» » Tövhid nişanəsi (1-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Tövhid nişanəsi (1-ci hissə)
    0
    Müəllif: Aşiqi Rüqəyya | 18-05-2016, 17:00 | Baxılıb: 1 201

     

     Tövhid nişanəsi (birinci hissə) 

    Böyük Ustad Şeyx Əli Füruğinin çıxışı

    İnsanın hünəri tövhid dəstgahı ilə tanış olmaqdadır. Heç bir şey mərifət qədər dəyərli deyil.

    Xilqətin sirri, mərifətdir. Bəzi insanlar özlərindən əlavə başqalarını da tövhidlə tanış etməyi bacarırlar. Belə mömin qiyamətdə həm özünə nur verəcək, həm də başqalarına. Qurani-kərimdə buyurulur: "O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını  görəcəksən. (Mələklər onlara deyəcəklər: ) "Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!” ("Hədid” surəsi, ayə 12.)

    Bu ayə möminin əməlinin zühurunu bəyan edir. Mömin dünyada həm özünə nur verir, həm də başqalarına. Həm özü həqiqəti tapır, həm də başqalarının əlindən tutur ki, o da tapsın. Həmin nurdur ki, qiyamətdə də insanın canından zühur edir.

    Qiyamətdə hər insanın özü üçün yer və səması vardır. Hər kəsin öz səmasından ulduz və ay görünməlidir. O gündə nuranilik insanın öz daxilindən zühur etməlidir. Əgər bir kəsin çırağı olsa, qaranlıq gecədə hamını hidayət edər, yəni əgər bir nəfərin nuru olsa, çoxlu cəmiyyətə yol göstərə bilər. Amma bir kəsdə nur olmasa, hamı sərgərdan qalar. Əmir əl-möminin Əli (ə) buyurur: "Hər kəs özünü layiq olmadığı şeylərə məşğul etsə, zülmətdə sərgərdan qalar və həlakətə düçar olar”. ( "Nəhcül-bəlağə”, səh. 221)

    Hər kəs ruhu üçün bir iş görməsə, aləmin qaranlığında heyran və sərgərdan qalar və yolu itirər, puçluğa çıxar. Gözəl əməllərlə ruhunu paklamalısan ki, qaranlıq aləmdə qalmayasan.

    İnsanlar iki surətdə aləmdə heyran qalırlar:

    Bir dəstə vardır ki, dünya onları heyran edir və nə edəcəklərini bilmirlər. Bir dəstəni də Allah heyran edir. Bu mövzunun geniş izahı vardır.

    Peyğəmbəri-əkrəmə (s) nisbət verilən bir hədisdə həzrət buyurur: "İlahi! Məni Özünə nisbət heyrətdə qərar ver” (Molla Hadi Səbzivari; "Şərhul-əsmaul-husna”, səh. 535.)

    Əllamə Həsənzadə Amili (Allah onu qorusun) buyurur: "İnsanın təkamül ağacının meyvəsi heyrətdir və o nə qədər şirin meyvədir!” (Hezaro yek kəlme, c. 1, səh. 78.)

    Qeyd olunan hər iki dəstə heyrətdədirlər. Amma mənim ayımla, dolanan ay arasında yerdən göyə qədər fərq vardır.

    İnsan yaradılış dəstgahı ilə tanış olmağa təlaş etməlidir. Bu aləmdə bir dətgah və bir hökumət vardır. O da tövhid dəstgahıdır. "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!” ( "Ər-Rəhman” surəsi, ayə 33.)

    Əgər bu aləmdən çıxa bilərsinizsə, çıxın. Hara gedə bilərsiniz. Halbuki, hər yer Allahın hökuməti altındadır. "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir”  ( "Hədid” surəsi, ayə 3.)
    Aləmdə qurulan hər bir məclis insanı tövhid dəstgahına yetişdirməsə, batildir. Çünki əsil, tövhiddir. İnsanın bütün üzvləri: qulaq, göz, ürək hamısı yol gedir və zahirdə ayaq da yol gedir. Necə niyyət etsən, vücudun o yolda hərəkət edəcək. Quran buyurur: "De: "Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir” ( "İsra” surəsi, ayə 84.)
    Hər insan öz niyyəti əsasında əməl edir. Əsil, niyyətdir. İnsanın batini onun bütün əzalarını hərəkətə gətirir. Ona görə də insan oturduğu halda belə yol gedir. Bu sənin batinin harada bənd alacağına bağlıdır.

    Sinənə tövhid nişanı taxmalısan ki, itməyəsən. İnsan bu dünyada itir, azır. Əmir əl-möminin (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, bir şey itirdiyi zaman dərhal onu axtarmağa can atır, özünü itirdikdə isə heç bir əhəmiyyət verməyir("Qurərul-hikəm və durrul-kəlam”, səh. 460.)

    Hər bir əməldə insan özünü tapmalıdır. Quran buyurur: "Hara gedirsiniz?” ( "Təkvir” surəsi, ayə 26.)

    Allah rəhmət eləsin, mərhum Hacı İsmayıl Dolabini. Savadsız və  təhsil görməyən bir adam idi. Uşaqlıqdan alimlərlə oturub-durmuşdu və Allah ona elm vermişdi. Bəzən üç saat söhbət edirdi və hər qapıdan sinəsinin daxilinə maarif tökülürdü. Bunların hamısını Əba Əbdillah Hüseyndən (ə) almışdı.

    Əhli-beytin (ə) qapısında insan özünü itirmir. Bizim özümüzü itirməməyimiz üçün Allah taala nişan və əlamət qərar verib buyurmuşdur: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” ("Şura” surəsi, ayə 23.)

    Həzrət Məsumənin (s.ə) hərəmində ziyarət oxuduqda mərhum Dolabini gördüm. Bir neçə dəqiqə məhzərində əyləşdim. Dedim ki, ağa, məni nəsihət et. Dedi: - Bir alimlə, ya mərifət əhli ilə əlaqən varmı? Dedim: - Bəli, filankəslə əlaqəm vardır. Buyurdu: - Çox yaxşı. İnsan, itməmək üçün özünə nişan taxmalıdır. Biz qədimdə qoyunlarımıza nişan vurub buraxırdıq ki, itməsinlər. Aləmin bu qarışıqlığında insan özünü itirir.



    Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 19 Mayıs 2016 03:38 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qizim lazimli movzudur

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.