İlahi nişanələr
İlahi nişanələrdədn biri də ruhani libasıdır. Bu libas onu geyinən şəxs üçün böyük iftixardır. Çünki, insan geydiyi ruhani libasla ətrafdakılara Allahı xatırladır. Sözsüz ki, xüsusi bir zəhmət çəkmədən yalnız öz libasıyla Allahı yada salmaq insana olunan ilahi bir lütfdür. Ruhani libasını görən insanın zehnində ani olaraq məscid, Qur`an, dua və sair dini əlamətlər canlanır. Hətta ruhanilərə mənfi münasibətdə olanlar onlarla rastlaşarkən əvvəlcə Allahı xatırlayırlar. Şübhəsiz ki, Allahın nişanəsini daşıyan insan öz mə`nəviyyatı ilə seçilməlidir. Ləyaqətsiz insanın ruhani libası geyməsi bu libas, eləcə də, din haqqında mənfi fikirlər doğurur. Ruhani libası geymək iftixardırsa, onun şə`ninə layiq olmamaq böyük günahdır.
İlahi nişanələrə münasibət
Diri qəlbli insanın mə’nəviyyatı dini nişanələrlə rastlaşdığı vaxt güclənir, Allaha diqqəti daha da artır. Bu nişanələrlə rastlaşarkən qəlbində biganəlik, mənfi münasibət hiss edən insan anlamalıdır ki, tənəz-zülə doğru gedir. Dini ayətlərin müşahidəsindən duyulan sevinc hissi isə insanın təkamül yolunda olmasının əlamətidir və bu sevincə görə insan Allaha şükr etməlidir.
Amma bu nişanələrə nifrət edənlər də var. “Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq: “Allah tək olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar. Allahdan qeyrisi yad edildikdə isə onlar sevinərlər.” Bəli, Allahın adını eşitməklə qəzəblənəcək qədər alçalmaq olarmış. Belələri Allahın adı çəkilərkən belələri narahat olur. Qur`anda belə bir hal axirətə imansızlığın əlaməti kimi göstərilir.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.