» » İmam Əli (ə)-ın şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Əli (ə)-ın şəhadəti
    +5
    Müəllif: Zəhra kənizi | 27-06-2016, 15:30 | Baxılıb: 5 042
     
    İmam Əli (ə)-ın şəhadəti

    Müttəqilərin mövlası, elm və hikmət çeşməsi həzrət Əli ibn Əbu Talib (ə) hicrətin 40-ci ili Ramazan ayının 19-u çərşənbə günü Kufə məscidində qılınc zərbəsi ilə başından yaralanmış, 21-ci cümə gecəsi isə şəhadətə çatmışdır. O, Həzrət Peyğəmbərin peyğəmbərliyini izhar etməmişdən əvvəl on və ya on iki il ömür sürmüş, 23 il isə Peyğəmbərlə bərabər olmuşdur.
    Dinim

    Həzrət Rəsuli-Əkrəmdən sonra 30 il yaşamışdır. Şəhadətə yetişdiyi vaxt 63 və ya 65 yaşı var idi. Həzrət Əli (ə) uşaqlıq çağlarında da Peyğəmbər həzrətləri ilə bir yerdə olmuş və onun gözəl əxlaqı ilə əxlaqlanmışdır. Həzrət Muhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçildikdə də ona ilk dəfə iman gətirən şəxs Əli (ə) olmuşdur. 
    Peyğəmbərlə olduğu illərdə də həmişə onun arxası olmuş, ən çətin günlərdə ona ən yaxşı yardımçı olmuşdur. Bütün Əhli-Sünnət və Şiə mənbələri o böyük şəxsiyyətin fəzilətləri ilə doludur. İslam yolunda göstərdiyi rəşadət və igidliklər də misilsizdir. Peyğəmbər o Həzrətə xitab edərək buyurmuşdur: «Ey Əli! Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Lakin məndən sonra peyğəmbər yoxdur. Sən dünyada və axirətdə mənim qardaşımsan». Deməli, əshab içərisində Peyğəmbərə ən yaxın olan şəxs Əli (ə)- dır ki, onun özünün dünya və axirət qardaşı hesab etmişdir. Əli (ə) –dan başqa bu məqam və fəzilət heç kimsəyə nəsib olmamışdır. Rəsuli-Əkrəm bir çox hədislərində Həzrət Əli (ə)-ın şəhadətinə də işarə etmiş, onu öldürəcək şəxsin dünyanın ən pis insanı olacağını qabaqcadan xəbər vermişdir.
    Nəsai öz mötəbər sənədi ilə Əmmar ibn Yasirdən bu hədisi nəql etmişdir. Əmmar demişdir ki, mən Əli (ə) ilə bərabər bir döyüşdə idim. Allah Rəsulu «insanların ən pisi olan iki nəfər haqqında sizə məlumat verimmi?» dedi. Biz bəli ey Allah Rəsulu dedik. Həzrət Peyğəmbər, «Birincisi, Səmud qövmündən olub Saleh peyğəmbərin dəvəsini öldürən Uhaymir, o biri də sənin burandan vurub qanını buraya qədər axıdan kəsdir» buyurdu və əli ilə Həzrət Əli (ə)-ın başı ilə saqqalını göstərdi.
    Xəlifə Osman ibn Əfvandan sonra Həzrət Əli (ə) müsəlmanların təkidi ilə zahiri xilafətə yetişdi. Osmanın xilafəti dövründə yaranmış hərc-mərclik nəticəsində xilafətdə bir çaxnaşma və pərakəndəlik yaranmışdı. Əli (ə) xəlifə olduqdan sonra pərakəndəliyi aradan götürmək məqsədilə daxildə islahat işləri aparmağa başladı. Lakin Həzrət bu islahat əsnasında çoxlu maneələrlə rastlaşdı. 
    Bu maneələrdən biri də xəvaric hərəkatı idi. Onlar Siffin döyüşü zamanı Həzrət Əli (ə) -dan ayrılmış və onun xilafətinə qarşı mübarizə aparmışdılar. Xəvariclər həddən artıq düşüncəsiz, quru və zahiri ibadətlərə meyl edib həqiqəti anlamayan insanlar idi. Həzrət Əli (ə) onların islam üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq onlarla ciddi bir mübarizəyə başladı. Həzrət Nəhrəvan döyüşündə demək olar ki, onların əsas qüvvələrini aradan aparıb, İslam dünyasını bu böyük təhlükədən xilas etdi. Xaricilərə divan tutulması və onların törədəcəyi fitnənin gözünün Həzrət Əli (ə) tərəfindən kor edilməsi onlarda o Həzrətə qarşı düşmənçilik hissini oyatdı.
    Təbəri və ibni Əsir öz tarixlərində Həzrət Əli (ə) –ın şəhadətinin səbəblərini belə izah edirlər. Əbdürrəhman ibn Mülcəm Muradi, Həccac ibn Abdullahi Teymumiyyi Sarimi, Əmr ibn Əbu Bəkr Teymumiyyi Sədi bir yerdə toplaşdılar. Onlar üçü də xarici idilər. Onlar xalqın arasına düşən ixtilafdan danışdılar. Bu ixtilafın törədicilərinin hakimlər olduğunu deyib, onları aradan aparmaq niyyətinə gəldilər. İbn Mülcəm, Əli (ə)-ın öldürülməsini öz üzərinə götürdü. Bərkə adı ilə tanınmış Həccac ibn Əbdullah, Müaviyəni, Əmr ibn Əbu Bəkrə isə Əmr Ası qətlə yetirəcəyini bildirdi.
    Onlar üçü də öldürməyi əhd etdikləri adamları öldürmədikcə, yaxud bunun uğrunda ölmədikcə öz qərarlarından dönməyəcəklərinə söz verdilər. Onlar Ramazan ayının on doqquzuncu günü sabah vaxtı bu işi görməyi qərarlaşdırdılar.
    İbn Mülcəm Kufəyə gələrək öz məzhəbdaşları ilə görüşdü. Lakin görəcəyi iş barədə kimsəyə bir söz demədi.
    Bir gün ibn Mülcəm öz məzhəbdaşlarının birinin evində Qutam adlı gözəl bir qadın gördü. İbn Mülcəm onunla evlənmək istədiyini söylədi. Qadın öz mehriyyəsinin çox ağır; üç min dirhəm, bir qul və bir də Həzrət Əli (ə)-ın öldürülməsi olduğunu dedi.
    İbn Mülcəm fəqət Əli (ə)-ın öldürülməsi şərtini yerinə yetirə biləcəyini söylədi. Qutamın atası və qardaşı Nəhrəvanda Əli (ə) tərəfindən döyüşdə öldürülənlərdən idi. İbn Mülcəmin onu öldürməsini öz üzərinə götürməsi onu çox sevindirdi və öz qövmündən Vərdan adlı birisini də ona köməkçi təyin etdi.
    Bu zaman Əşca qəbiləsindən olan Şəbib adlı birisi ibn Mülcəmin yanına gəlmişdi. ibn Mülcəm ona «Dünyada və axirətdə ucalmağını istəyirsənmi?» dedi. Şəbib onun nə demək istədiyini soruşduqda, o Həzrət Əli (ə)-ı öldürəcəyini söylədi. Şəbib: «Anan vayına otursun. Əlini necə öldürəcəksən? Sən onun keçmişini, necə müsəlman olmasını, şərəfini, digərlərindən üstünlüyünü, ilk müsəlman olduğunu bildiyin halda onu necə öldürə bilərsən?»
    İbn Mülcəm ona Nəhrəvanda öldürülənləri xatırlatdı. Orada ölənlərin qisasının alınmasının vacib olduğunu bildirdi. Şəbib onun sözlərinə aldanaraq ona qoşuldu. Onlar Çərşənbə gecəsi Kufə məscidinə gedərək, Həzrət Əli (ə)-ın gələcəyi yerdə gizləndilər.
    Bütün qaynaqlara əsasən hicrətin 40-cı ili Ramazan ayında Həzrət Əmirulmuminin bir gecə Həzrət Həsənin, bir gecə Həzrət Hüseynin, bir gecə də Həzrət Zeynəbin evində iftar edərdi. Lakin hər yerdə üç tikədən artıq bir şey yeməzdi. O, «Mənim üçün mədənin dolu olmadığı və ac olduğum bir halda Allah hüzuruna getmək sevimlidir» deyərdi.
    Həzrət Əli (ə) bu ilin Ramazan ayında tez-tez yaxınlarına onlardan ayrılıb Allahın görüşünə gedəcəyindən danışar və ilahi rəhmətə qovuşacağına görə sevinərdi.
    Hətta Ramazan ayının birinci günü bir xütbəsində belə buyurmuşdur: «Ramazan ayı daxil oldu. O, ayların ən üstünü, ilin əvvəlidir. Bilin ki, gələcək Ramazanda artıq mən sizin aranızda olmayacağam».
    Həzrət Həsən (ə) buyurmuşdur: «Atamın yaralandığı sabah, Sübh açılmağa başlamışdı. Atam namaz qılırdı. Mənə dönərək: Ey oğul! Bu gecə yuxuda Həzrət Rəsuli-Əkrəmi gördüm. Ey Allahın Rəsulu! Sənin ümmətindən pislikdən və düşmənçilikdən başqa bir şey görmədim dedim. Həzrət Rəsuli-Əkrəm, onlara bəd dua et buyurdu. Mən də, Ey Allahım! Məni onlardan daha xeyirli olanlara qovuşdur, onlara isə çox pis birini hakim et deyərək dua etdim».
    Həqiqətən də Həzrət Əli (ə)-dan sonra Bəni Üməyyə sülaləsi hakimiyyət başına gəldi. Onlar istədikləri kimi bu ümmətlə davranmağa başladılar. Həzrət Əli kimi ədalətli hakimə qarşı çıxanlar sonunda bu xanədanın kölələrinə çevrildi. Onlar da istədikləri kimi bu ümməti idarə etməyə başladılar.
    Təbəri və ibn Əsirin rəvayətlərinə görə Həzrət Əli (ə) həmin sabah məscidə getmiş və xalqı "Namaz, namaz” deyərək Sübh namazına dəvət etmişdi.
    Bu arada Şəbib, Həzrət Əli (ə)-a bir qılınc zərbəsi yönəltdi, lakin qılınc məscidin qapısına dəydi. Bundan sonra ibn Mülcəm, «Ey Əli! Hökm Allahındır. Sənin və sənin adamlarının deyil» deyə bir qılınc zərbəsi vurdu. Qılınc Həzrət Əlinin düz başının ortasına dəydi. Bu zərbədən sonra Həzrət, «And olsun Kəbənin Rəbbinə ki, qurtuldum və muradıma çatdım» buyurdu.
    Həzrət Əlinin namaz qılarkən və ya namazdan əvvəl vurulduğu haqqında ixtilaf vardır. Məşhur rəvayət, Sübh namazının birinci səcdəsinə gedərkən vurulduğunu bildirir.
    Həzrət Əli vurulduğu zaman bütün məscid əhli bir-birinə dəydi. «Möminlərin əmirini vurdular, hidayət çırağı söndü» deyə qışqırıb haray-həşir salmağa başladılar. Həzrəti məsciddən öz evinə gətirdilər.
    Bu zaman Həzrəti yaralayan ibn Mülcəmi onun hüzuruna gətirdilər. Həzrət Əli üzünü ona tutaraq dedi: «Ey Allahın düşməni, mən sənə yaxşılıq etmədimmi? Mən sənin üçün yaxşı bir əmir deyildimmi?»
    Sonra oğlu İmam Həsənə dönərək, «Ey oğlum, o mənə bir qılınc zərbəsi vurdu. Əgər ölərəmsə, sən də onu bir qılınc zərbəsi ilə öldür. Çünki mən Allah Rəsulundan eşitdim ki, deyirdi: İşgəncə ilə öldürməkdən çəkinin, qudurmuş köpək olsa belə, əziyyətlə öldürməyin».
    Nubatə ibn Əsbəğ deyir ki, biz hamımız Həzrətin evini dövrələyib oturmuşduq. Həzrət Həsən (ə) evdən çıxıb dağılışmağımızı tələb etdi. Camaat getdi. Fəqət mən qaldım. Evdə ağlaşma səsləri ucalırdı. Həzrət Həsən yenə çıxıb «Sizə evlərinizə gedin demədimmi?» dedi. «And olsun Allaha möminlərin əmirini görməsəm getməyəcəyəm» dedim.
    Sonra o Həzrətin hüzuruna girdim. Möminlərin əmiri bir yastığa söykənmişdi. Çoxlu qan itirdiyindən üzü saralmışdı. Əyilib üzündən öpdüm və ağladım. İmam buyurdu: «Ey Əsbəğ, ağlama. Mən həqiqətən Cənnətə doğru gedirəm.»
    «Ey möminlərin əmiri! Sənin Cənnətə gedəcəyini yəqin bilirəm. Lakin səni itirdiyim və səndən ayrıldığım üçün ağlayıram» dedim.
     
    Həzrət Ramazan ayının 21-ci gecəsi şəhadətə yetişdi. Qurtuluş və nicat gəmisi batdı, elm və hidayət çırağı söndü.

     


    Ustad Ənsariyanın rəsmi saytından
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.