Əllahumməşrəh bil Qur`ani sədri, vəstə`mil bil Qur`ani bə-dəni, və nəvvir bil Qur`ani bə-səri, və ətliq bil Qur`ani lisani, və əinni ələyhi ma əbqəytəni, fəinnəhu la həvlə və la quvvətə illa bik.
Əllahummə inni əs`əlukə ix-batəl muxbitin, və ixlasəl muqi-nin, və murafəqətəl əbrar, vəs-tihqaqə həqaiqil iman, vəl ğənimətə min kulli birr, vəs səlamətə min kulli ism, və vu-cubə rəhmətikə və əzaimə məğ-firətik, vəl fəvzə bil cənnəti vən nəcatə minən nar.
Tərcüməsi
Seyid axırıncı gün üçün dua nəql etmişdir ki, əvvəli "Əllahummə innəkə ərhəmur rahimin...”dir. Adətən belə gündə möminlər Quran xətm edirlər, yaxşı olar ki, xətmdən sonra ya Səhifətun Səccadiyyənin 42-ci duasını, ya da Şeyxin Əmirəlmöminindən nəql etdiyi bu qısa duanı oxusun:
İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur.
Əmirəlmöminin nəql etdiyi bu duanı da oxusun:
İlahi, Səndən dərgahında baş əyənlərin xatircəmliyini, yəqin əhlinin ixlasını, xeyirxahların yoldaşlığını, imanın həqiqətlərini dərk etmək üçün ləyaqət, bütün yaxşılıqlardan faydalanmaq, bütün günahlardan qorunmaq (sağlamlıq), rəhmətinin vacibliyini, məğfirətinin səbəblərini, behiştə çatmağı və cəhənnəmdən qurtuluş istəyirəm!
Kitabın adı: Məfatihul Cinan