Çox zaman qadınlar ərləri tərəfindən əziyyət və çətinliklərə məruz qalırlar. Məsələn, ər xəstələnir, ya müflis olur, ya ailəsinin dolanışığını tə`min etmək üçün yaxşı işi olmur, ya şəhid olur, ya canına və malına ziyan dəyir və yaxud ümumiyyətlə, qadın ər tərəfindən narahatlıq içində yaşayır. Bu narahatçılıqların çoxu qəsdən olmur. Ancaq təəssüflər olsun ki, əksər hallarda qadın hövsələsizlikdən rəftar tərzini dəyişir və mehribançılığı itirir. Aydındır ki, belə olan halda onun özü, həyat yoldaşı və övladları üçün pis nəticələr baş verir. Qadın əgər bu laqeyidlik yerinə, cəhd göstərsə və ərinə kömək etsə, həm ərinin işini asanlaşdırar, həm özünə və uşaqlarına kömək etmiş olar və həm də Mütəal Allah dərgahında üzüağ olar. Bu, həm də ailənin çətinliklərinin həllində təsirli ola bilər. Həzrət Peyğəmbərin (s) dövründə, O Həzrətin (s) Əbdullah ibn Məs`ud adlı yaxın sirdaşlarından birinin qadınının adı "Zeynəb Səqəfiyyə” idi və ondan bir neçə övladı olmuşdu. Onların güzəranı yaxşı deyildi. Zeynəb özü qərara gəldi ki, ərinə kömək etsin. Eyni halda vəzifələrini və dini ibadətlərini yaxşıca yerinə yetirməkdən başqa, o, sənətlə də məşğul olmaqla bir miqdar pul qazanardı. Bununla da ailə güzəranını tə`min etməkdən əlavə, yoxsullara da kömək edərdi. Bir gün ərinə dedi: "Görəsən Mütəal Allah yanında mükafatım vardır?”
Əbdullah dedi: "Get, Peyğəmbərdən (s) soruş!”
O, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Təsadüfən gördü ki, digər bir qadın da həmin sual üçün gəlib. Onlar Bilal Həbəşini həmin sualı Peyğəmbərdən (s) soruşmaq üçün vasitə qərar verdilər. Bilal Həzrət Rəsulullahın (s) hüzuruna gedib qayıtdı və dedi: "Rəsulullah (s) buyurur ki, sizin iki mükafatınız vardır:
Allah yolunda infaq (sədəqə vermək) mükafatı.
Öz yaxınlarına (ərinə və uşaqlarına) kömək etmək mükafatı. Bunun özü də sileyi-rəhm sayılır”.
8-Agahlıq və təxəssüs
Dolaşıq məsələ kimi bə`zi işlər qadınlara ailədə əziyyət verir. Qadın həyatın çətinliklərini kitab oxumaqla və bacarıqlı adamlarla məsləhətləşməklə həll etməli və onun açarlarını tapmalıdır. O, bu açarlarla həyatın hər cür bağlı kilidlərini, dolaşıq düyünləri iti və güclü pəncəsiylə açar. İnsan bu qeyd olunanları gecikdirməsin ki, yoxsa şairin aşağıdakı şe`rindəki kimi təəssüflənər.
Əfsus arzularım hələ ki xamdır,
Arzular bişincə ömür tamamdır.
O, maraqlanıb doğru və düzgün yolu öyrənməlidir. Həzrət Peyğəmbər (s) buyurub: "Hər bir şeyin sütunu vardır. İslam dininin sütunu, agahlıq və mütəxəssis olmaqdır”.
Həzrət Əmirəlmö`minin Əli (ə) buyurub: "Düşüncəsiz və şüursuz ibadət edən adam, öz ətrafında fırlanan dəyirman ulağına bənzəyir və o heç bir şey anlamır”.
9-Öhdəyə almaq və məs`uliyyət hissi
Bütün qələbələrin əsası və çətinliklərdən ibarət olan qayaları aşıb keçməyin əsas vasitəsi Mütəal Allahın dərgahında məs`uliyyət hissidir. Əgər insan işlərini Allaha xatir yerinə yetirsə və başa düşsə ki, onun ən xırda pis, ya yaxşı işi Allah dərgahında qalır və qiyamət günü ona görə cavab verməlidir, o zaman bütün çətin işləri Allaha xatir, asanlıqla yerinə yetirər. İmamlar (ə) və alimlər çox ağır çətinliklə qarşılaşanda buyurardılar: "Çətinlikləri asanlaşdıran şey, o işin böyük Allaha xatir olmasıdır”.
Belə olan halda, biz də başqalarının oduna yandıq və sair kimi sözlər deyilməz və hamı Allahın razılığına xatir iş görər.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi