Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Nəql edilən çoxlu sayda rəvayət və müxtəlif macəralardan aşkarcasına müsəlmanların Peyğəmbər (s) və digər ilahi övliyalara təvəssül etməsini, onları özləri ilə Allah arasında vasitə seçməsini və o pak və ləyaqətli insanların məqamına xatir Allahın onların hacətlərini qəbul etməsi, eyni zamanda, çətinliklərini aradan qaldırmasını anlamaq olar. Xatırlatdığımız nümunələrin bəzisi ilahi övliyaların həyatda olduğu, bəzisi də onların vəfatından sonrakı zamana aid idi. Hazırda belə bir sual meydana çıxır ki, görəsən, ilahi övliyalar ölümdən sonra bizim halımıza şahid və öldükdən sonra bizim üçün şəfaətçi olmaq və dua etmək qüdrətinə malikdirlərmi? Bu, vəhhabilərin şiddətlə inkar etməyə çalışdıqları məsələdir. Onlar deyirlər ki, ölümdən sonra onların bizdən xəbəri yoxdur. Allah-taala Peyğəmbər (s) haqqında belə buyurur:
إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُون
"Şübhəsiz, sən öləcəksən, onlar da öləcəklər!" ("Zumər" surəsi, ayə 30.)(Nəticədə, Peyğəmbər (s) də digər insanlar kimi öləcək və ölü insanın həyatdan xəbəri yoxdur və ona təvəssül etmək caiz deyil.)
Əlbəttə, qeyd etdiyimiz kimi, vəhhabilər Peyğəmbər (s) və ilahi övliyalara ölümdən sonra təvəssül etməyi şirk hesab edirlər, amma həyatda olduğu zaman ona təvəssül etməyin caiz və müsbət bilirlər, amma məsələnin ölümdən sonra gözlənilmədən küfr və şirkə çevrilməsinin necəliyi məlum deyil. Əgər kimsə bu müqəddəs şəxsləri istər həyatda olduqları zaman, istərsə də, vəfat etmələrindən sonra müstəqil şəkildə təsirli hesab etsə, müşrikdir, əgər onların müstəqil şəkildə təsirli olmadığını düşünsə və Allahın izni ilə bizim hacətlərimizi həyata keçirməsi və ya Allahdan hacətlərimizin həyata keçməsini istəməsinə etiqadlı olsa, əsla şirkə düçar olmamışdır. Əgər kimsə onların ölümdən sonra bizim səslərimizi eşitməməsi, çətinliklərimizi aradan qaldıra bilməməsi və ya Allahdan bir şey istəməyə qadir olmamasına etiqad bəsləsə, deməlisiniz ki, ilahi övliyalardan belə şeylər istəyən kəslə şirkə bulaşmamış, əksinə faydasıx və boş bir iş tutmuşdur. Əslində isə qeyd edəcəyik ki, onlar bərzəx həyatına malikdirlər və bizim söhbətlərimizi kamil şəkildə duyur və eşidirlər. Bu bixəbərlər Peyğəmbərin (s) müqəddəs vücuduna ən böyük töhməti vururlar.
Bir dialoq və müzakirə barədə məlumat
Yuxarıdakı suala qəməri 1427-ci ildə (şəmsi 1385) həcc mərasimində vəhhabi xətiblərinin biri ilə etdiyim öz söhbətimi nəzərinizə çatdırmaqla cavab vermək yerinə düşərdi:
Həcc əməllərini başa vurduqdan sonra bir gün Məkkədə qaldığımız yerin yaxınlığındakı (Əziziyyətu şariis-sərvər məntəqəsi) Seyyidiuş-şühəda “Həmzə ibn Əbdülmüttəlib” adlı məsciddə bir xətib zöhr namazından sonra söhbət etməyə başladı. Əvvəlcə həccin yerinə yetirilməsi üçün veriləcək çoxlu mükafatlar və onun günahların bağışlanmasındakı roluna toxundu və maraqlı bir rəvayət söylədi. Ondan sonra dedi: "Amma bu mükafatlar müşrik olmayan kəslər üçündür, belə ki, Allah-taala buyurur:
لَئِنْ أَشْرَکْتَ لَيَحْبَطَنَّ عَمَلُکَ
"Əgər mənə şərik qoşsan, yaxşı əməllərin puç olar." ("Zumər" surəsi, ayə 65.)
Eyni zamanda Allah buyurur:
مَنْ يُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة
"Kim Allaha şərik qoşsa, şübhəsiz, Allah ona Cənnəti haram edər." ("Maidə" surəsi, ayə 72)
Sonra sözlərinə əlavə elədi: "Kim "ya Rəsuləllah", "ya Əli" və "ya vəliyəllah" desə, müşrikdir!" Bu məsələ ətrafında çox danışdı və söhbəti uzun çəkdi. Sonrakı gün həmin xətib zöhr namazı və söhbətdən sonra məsciddən xaric olmaq istədikdə, onun yanına getdim və salam verib ehtiram göstərdikdən sonra dedim: "Siz dünənki söhbətinizdə dediniz ki, kim "ya Rəsuləllah", "ya vəliyəllah" desə, müşrikdir! Doğurdan da, kim belə desə, onun müşrik olmasına inanırsınız?" Cavab verdi ki, "Bəli!" Dedim: "Peyğəmbərdən (s) bizim üçün Allah dərgahında bağışlanmaq diləməsini istəmək olmazmı?"
Dedi: "Belə bir əməlin caiz olması barədə dəlilim yoxdur!"
Dedim: "Quran ayəsinə əsasən, dəlil belədir:
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوک فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيماً "
("Maidə" surəsi, ayə 64.)
Dedi: "Bu, Peyğəmbərin (s) dünyadan getdiyi zamana deyil, həyatda olduğu zamana aiddir." "
Dedim: "İndi bizim sözlərimizi eşitmirmi?"
Dedi: "Xeyr! Quaranda belə buyurulur:إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُون ("Zumər" surəsi, ayə 30.)
Dedim: "Bu ayə maddi həyatın Peyğəmbərdən (s) alındığını bildirir, amma onun mütləq şəkildə həyatının olmamasını inkar eləmir." Sözlərimə əlavə elədim:
"Birincisi, Quranda ölümün mütləq şəkildə “yox olmaq” mənasında olmadığı bildirilir. Ölüm "təvəffi" sözü ilə ifadə edilmişdir. (Quranda buyurulur:"Sizlərdən birinin əcəli çatdığı zaman, bizim elçilərimiz (mələklərimiz) onun canını alırlar." ("Ənam" surəsi, ayə 61.)), yəni mələklər ruhu kamil şəkildə bu cisimdən (bədəndən) alırlar və bəşərin maddi həyatı davam etmir, amma bu, ölülərin bizim aləmdən xəbərsiz olması mənasında deyildir. ( Əhməd əl-Eyni (vəfatı 855-ci il) "Səhih Buxari"nin şərhi olan "Umdətul-qari" kitabında ölüm haqqında belə yazır:
الموت ليس بعدم انّما هو انتقال من دار الى دار؛ فاذا کان هذا للشهداء کان الانبياء بذلک أحقّ وأولى
Ölüm yox olmaq deyil, əksinə bir evdən başqa bir evə köçməkdir. Şəhidlər üçün belə olduğu (onların yox olmadığı və həyata malik olduqları) halda, peyğəmbərlər belə məqam və dərəcəyə daha da layiqdirlər. Sonra sözlərinə belə əlavə edir:
مع أنّه صحّ عنه أنّ الأرض لاتأکل أجساد الأنبياء
"Bundan əlavə, yerin (torpağın) peyğəmbərlərin cəsədlərini məhv etməməsi barədə səhih rəvayətlər də vardır." Sonra belə bir nəticə çıxarır ki, peyğəmbərlərin ölümdən sonra bizim gözlərimizdən qeybdə olması və bizim onları görməməyimizə baxmayaraq, şübhəsiz, onlar vardırlar və həyata malikdirlər, ancaq biz onları görmürük, eynilə mələklərin var olması və bizim onları görməməyimiz kimi. Əlbəttə, Allah kimə kəramət nəsib eləsə, onlar mələkləri də görə bilərlər. ("Umdətul-qari", c.12, səh. 251) Qurtubinin öz ustadından belə nəql etdiyi bildirilir: "Ölüm mütləq şəkildə yox olmaq demək deyil, əksinə bir haldan başqa bir hala düşməkdir. Şəhidlər sağ, Allah dərgahında ruzi yedikləri və şad olduqları halda, peyğəmbərlər bu xüsususiyyətə daha layiqdirlər.)
İkincisi, görəsən, "Ühüd" döyüşündə şəhid olanların məqamı üstündür, yoxsa, Peyğəmbərin (s)?
Cavab verdi ki, Peyğəmbərin (s).
Dedim: "Allah-taala "Ühüd" döyüşündə şəhid olanlar haqqında belə buyurur:
وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللهِ أَمْوَاتاً بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ("Ali-İmran" surəsi, ayə 169.)
“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.”
Allah onların bərzəx həyatına sahib olmaqla diri olduğunu bildirir. Beləliklə, şəhidlərdən üstün olan Peyğəmbər (s) də diridir. Nəticədə, müsəlmanların bir qrupu o həzrətin diri olması və səslərimizi eşitməsinə etiqadlıdırlar. Həmin səbəbdən, Peyğəmbərdən (s) onlar üçün dua etməsi və ya bağışlanmaq diləməsini istəyirlər. Amma siz o həzrətin vəfatından sonra bizi duymaması və bu aləmlə rabitəsinin olmamasına etiqad bəsləyirsiniz. Əgər kimsə o həzrətin səsləri eşitməsinə etiqadlı olsa və ona təvəssül etsə, sizin onu müşrik adlandırmağınız düzgündürmü?!
Üçüncüsü, məscidin divarından Peyğəmbərə (s) salavat göndərməyin fəziləti haqda asdığınız yazıda o həzrətin bizim səslərimizi eşitməsi barədə rəvayət nəql olunmuşdur. Dedi: "Hansı rəvayət?"
Dedim: "Əbu Hüreyrə Allahın Rəsulundan belə nəql edir:
صلّوا علىّ فانّ صلاتکم تبلغنى حيث کنتم
("Sünəni-Əbi Davud", c.1, səh. 453 və onun oxşarı "Müsnədi-Əhməd", c.2, səh. 367.)"Mənə salam və salavat göndərin! Harada olmağınızdan asılı olmayaraq salam və salavatınız mənə çatır.""
Bu rəvayətin altında belə yazılıb:
رواه احمد و ابو داود و صحّحه الامام النووى
"Əhməd və Əbu Davud onu nəql etmiş və imam Nəvəvi də onu səhih hesab etmişdir."
Bundan daha aydın olan digər bir rəvayətdə Əbu Hüreyrə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
ما من أحد يسلّم علىّ إلاّ ردّ الله عزّوجلّ إلىَّ روحي حتّى أردّ عليه السّلام
"Elə bir kəs yoxdur ki, mənə salam verdikdə, cavabını qaytarmağım üçün Allah ruhumu bədənimə qaytarmamış olsun!" ("Müsnədi-Əhməd", c.2, səh. 527; "Sünəni Əbi Davud", c.1, səh. 453.) (Bu rəvayətin də aşağısında belə yazılıb:
رواه احمد و ابوداود باسناد صحيح
"Bu rəvayəti Əhməd və Əbu Davud səhih sənədlərlə nəql etmişdir.") (4141. Muhyiddin Nuri bu hədisi nəql etdikdən sonra yazır:
رواه ابوداود باسناد صحيح
"Əbu Davud onu səhih sənədlərlə nəql etmişdir." ("Əl-Məcmu", c.8, səh. 272) Əlbəttə, bizim nəzərimizcə, Allahın Rəsuluna (s) salam verdikdə hər dəfə onun ruhunun salamın cavabını qaytarmaq üçün cisminə qayıtması və sonra bədəndən xaric olması o qədər də aydın məsələ deyil, çünki bu məsələ hər gün milyonlarla insan o həzrətə salam verdikdə, ruhunun cismə qayıtmasını və ya daimi olaraq cisimdə qalmasını tələb edir. Bu hədisin dəlil olaraq nəql edilməsi qarşı tərəfin qəbul etdiyi kitablara uyğundur. Əks təqdirdə, bizim etiqadımıza əsasən, ruh cismə qayıtmadan da salamın cavabını verir.)
Sözlərimə davam edərək söylədim ki, bu rəvayət sizin öz kitablarınızdandır və “Təbliğat İdarəsi” tərəfindən hazırlanaraq aşkar şəkildə və səhih sənədlərlə nəşr edilir və yayılır. Bu məsciddə də divardan həmin rəvayət asılmışdır. Bu rəvayət açıq-aşkar bildirir ki, bizim salam və salavatlarımız Peyğəmbərə (s) çatır və hətta o həzrət cavab verir. Həmin vəhhabi xətib cavab verməkdə özünün aciz olduğunu gördükdə, üzrxahlıq etmək yerinə, səs-küy salaraq bizə nalayiq sözlər deməyə başladı." Bəli, cavab verməkdə aciz qaldıqları zaman onların adət və etdiyi rəftar belədir.
Yuxarıdakı cavablardan başqa, aşağıdakı mətləbləri də ona əlavə etmək olar:
Dördüncüsü, bütün müsəlmanlar öz namazlarının təşəhhüd və salamında o həzrətə salam verir və belə deyirlər:
السلام عليک أيّها النبىّ ورحمة الله وبرکاته
Əgər o həzrət bizim salamlarımızı eşitmirsə, onda, ona salam vermək mənasız bir işdir. Əhli-sünnə alimləri də belə qeyd etmişlər: "Namazın təşəhhüdündə ən azı belə deyilməlidir:
التّحيات لله، سلامٌ عليک أيّها النبىّ و رحمة الله و برکاته.(Nəvəvi, "əl-Məcmu", c.3, səh. 455. Nəvəvi təşəhhüd və salamı başqa formada nəql etməsinə baxmayaraq, onların hamısında Peyğəmbərə (s) salam qeyd edilmişdir. (Həmin mənbə, səh. 456))
Rəvayətlərin birində Peyğəmbərin (s) belə buyurduğu nəql edilmişdir:
إنّ لله ملائکة سيّاحين يبلّغوني عن اُمّتي السّلام
"Həqiqətən, Allahın yer üzərində gəzib-dolaşan mələkləri vardır və onlar ümmətimin salamını mənə çatdırırlar." ("Müsnədi-Əhməd", c.1, səh. 387; "Sünəni-Darəmi", c.2, səh. 317; "Sünəni-Nəsai", c.3, səh. 43; "Mustədrək", Hakim, c.2, səh. 421. Hakim hədisi nəql etdikdən sonra belə yazır: "Onun sənədi səhihdir.")
Beşincisi, Quranda Peyğəmbərə (s) xitab olaraq belə buyurulur:
فَکَيْفَ إِذَا جِئْنَا مِنْ کُلِّ أُمَّة بِشَهِيد وَجِئْنَا بِکَ عَلَى هَؤُلاَءِ شَهِيد
"O gün (Qiyamət günü) hər bir ümmətin əməlinə bir şahid gətirəcəyimiz və səni də onlara şahid tutacağımız zaman, onların halı necə olacaq?" ("Nisa" surəsi, ayə 41.)
Ayənin möhtəvası belədir ki, Allah-taala hər bir ümmətdən həmin ümmətə bir şahid gətirəcək və o kəslər hər bir ümmətin peyğəmbərləridirlər. Bu zaman İslam peyğəmbərinə (s) xitab olaraq buyurulur:
"Səni də onlara şahid tutacağıq." "Onlarda" sözündəki məqsədin kimlər olması barədə iki əsas nəzəriyyə vardır: Qüreyşin kafirləri və ya bütün ümmət. (Müraciət edin: "ət-Təhriru vət-tənvir", c.4, səh. 130; "İbn Kəsir təfsiri", c.2, səh. 269-270; "Camiul-bəyan", c.5, səh. 59-60; "Ruhul-məani", c.3, səh. 33-34.) Amma aydın məsələdir ki, Peyğəmbərin (s) öz ümmətinə şahidlik etməsi onun ümmətindən xəbərdar olmasına əsaslanır. Ömər ibn Xəttab Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
من زار قبري کنت له شفيعاً او شهيد
"Kim mənim qəbrimi ziyarət etsə, mən ona Allah dərgahında şəfaət edəcəm və ya onun lehinə şahid olacağam!" ("Durrul-mənsur", c.1, səh. 237.)
Həmçinin, Ənəs ibn Malik Peyğəmbərdən (s) belə nəql edir:
من زارني بالمدينه محتسباً کنت له شهيداً و شفيعاً يوم القيامة
"Kim xalis niyyətlə məni Mədinədə ziyarət etsə, mən qiyamət günü onun şəfaətçi və şahidi olacağam." ( Həmin mənbə. Bəlkə də, həmin səbəbdən, Süyuti belə yazır: "Ömər ibn Əbdüləziz öz tərəfindən Mədinəyə bir nümayəndə göndərdi ki, salamını o həzrətə çatdırsın.")
Əbu Hüreyrənin o həzrətdən nəql etdiyi digər bir hədisdə belə qeyd edilir:
من صلّى علىّ عند قبري سمعته ومن صلّى علىَّ نائياً کفى امر دنياه وآخرته وکنت له شهيداً و شفيعاً يوم القيامة
"Kim qəbrimin kənarında mənə salam versə, mən onu eşidirəm və kim uzaqdan mənə salavat göndərsə, dünya və axirət işlərində yetərli olacaq və mən qiyamət günü onun şəfaətçisi və şahidi olacağam." ("Durrul-mənsur", c.5, səh. 219; "Kənzul-ummal", c.15, səh. 652, hədis 42584.)
Beləliklə, o həzrətin şahidliyi, ümmətinin halından xəbərdar olması və onun qəbrini ziyarət edənlərə diqqət yetirməsi o həzrətin bir növ agah və həyata malik olmasına aydın dəlildir. Bir daha təkid edirik ki, həyat dedikdə məqsədimiz maddiyyat, yemək, içmək, günəş işığı və sair kimi şeylərə ehtiyac duyulan və maddi dünyanın inkişaf, zərər görmək, aradan getmək kimi təsirlərinin olduğu həyat deyil, çünki bu qisimdən olan həyat ölümlə başa çatır. Bizim məqsədimiz bərzəx aləminin həyatıdır və həqiqəti bizə kamil şəkildə məlum olmasa da, onda (həmin həyatda) bu cür şərait olmadan da şüur, məlumat mövcuddur. Əgər Peyğəmbər (s) bizim səsimizi eşidir, salamımıza cavab verir və əməllərimizi görürsə, deməli, bizim halımızdan xəbərdardır. Nəticədə, salam verməklə o həzrətə təvəssül etmək və onun həyatda olduğu zamandakı kimi ondan dua etməsini istəmək olar. Bu cür aydın sənədlərin olmasına baxmayaraq, vəhhabi firqəsinin bunu necə inkar etməsi məlum deyil.
Qeyd: Bu məqalənin ardı var...
Müəllif: Höccətül-İslam Səid Davudi
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |