Döyüş əsirinin azad olması (Kəramət 2)
Döyüş əsirinin azad olması (Kəramət 2)
Xanım Məsumənin (s.ə) uca məqamlı hərəminin xidmətçilərindən biri höccətülislam vəl-muslimin İbnur-Riza nəql edir ki, döyüş (İran-İraq müharibəsi) günləri idi. Gecələrin birində iraqlı əsirlərdən bir qrupunu Xanım Məsumənin (s) pak hərəminə gətirdilər. Xanımın hərəminin baş tərəfində arakəsmə qoyuldu və əsirləri həmin arakəsmənin daxilinə buraxdılar. Əsirlər oradan, digər zəvvarlar isə həmin arakəsmənin xaricindən hərəmi ziyarət etməklə məşğul idilər. Qəfildən oradakıların arasından bir qadın qışqırdı. Fasiləsiz olaraq əsirlər arasından da kimsə qışqırdı. Məlum oldu ki, bu əsir İraq şiələrindən olub və onu hərbi xidmətə aparıblar. İraq ordusu tərəfindən məcburi olaraq cəbhəyə gətirildikdən sonra İran ordusuna əsir düşüb.
Onun anası şiə olduğu üçün İraqdan xaric edilib. İrana gələrək Qumda məskunlaşıb. Ana oğlunun taleyindən tam xəbərsiz qalıb.
Biçarə ana hər gecə Xanım Məsumənin (s.ə) pak hərəminə gələrək belə deyirmiş: “Xanım, mən övladımı sizdən istəyirəm!”
Həmin gecə də digər gecələr kimi hərəmə gəlib öz övladına dua edərək Xanım Məsuməyə (s.ə) təvəssül edir. Birdən öz övladını əsirlərin içində görür və ixtiyarsız olaraq qışqırır. Bu vaxt anasını görən oğul da qışqırır.
Xanım Məsumənin (s.ə) lütfü nəticəsində illərlə ayrılıqdan sonra ana gözləri qəlb meyvəsini görərək işıqlanır.
Bu maraqlı hadisədən sonra BMT-nin vasitəçiliyi ilə həmin oğlanın əsirlikdən azad olub isti ailə ocağına qayıtması məsələsi həll olunur.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.