İslam Peyğəmbərinin (s) yol yeriməsi
"Məkarimul-Əxlaq" kitabında, Peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm)-in yol getməsi"barəsində xüsusi ünvanda bəhs olunub. Orada rəvayətlərdən birində oxuyuruq:
"Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, tələsik olmayan halda sürətlə qədəm götürərdi. Sanki, üzü aşağı yol gedirdi. Ondan əvvəl və ondan sonra belə yol yeriyən görmədim.”(Məkarimul-Əxlaq, səh. 22 )
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən biri nəql edir: "Mən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən sürətlə yol gedən görmədim. Sanki, yer ayağının altında cəm olmuşdu. Biz zəhmətlə özümüzü ona yetirirdik. O isə əhəmiyyət vermirdi.”(Təfsiri nümunə, cild. 15, səh. 153 )
İbni Əbbas nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, yol getməsi nəhalsız və tənbəllər kimi nə dəaciz və natəvanlar kimi idi.(Məkarimul-Əxlaq, səh. 22 )
Loğmanın yol getmək barəsindəki vəsiyyəti
"Loğman" surəsində, Loğmanın oğluna etdiyi sifarişlər içində gələn cümlələrdən biri budur:
"Yer üzündə qürurla yol getmə. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.”(Loğman surəsi, ayə:18 )
Sonrakı ayədə yol yeriməyin qaydasını bəyan edir: "Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get).”(Loğman surəsi, ayə:19 )
Hədislərdən birində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:
"Hər kim yer üzündə qürur və təkəbbürlə yol gedərsə, yer, yerin altındakılar və yerin üzərində olanların hamısı ona lənət deyərlər.”
Şeyx Səduqun "Əmali" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "nəhy etdikləri" bölməsində nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) məğrurcasına və təkəbbürcəsinə yol getməyi nəhy edib, buyurur: Hər kim libas geyinib onunla təkəbbürlənsə, Allah-taala onu Cəhənnəmin kənarındakı yerin təkinə atar və Qarunun yoldaşı olar. Çünki, (insanlar arasında) ilk qürur və təkəbbürün əsasını qoyan o olmuşdur. Allah, onu evi ilə birlikdə yerə batırıb həlak edər.(Təfsiri Nurus-Səqəleyn, cild. 4, səh. 207 )
Həmçinin, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdəoxuyuruq:
"Allah, imanı insanın əzalarına vacib edib, onların arasında bölmüşdür. O cümlədən, insanın ayaqlarına günaha tərəf getməməyi və Allahın razılığı yolunda qədəm götürməyi vacib etmişdir.”(Üsuli Kafi, cild. 2, səh. 34 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi