Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Kinayəli söz
Xoşrəftar olmağın nümunələrindən biri də kinayəli, tünd və acı danışmamaqdır. Hər bir acı sözlə mümkündür neçə illik məhəbbəti aradan aparasınız. Bə`ziləri zarafat olaraq kobud və kinayəli sözlər danışırlar ki, bu bəyənilməz və pis işdir. Belə ki, bu işin ucbatından bir çox böyük günahların zəminəsi yaranır. Bu cür şəxs qiyamət günü məsxərə olunar, söylədiyi kobud sözlər qəbirdə ilan-əqrəbə çevirilib ona əziyyət verməyə başlayacaqlar.
İmam Səccad (əleyhissalam) həzrət Seyyidiş-Şühəda İmam Hüseyn (əleyhissalam)-dan belə nəql edir ki, o həzrət xudahafizləşərkən buyurdu:
“Ey oğlum, məbada Allahdan başqa pənah və köməyi olmayan bir kəsə zülmü rəva biləsən!”[69]
Beləliklə dildə əxlaq və insanlıq normalarına riayət etmək çox mühüm və müstəsna əhəmiyyətə malikdir.
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranışı
“Bəni qüreyzə” döyüşündən sonra Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in yoldaşları əldə olunan qənimətə görə, həzrətdən daha artıq xərc, həqiqətdə rəngarəng bir yaşayış istəmişdilər. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) onların istəyini qəbul etməyib buyurur: “Mən İslam və müsəlmanların rəhbəriyəm. Mən çox adi bir tərzdə yaşamalıyam ki, fəqir və binəvalar həqirlik və kiçiklik hiss etməsinlər.” Amma, onlar həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) o qədər narahat etdilər ki, axırda həzrət onların yanından çıxıb getdi.”
Peyğəmbər (səlləllahu əleyhi və alih) Həfsəyə buyurur: Bir kişinin mənimlə sənin aranda mühakiməsini qəbul edərsənmi? Həfsə deyir: Bəli. Sonra Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir nəfəri Ömərin ardınca yollayır. Ömər gəlib çatdıqda Peyğəmbər (səlləllahu əleyhi və alih) Həfsəyə buyurur: Danış! Həfsə deyir: Siz danışın amma haqqı danışın. Bu sözü eşidən Ömər Həfsənin üzünə bir sillə vurur.[70] Peyğəmbər (səlləllahu əleyhi və alih) o qədər narahat olur ki, narahatlığın əsəri mübarək üzündə aşkar olur. Həzrət Ömərə buyurur: Mən səni qızını vurmağa yox, səni bizi barışdırmaq üçün çağırmışam. Daha sonra narahat halda məclisi tərk edir. Bu hadisədən sonra aşağıdakı ayələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olur:
“Ey Peyğəmbər! Öz arvadlarına de ki, əgər dünya həyatı və onun zinətini istəyirsinizsə, gəlin sizi bəhrələndirib təlaq verim, gözəl bir təlaq ilə.”
“Və əgər Allahı, Onun Rəsulunu və axirəti istəyirsinizsə, onda (bilin ki,) həqiqətən Allah sizlərdən olan gözəl əməl sahiblərinə böyük savab hazırlamışdır.”
“Ey Peyğəmbərin qadınları! Sizlər başqa qadınlar kimi deyilsiniz...”
Nəticə
Qeyd olunan rəvayət və ayələrdən mə`lum olur ki, evdə baş verən hər bir müşkül öz yolu ilə həll olunmalıdır. Acı sözlər danışıb döymək, söyüş söymək, əxlaqsızlıq və s. kimi qeyri səhih yollar ixtilafları həll edə bilməz. Hamılıqla “böyük olan kiçiklərə” riayət etməlidirlər. Əlbəttə, bizlərdən heç də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Mövla Əmirəl-mö`minin (əleyhissalam) kimi olmağımız gözlənilmir, amma heç olmazsa özümüzü belə böyük şəxsiyyətlərə oxşatmağa çalışmalıyıq:
“Şübhəsiz, sizlər üçün Allahın Rəsulunda gözəl nümunələr, ülgülər vardır, o kəslər üçün ki, Allaha, Qiyamət gününə ümidvar olub Allahı çox yad edərlər.”
Səhvləri görməməzliyə vurmaq
Xoş rəftar olmağın digər səciyyəvi nümunələrindən biri həyat yoldaşının bəyənilməz iş və səhvlərini bağışlamaqdır. Məsələn, əgər yoldaşınızdan yalan eşitsəniz, üzə vurmayıb müəyyən yollarla başa salmağınız daha məqsədə uyğundur. Çünki, səhv və günahları xatırlayaraq üzə vurmağın böyük ziyanı vardır. Atalar sözü olan “toyuq oğrusu, dəvə oğrusuna çevrilər” gözəl məsəldir. Ola bilsin ki, oğlunuz sizdən xəbərsiz olaraq bilməməzlik üzündən əlini cibinizə salıb pulunuzdan götürsün. Belə bir hərəkəti uşaq ya yoldaşınızdan gördüyünüz zaman çalışın ki, ona birbaşa deməyəsiniz ki, bu iş ona cəsarət gətirər. Ona müxtəlif yollarla başa salmaq lazımdır ki, oğurluq necə olursa olsun haram və pis işdir. Oğurluq edənin əli bu dünyada kəsilməsə də axirətdə kəsiləcəkdir. Beləliklə, çalışın arvad-uşağınızın səhvini onlara bir hədisi yad etməklə xəbərdarlıq edəsiniz. Onları Allah qəzəbi və çox dəhşətli bir gecə olan ilk qəbir gecəsi əzabından, Qiyamət günü Cəhənnəm odundan və s.dən qorxutmaqla o səhvləri təkrar etməkdən çəkindirin. Ailənizdən bir xəta və ya səhv duymaqla dad-fəryad edib hay-küy salmayın ki, müsbət nəticə verməməklə yanaşı, öz səhv əməlində cəsarətli olmağı həmin şəxs üçün daha da adiləşdirər. Belə ki, bu günah onun üçün adi bir işə çevrilər.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |