Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Әl-həsib
Әl-həsib - Allah təala öz yaratdıqlarının sayını,hətta onların nəfəslərinin,hərəkətlərinin,sakinlərinin,əhvatlarının ədədini bilir.Bu ad <kafi> mənasında gedir.
Bir-birinə qarışmış işlərinin bir-birindən ayırmaq üçün hər gün 80 dəfə oxumaq faydalıdır.Mühim bir iş həll etmək üçün,eləcə də şər insanlardan uzaq olmaq üçün yeddi həftə hər gün 70 dəfə <Hasbiyəllahu əl-həsib> demek lazımdır.Bunu cümə axşamı günündən başlasa öz mətləbinə çatar.Davamlı olaraq bu zikri oxunsa insanın heybətli olmasına səbəb olar.
Әl-həsib hər bir şeyi hesablayan və bilən mənasındadır.Həmçinin bu ism "kifayət edən" və "bəndələrinin əməllərini hesablayan" mənasını da daşıyır.
Şeyx Bursi(r) buyurmuşdur ki,hər kim cümə axşamı günündən başlayaraq ta yeddi həftə və gündə yetmiş dəfə "hasbiyəllahul həsib" desə,hər bir işdə Allah ona kifayət edər və hər bir qorxduğu şeydən nicat tapar.Bəziləri bu sayı yetmiş yeddi qeyd ediblər.
Bu ismi çox zikr etməklə məişət mühasibatının sahmana düşməsinə nail olmaq olar.Həmçinin bu ismi həştad dəfə zikr etmək sözgəzdirənlərin və həsəd aparanların şərrini dəf etməyə kömək edir.Hər sübh və axşam çağı yetmiş yeddi dəfə bu ismi zikr etmək övlad və var-dövlətin qorunmasınq böyük təsir göstərir.
"Әr-rai"
Әr-rai-görən deməkdir.
Qırx gün ərzində hər gün 221 dəfə demək ucalığa səbəb olar.Bu ismi çox zikr etmək mərifət və bəsirət əldə etməyə səbəb olur.
Şərh Әlbəttə Allahın görməyi bizim kimi görmə hissiyatına ehtiyacı olmadan baş verir.Yəqin mərtəbələrini seyr etmiş şəxslər heç bir şəkk-şübhə olmadan Allah-təalanı görən,bilən və eşidən bilirlər və həmişə Onun cəlalət və əzəmətini nəzərlərində saxlayırlar və heç vaxt Onun dərgahında nalayiq əməllər yerinə yetirmirlər.
De:(istədiyinizi) edin!Tezliklə Allah,Onun peyğəmbəri və möminlər sizin əməlinizi görəcəkdir.Tezliklə qeybi və aşkarı bilənin tərəfinə qayıdacaqsınız.O,sizə nə etdiklərinizi xəbər verəcəkdir.(Tövbə,105)
Ancaq Onun bəndərindən alim olanları Allahdan qorxar...(Fatir,28)
Kitabın adı: Allahın 99 gözəl adları (şərhi ilə birlikdə)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |