Xalqın əlində olana məhəbbət tamahkarlıqdır. İmam Səccad (ə) buyurur: «Bütün xeyirləri xalqın sərvətindən, malından, məqamından tamahı kəsməkdə gördüm». İmam Sadiqdən (ə) soruşdular ki bəndəni imanlı edən və onun imanını əlindən alan nədir? İmam (ə) buyurdu: «Təqva imanlı edər, tamah imanı əldən alar».
İmam Hadi (ə) buyurur: «Tamah çirkin bir sifətdir». İmam Sadiq (ə) buyurur: «Əgər xoşhal olub dünya və axirət xeyrinə çatmaq istəyirsənsə, xalqın əlində olana tamah salma». Həzrət Əli (ə) buyurur: «Ömür boyu azad qalmaq istəyən kəs qəlbində tamaha yer verməz».
Həsəd, paxıllıq
Çox çirkin sifət olan həsəd odur ki, camaatın var-yoxunun onların əlindən çıxmasını arzulayasan. Paxıllıq Allahın bölgüsünə Onun başqalarına ne’mət verməsinə e’tirazdır. Təkəbbür və özünü bəyənmək, rəyasətə və üstünlüyə məhəbbət insanda həsəd doğuran amillərdir. İmam Sadiq (ə) buyurur: «Alov çör-çöpü yandırdığı kimi, həsəd də imanı yandırır». «Həsəd, xudbinlik və lovğalıq dinin bəlasıdır.»
İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Allah-Taala ilə münacat etdiyi vaxt buludun bir kişiyə kölgə saldığını görür. Allaha ərz edir ki, bu şəxs kimdir? Allah-Taala buyurur: «Bu o şəxslərdəndir ki, Allahın ehsan əta etdiyi insanlara paxıllıq etmir».