Məkkədə vəhşi heyvanlar və quşların asayişi
Əbdullah ibni Sinan, həzrət imam Sadiq (ə)-dan «və mən dəxələhu kanə aminən» yə᾽ni, (hər kəs hərəmə daxil olsa, asayişdədir) ayəsi barədə soruşaraq dedi: Allah-taalanın bu ayədə məqsədi hərəmdir, yoxsa Kə᾽bə?
Həzrət (ə) cavabında buyurdu: İnsanlardan hər kəs sığınan halda hərəmə daxil olarsa, Allah qəzəbindən amandadır. Amma vəhşi bir heyvan və quş ora daxil olarsa, hərəmdən xaric olanadək hücum və əziyyətdən asayişdədir. Həzrət imam Sadiq (ə)-dan diri halda hərəmə daxil olmuş qeyri-vəhşi bir quş barədə sual olunduqda, buyurdu: Ona əl vurmasınlar. Çünki Allah-taala buyurur: «Hər kəs hərəmə daxil olarsa, asayişdədir». Məhəmməd ibni Müslim həzrət imam Sadiq (ə)-dan hərəmə daxil olmuş bir ceyran haqqında soruşduqda, həzrət (ə) buyurdu: Onu tutmayıb və ona toxunmasınlar. Allah-taala buyurur: «Hər kəs hərəmə daxil olarsa asayişdədir».
Məkkəd ehtiramı olmayanlar
Həzrət Peyğəmbər (s) buyurub: Hərəmdə beş heyvan öldürülür: Siçan, əqrəb, qarğa, sağsağan və quduz it.
Həzrət imam Sadiq (ə) buyurub: Hərəmdə ehram halında bir neçə heyvan öldürülür: Əfi ilan, əqrəb və kiçik fasiq sayılan siçan. Qarğa ilə sağsağan isə daşla qovulmalıdır. Bir oğru sənə təcavüz edərsə, özünü müdafiə et.
Həzrət imam Sadiq (ə) buyurub: Hərəmdə ..... və ağcaqanadı öldürməyin heç bir eybi yoxdur.
İncə mə᾽na:
Hərəmdə haram olan işlərdən biri də heyvan öldürmək və ya ovlamaqdır. Amma bir çox heyvanlar bu hökmdən istisna olmuşdur ki, bura da onların adlarını sadalayır və onun fiqh elmi baxımından hökmləri barədə ətraflı mə᾽lumatlarını bilmək üçün fiqh kitablarına baxmağı məsləhət görürük. Qeyd olunmuş heyvanlar aşağıdakılardan ibarətdir:
Hər nöp pis ilanlar ,əqrəb, siçan, qarışqa, ağcaqanad, həmçinin yırtıcı heyvanlar və quşlar.
Bə᾽zi rəvayətlər, insanın mal-dövləti və ya abrına təcavüz edən oğrunu da ehtiramı olmayanlar sırasında bəyan etmişdir. Elə buna əsasən bu kimi rəvayətlərdən ümumi bir qaydanı çıxarmaq olar. Belə ki, hərəmdə insana təcavüz edən hər bir şeydən hərəm ehtiramı hökmü götürülmüşdür. Qeyd etmək lazımdır ki, yeməyi tə᾽min etmək üçün əti halal olan dörd ayaqlı heyvanların başını kəsmək caizdir. Məkkədə əncam verilməsi haram olan işlər:
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri