» » 5. Həzrət Məhdi (əleyhissalam)-ın real həyatda yaşayan insan olmasına iman


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 2
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    5. Həzrət Məhdi (əleyhissalam)-ın real həyatda yaşayan insan olmasına iman
    0
    Müəllif: Huseynci Medine | 21-08-2016, 15:00 | Baxılıb: 765

    5. Həzrət Məhdi (əleyhissalam)-ın real həyatda yaşayan insan olmasına iman

    Dördüncü sualda bu məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını etiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi (əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola.

    Cavabda deyirik ki, Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək təbiri böyük Peyğəmbər və Əhli-beyt İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər təkid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur. Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik. Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil;

    İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.

     

    İslami dəlil

     

    İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən məlum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyha salamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.

    Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa səy göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır.

    O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mənanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvyaətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mötəbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm Səhih kitablarında, Termezi, Əbu Davud və Əhməd öz Müsnəd kitablarında, Hakim Səhiheynə yazdığı Müstədrək kitabında bu hədisləri qeyd etmişlər.

    Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır.

    Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: Məndən sonra canişinlərim 12 nəfərdirlər. Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır.

    Elmi dəlil

     

     Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi.

    Camaat bu dövrdə həzrətin etibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə təyin olunmuşdular. O dörd nəfər mötəbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:

    1-Osman ibni Səid Əmri

    2-Məhəmməd ibni Osman ibni Səid Əmri

    3-Əbul Qasim Hüseyn ibni Ruh

    4-Əbul Həsən Əli ibni Səmri

    Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar.

    Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı elan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.

    Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir.

    Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.

    Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhis-salam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının etimadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir.

     

    Kitabın adı: İmam Məhdi (əleyhissalam) barəsində təhqiqat

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.