin, nə üçün onun adı Fatimədir?
Peyğəmbər (s) buyurdu:
اِنَّ اللهَ عَزَّ وَ جَلَّ قَدْ فَطَمَها وَ ذُرِّیَّتَها عَنِ النّارِ یَوْمَ الْقِیامَهِ
–Böyük Allah onu və övladlarını Qiyamət günü cəhənnəm atəşindən saxlayacaq”. ( “Zəxairul-uqba”, səh 66.)
Aydındır ki, hədisdə əzəmətli ananın ona davamçı övladlarından söhbət gedir. Çünki Nuhun övladı kimi övladlar haqqında “O, sənin əhlindən deyil” ("Hud" surəsi, ayə 46.)
deyə xitab olunmuşdu.
Bu üzdən bəzi hədislərdə “zürriyyə” və “sevənlər” hər ikisi bir yerdə qeyd olunmuşlar.
Əgər yuxarıdakı hədisdə onların müxtəlif günahlara batdıqları halda, hətta kafir və müşrik olduqları halda Qiyamət günü ilahi əzabdan amanda qalacaqlarının nəzərdə tutulduğunu güman etsək, böyük səhvə yol vermişik. Bu tərzi-təfəkkür İslam dininin meyarlarına tamamilə ziddir. Çünki bu pak nəslin banisi həzrət Peyğəmbərə (s) Qurani-kərimdə aşağıdakı formada xitab olunmuşdur:
لَیِنْ اَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ وَ لَتَکُونَنَّ مِنَ الْخاسِرِینَ
“Əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” ( "Zumər" surəsi, ayə 65.)
Digər ayədə buyurur:
وَ لَوْ تَقَوَّلَ عَلَیْنا بَعْضَ الْاَقاوِیلِ * لَاَخَذْنا مِنْهُ بِالْیَمِینِ * ثُمَّ لَقَطَعْنا مِنْهُ الْوَتِینَ
“Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi, şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və sonra onun ürəyinin şah damarını qoparardıq.“ ( . "Haqqə" surəsi, ayə 44-46.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |