Bəğy
"Bəğy” dedikdə həqiqət qarşısında itaətsizlik, ilahi hədlərin pozulması, fəsad, günah nəzərdə tutulur. "Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur: "Doğrudan da Qarun Musa qövmündən idi və onlara zülm etmişdi”. "Şura” surəsinin 27-ci ayəsində oxuyuruq: "Əgər Allah bəndələrinin ruzisini gen-bol edərsə onlar yer üzündə fəsad törədərlər”. "Məryəm” surəsinin 28-ci ayəsində isə belə buyurulur: "Ey Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.”
İslam Peyğəmbəri (s) buyurmuşdur: "Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.”
İmam Sadiq (ə) buyurur: "Mö`mində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm”.
Xalqın hüququna təcavüz
Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qur`ani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məs`uliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəl-abidin (ə)-ın hüquq risaləsidir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.
Kitabın adı: Kumeyl duasının şərhi (1-cild)
Müəllif: Hüseyn Ənsarian