İkinci duanın tərcüməsi
İlahi, ey Kəbəni genişləndirən və toxumu yaran və çətinlikləri döndərən, və hər bir giriftarçılığı aradan aparan, Günlərindən olan bu gündə Səndən istəyirəm, elə bir gün ki, onun haqqını böyük etdin, sabiqəsini önə saldın, onu iman əhlinin yanında əmanət və Özünə tərəf vasitə qərar verdin, və Öz rəhmətinə xatir yaxın peymanda, görüş günü, bütün bağlı işləri açan, və haqqa dəvət edən, seçilmiş bəndən, Məhəmmədə salam göndər, və onun yol görsədən, haqq yolu aydınlaşdıran, cabbar sütünlar, Cənnət və Cəhənnəmin qəyyumları olan pak Əhli-beytinə, tövbə etməyimizə və bizim üçün yaxşı qayıdış olmasına vasitə olsun deyə bizlərə kəsilməyən və qadağan olunmayan xəzinələrində olanlardan əta et.
Ey çağırılanların ən yaxşısı və ümid olunanların ən kərimlisi, ey kifayət edən, vəfadar, ey lütfi gizli olan, lütfünlə mənə lütf et, əfvinlə məni xoşbəxt et, köməyinlə məni təsdiq et, kərim olan zikrindən məni unutma, əmrinin qəyyumlarının, sirrini qoruyanların haqqına, rüzigarın giriftarçılığından dirilən gününə və Qiyamət gününə qədər məni qoru. Canım çıxdığı, qəbrimə girdiyim, işimin bitdiyi və ömrümün ötüb keçdiyi an, övliyalarını yanımda hazır et. İlahi, torpaq yığınına qarışdığım, çürüməm uzandığı, unutqan insanlar məni unutduğu zaman məni yada sal, iqamət evində məni endir və kəramət evində mənə yer ver.
Övliya dostlarından, dərgahında xüsusi seçdiklərindən qərar ver. Görüşünü mənə mübarək et, ömrümün sonu çatmamış, azğınlıqdan, əsassız söz və korlanmış məntiqdən pak olduğum halda mənə gözəl əməl ruzi et. İlahi mənə oeyğəmbərin Məhəmmədin (Allahın ona və ailəsinə salamı olsun) hovuzuna daxil et və ondan mənə içizdir, elə bir içmək ki, sirab edicidir, rəvan və büllurdur ki, ondan sonra heç vaxt susamayım. şahidlərin qalxdığı gün ona daxil olmağa tərəddüd etməyim, mənə qadağan olmasın, onu mənim üçün ən yaxşı azuqə və ən kamil vədə yeri qərar ver.
İlahi, keçmiş və gələcək məğrurlara lənət et, həmçinin övliyalarının haqqını nahaq yerə özlərinə götürənlərə lənət et. İlahi sütunlarını sındır və əməllərinin davamçılarını məhv et, tezliklə həlak olmalarına zəmin yarat, ölkələrini əllərindən al, yollarını onlara dar et və onlarla şərik olanlara lənət göndər.
İlahi dostlarının fərəcində tələs və onların talan olunmuş haqqlarını onlara qaytar, onlarin Qaimini haqq olaraq aşkar et, onu dininə köməkçi et, Sənin düşmənlərin üçün öz əmrinin sərkərdəsi qərar ver. İlahi, qələbə mələklərini həmişə onun dövrəsində saxla. razı qaldığın qədər, dinin onun vasitəsilə və onun əliylə yeni olana qədər, haqq kamil şəkildə xalis olana qədər, batil hərtərəfli şəkildə uzaqlaşana qədər Qədr gecəsində ona verdiyin göstərişi, Öz intiqamını alan qərar ver. İlahi, ona və bütün atalarına salam göndər, bizi onun yoldaşlarından və ailəsindən qərar ver. Qayıtdığı zaman bizi ruhlandır ki, əshabının sıralarında olaq. İlahi onun qiyamını dərk etməyi (görməyi) bizə ruzi et, onun rüzigarı dövründə bizi hazır et və ona salam göndər və onun salamını bizə çatdır. Allahın salamı və rəhməti ona olsun.
Mənbə: Vilayətbayrağı