» » Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 3-09-2016, 17:00 | Baxılıb: 5 559
    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    1. Əmirəl-mömininin (ə) nəzərində Həzrət Fatimə (s.ə.)

    Həzrət Fatiməyi-Zəhra (s.ə.) ömrünün son günlərində İmam Əliyə (ə) vəsiyyət edir: “Ey əmim oğlu! Sən heç vaxt həyatda məni yalançı və xain görməmisən. Heç vaxt sənin əmrlərinə qarşı çıxmamışam”. Həzrət Əli (ə) xanımın həyatdan getməsinin tək şahidi olur və o, buyurur: “Allaha pənah olsun! Səndən uzaq olmaq və ayrılıq hissi mənim üçün ağır olacaqdır. Ancaq bundan qaçmaq olmaz. Allaha and olsun ki, getməyinlə Allahın Rəsulunun (s) müsibətini mənim üçün təzələdin. “İnnə lillah və inna ileyhu raciun!”. Bu müsibətdən böyük, təsirili və ağrılı müsibət yoxdur!”

    Həzrət Əlinin (ə) kəlamına diqqət edərkən, Fatiməyi-Zəhraya (s.ə.) olan şiddətli hörməti görmək olar. Həzrət Əlinin (ə) nəzərində Həzrət Fatimə (s.ə.) təqvanın, İlahi hökmlərə əməl etməyin elə bir uca məqamında qərar tuturdu ki, onun həyat yoldaşı ilə müxalifətliyi təsəvvür belə edilə bilməz. Həzrət Əli (ə) lənətlik Müaviyənin Əməvilərin fəzilətlərinə dair iddialarına cavab olaraq, məktub yazmışdır: “Behiştin iki cavan seyyidi bizdəndir və “Səbiyətil-nar” sizdəndir. Olanlara nəsib olan uşaqlar atəşə düşərlər, dünyanın ən yaxşı qadınları isə bizdəndir. “Həmmalətəl hətəb” - onlar ki, cəhənnəm üçün odun yığarlar - sizdəndir, bu fəzilətlər bizdəndir. O fəzilətlər isə sizdəndir”.

    Həzrət Əli (ə) kimi dahi bir şəxsiyyət aləmlərin seyyidəsi ilə ailə qurduğuna görə iftixar
    edir və onunla həyat yoldaşı olmasını İslam rəhbərliyinə layiqliyindən üstün hesab edir.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

     

    2. Fatiməyi-Zəhra (s.ə.) İmam Həsən Müctəbanın (ə) nəzərində

     

    İmam Həsən (ə) öz anası haqqında çox söz demişdir. O cümlədən: “Bir gecə gördüm ki, anam namaz qılır, günəş çıxana qədər rüku və səcdə ilə məşğul oldu. Eşidirdim ki, hər bir qadın və kişi üçün dua edirdi. Onların adlarını çəkirdi, ancaq özü üçün dua etmirdi. Ərz etdim: “Ana! Niyə başqalarına dua etdiyin kimi özünə də dua etmirsən?”. Buyurdu: “Övladım! Əvvəl qonşu, sonra ev””.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri


    3. İmam Hüseynin (ə) Aşura günü anası haqqındakı nəzəri

     

    Düşmən Həzrət Hüseyni (ə) əhatə etdiyi zaman kiçik bir xütbə söyləyərək, buyurur: “Məni ölənlər arasına və zillətə düçar etdilər. Ancaq mən heç bir zaman alçalmayacağam. Allah və Rəsul (s) məni bu cür işlərdən çəkindirmişdir. Hətta pak və pakizə insanlar mənə bunu icazə verməzlər”. İmam Hüseyn (ə) xütbəsinin bir yerində özünün mətanətli və müqavimət sahibi olmasının səbəbini Həzrət Fatimənin (s.ə.) İlahi tərbiyəsində görmüşdür. İmam Hüseyn (ə) nəql edir: “O zaman ki, Allahın Rəsulu (s) Ümmi Səlimənin evində idi, mələklərdən biri onun yanına gəlir və buyurur: “Nuru nura nikah et”. Həzrət Peyğəmbər (s) buyurur: “Kimi kimə?”. Deyir: “Qızın Fatiməni (s.ə) Əli ibni Əbi Talib (ə) üçün. Sonra Cəbrayılın, Mikayılın və Sərsayilin hüzurunda Fatimə (s.ə) ilə Əlinin (ə) nikahını bağlayır”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    4. İmam Səccadın (ə) nəzərində Həzrət Fatimə (s.ə.)

     

    İmam Səccad (ə) buyurur: “O zaman ki, Qiyamət çatar, çağırılan nida edər: “Qəm və qüssəni özünüzə yaxın buraxmayın”. Hamını bu əfvdən sonra başı uca aparar. Fatimə (s.ə) məhşərə daxil olar və deyilər ki, o kəslər ki, bizim ayələrimizə iman gətiriblər, müsəlman olublar. Əhli-Beyti (ə) sevən müsəlmanlardan başqa hamı başlarını aşağı salar. O zaman elan edilər: “Budur Muhəmmədin (s) qızı Fatimə (s.ə). O və tərəfdaşları behiştə gedərlər. Allah onun yanına mələk göndərər ki, hacətini istəsin. Fatimə (s.ə.) ərz edər: “Pərvərdigara! Mənim hacətim odur ki, mənə və mənim övladlarıma yardım edən kəsləri əfv edəsən”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    5. Fatimə (s.ə) İmam Muhəmməd Baqirin (ə) nəzərində

     

    İmam Baqir (ə) Cabirə söyləyir: “Qiyamət çatanda Cəbayıl nida edəcək: “Xüveylədin qızı Xədicə, İmranın qızı Məryəm, Məzahimin qızı Asiya, Musanın bacısı Ümmi Gülsüm haradadır?”. Onlar yerlərindən qalxarlar. “Ey məhşər əhli! Bu gün mən kəraməti Muhəmməd (s), Əli (ə), Həsən (ə), Hüseyn (ə) və Fatimə (s.ə) qərar verdim. Başlarınızı aşağı salın və gözlərinizi yerə dikin. Çünki Fatimə (s.ə) istəyir behiştə getsin”. Sonra Cəbrayıl dəvə gətirər və Fatiməni (s.ə.) behiştə aparar. Ancaq o, behiştə yaxınlaşanda dayanar, Allah buyurar: “Niyə dayandınız?”. Fatimə (s.ə) deyər: “Pərvərdigara! İstəyirəm ki, bu gündə məqamım tanınsın”. Allah buyurar: “...Qayıt və nəzər sal. Hər kim sənin və ya övladlarının dostudur, onu götür və behiştə daxil et”. İmam Baqir (ə) davam edərək, buyurur: “Allaha and olsun! Cabir, həmin günü Fatimə (ə) Əhli-Beyt (ə) davamçılarını və dostlarını cəmiyyətin içindən quş ki, yaxşı dən ilə pis dəni ayırdığı kimi ayıracaqdır”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

     

    6. Fatimə (s.ə) İmam Cəfər Sadiqin (ə) nəzərində


    Məclisi İmam Sadiqdən (ə) nəql edir: “Fatimə, Siddiqeyi-Kubradır. əvvəlki insanların hərəkət mehvəri Həzrət Fatiməni (s.ə) tanımaqla olmuşdur”.

    Seyid Haşim Bəhranı İmam Sadiq (ə) haqqında başqa bir hədisdə nəql edir: “Heç bir peyğəmbərin nübuvvəti o Həzrətin fəzilətini iqrar etmədən, ona məhəbbət bəsləmədən kamil olmamışdır”. İmam Sadiq (ə) “Qədr” surəsi haqqında buyurmuşdur: “Leylətil” sözünün mənası Fatimə, “qədr “ sözünün mənası Allahdır. Hər kəs Fatiməni o cür ki, lazımdır tanısa, “Leylətil- qədr”i tanımış olar”.
    [/justify]

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    7. İmam Musa Kazımın (ə) nəzərində Fatimə (s.ə)

    İmam Kazım (ə) buyurur: “Həqiqətən Fatimə, Siddiqə və şəhidədir”. Səliman Cəfər deyir: “İmam Kazımdan (ə) eşitmişəm ki, buyurub: “O evdə ki, Muhəmmədin, ya Əlinin, ya Həsənin, ya Hüseynin, ya Cəfərin, ya Abdullahın, qadınlardan Fatimənin adı olar - oraya yoxsulluq daxil olmaz”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    8. İmam Rzanın (ə) nəzərində Fatiməyi-Zəhra (s.ə.)

     

    İmam Rza (ə) əziz əcdadından belə nəql edir: “Peyğəmbər (s) Əliyə (ə) buyurur: “Sənə üç fəzilət verilmişdir ki, mənə verilməmişdir”. Əli (ə) ərz edir: “Mənə nə verilmişdir ki?”. Buyurur: “Sənin mənim kimi qaynatan var ki, mənim belə qaynatam yoxdur. Sənə Fatimə kimi həyat yoldaşı verilmişdir ki, mənə verilməmişdir. Həsən və Hüseyn sənə verilmişdir ki, mənə verilməmişdir”. İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir: “Əli (ə) ilə Fatimə (s.ə) evlənəndən sonra Allah-Təala buyurur: “Əgər Əlini (ə) xəlq etməsəydik, qızın Fatimə üçün yer üzərində həyat yoldaşı və tay tapılmazdı””.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    9. İmam Cavadın (ə) Həzrət Fatimə (s.ə) haqqında nəzəri

     

    Musa ibni Qasim İmam Cavada (ə) deyir: “Həcc zamanı ananı bəzən ziyarət edirdim, bəzən də yox”. Həzrət ona buyurur: “Onu çoxalt, çünki əməl etdiyin ən gözəl şeydir”. Zəkəriyyə ibni Adəm nəql edir: “İmam Rzanın (ə) hüzurunda idim, dörd yaşlarında olan İmam Cavad (ə) ora gəlir. Oturandan sonra əllərini yerə dayayır və başını göyə qaldırır. Uzun zaman fikrə gedir. İmam Rza (ə) buyurur: “Canım sənə fəda olsun! Niyə bu qədər fikirlisən?”. Cavab verir: “Anam Fatiməyə edilən zülmlərə görə”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    10. İmam Hadinin (ə) nəzərində Həzrət Fatimə (s.ə)

     

    İmam Hadi (ə) “Fatimə” adının qoyulması haqda Rəsullahdan (s) nəql edir: “Qızım Fatiməni ona görə Fatimə adlandırıblar ki, Allah Təala onu və dostlarını cəhənəm atəşindən uzaq edir”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri


    11. Fatimeyi-Siddiqə (s.ə) İmam Həsən Əsgərinin (ə) nəzərində

     

    İmam Həsən Əsgəri (ə) İmam Əlidən (ə) və Peyğəmbərdən (s) nəql edir: “O zaman ki, Allah Adəm (ə) və Həvvanı (ə) xəlq edir, onlar behiştdə özləri ilə fəxr edirlər. Adəm (ə) Həvvaya (ə) deyir: “Allah bizdən yaxşı bir məxluq yaratmamışdır”. Allah Cəbrayıla buyurur: “Bu iki bəndəmi Firdovs Bərinin yanına apar”. O zaman ki, Firdovsun yanına gedirlər, gözləri behiştin gözəl paltarlarından birini geyinmiş bir gözəl xanıma düşür. Onun başında nurani bir tac və qulaqlarında parıldayan sırqa var idi. Behişt onun simasının nurundan işıq saçırdı. Həzrət Adəm (ə) Cəbrayıla buyurur: “Əzizim Cəbrayıl! Simasının nurundan behişti işıqlandıran bu banu kimdir? Deyir: Bu sənin nəslindən olan Muhəmmədin (s) qızı Fatimədir (s.ə.)”. Yenə soruşur: “Bəs başındakı tac nədir?”. Cəbrayıl buyurur: “Həyat yoldaşı Əlidir (ə)”. Adəm (ə) yenə sual verir: “Bəs qulağındakı bu sırqalar nədir?”. Cəbrayıl buyurur: “İki övladı Həsən və Hüseyndir.” Adəm (ə) buyurur: “Əzizim! Onlar məndən əvvəl xəlq olunublar?”. Deyir: “Bəli, onlar sir elmində sən xəlq edilməmişdən 4 min il əvvəl mövcud idilər”.

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri


    12. Həzrət Fatimə (s.ə) İmam Məhdinin (ə.f.) nəzərində


    İmam Zaman ağa (ə.f.) buyurur: “Allahın Rəsulunun qızı Fatimə (s.ə) mənim üçün ən yaxşı nümunə və ülgüdür”. Aləmi ədalətə qərq edəcək İmam Məhdi (ə.f.) Həzrət Fatiməni (s.ə) özünə əməli nümunə və ülgü sayır.

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri



    Bu dediklərimizin hamısı Həzrət Fatimə (s.ə.) dənizindən bir damla idi.
    Allah bizləri o xanımın şəfaətinə və rəhmətinə layiq etsin, inşəallah!

     

    Fatimeyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.