Oxunuşu
Əllahummə inni əs`əlukə bi-həqqil məvludi fi hazəl yəvmil məv`udi bişəhadətihi qəbləstih-lalihi və viladətih, bəkəthus səmau və mən fiha vəl ərzu və mən ələyha, və ləmma yətə` (yutə`) liəbətəyha qətilil əbrəh, və səyyidil usrətil məmdudi bin nusrəti yəvməl kərrətil muəv-vəzi min qətlih, ənnəl əimmətə min nəslihi vəş şifai fi turbətihi vəl fəvzə məəhu fi əvbətih, vəl əvsiyaə min itrətihi bə`də qaimihim, və ğəybətihi hətta yudrikul əvtarə və yəs`əru sarə və yurzul cəbbar, və yəkunu xəyrə ənsarən səlləllahu ələy-him məəxtilafil ləyli vən nəhar, Əllahummə fəbihəqqihim iləy-kə ətəvəssəlu və əs`əlu suvalə muqtərifin mu`tərif, musiin ila nəfsihi mimma fərrətə fi yəv-mihi və əmsih, yəs`əlukəl ismə-tə ila məhəlli rəmsih, Əllahum-mə fəsəlli əla Muhəmmədin və itrətih, vəhşurna fi zumrətihi və bəvvi`na məəhu darəl kəra-məti və məhəlləl iqaməh, Əlla-hummə və kəma əkrəmtəna bimə`rifətihi fəəkrimna bizul-fətih, vərzuqna murafəqətəhu və sabiqətəh, vəc`əlna mimmən yusəllimu li əmrih, və yuksirus səlatə ələyhi ində zikrih, və əla cəmii əvsiyaihi və əhli əsfiyaihil məmdudinə minkə bil ədədil isnəy əşər, ən nucumiz zuhəri vəl hucəci əla cəmiil bəşər, Əllahummə və həb ləna fi hazəl yəvmi xəyrə məvhibəh, və əncih ləna fihi kullə təlibətin kəma vəhəbtəl Husəynə li Mu-həmmədin cəddih, və azə futrusu biməhdih, fənəhnu aizunə biqəbrihi min bə`dih, nəşhədu turbətəhu və nəntəziru əvbətəhu aminə rəbbil aləmin.
Əllahummə əntə mutəalil məkan, əzrimul cəbəruti şədi-dul mihali ğəniyun ənil xəlayiq, ərizul kibriya, qadirun əla ma təşau qəribur rəhməti sadiqul və`d, sabiğun ni`məti həsənul bəla, qəribun iza duit, muhitun bima xələqtə qabilut təvbəti limən tabə iləyk, qadirun əla ma ərədt, və mudrikun ma tələbtə və şəkurun iza şukirtu və zəkurun iza zukirt, əd`ukə muhtacən və ərğəbu iləykə fə-qira, və əfzəu iləykə xaifən və əbki iləykə məkrubən və əs-təinu bikə zəifa, və ətəvəkkəlu ələykə kafiya, uhkum bəynəna və bəynə qəvmina (bil həqqi) fəinnəhum ğərruna və xədəuna və xəzəluna və ğədəru bina, və qətəluna və nəhnu itrətu nəbiy-yikə və vələdu (vuldu) həbibik, Muhəmmədibni Əbdillahilləzis-təfəytəhu bir risaləh, və`təmən-təhu əla vəhyik, fəc`əl ləna min əmrina fərəcən və məxrəca, birəhmətikə ya ərhə-mər rahi-min.
Tərcüməsi
Çox mübarək gündür. Şeyx "Misbah”da buyurur: "Bu mübarək gündə Hüseyn ibn Əli(ə) anadan olmuşdur. İmam Həsən Əskərinin vəkili Qasim ibn Əla Həmdani deyir ki, mövlamız İmam Hüseyn(ə) cümə axşamı şəban ayının üçündə anadan olmuşdur. Bu gündə oruc tutun və bu duanı oxuyun”:
İlahi, bu gündə doğulan, səsi ucalmamış və dünyaya gəlməmişdən qabaq şəhid olması ilə vəd edilən, səma və onda olanlar, yer və onda olanların ağladığı şəxsə xatir Səndən istəyirəm! O, göz yaşlarının şəhidi, bəşər tayfasının sərvəridir və "rəcət” günü əbədi zəfərə çatacaq. Onun qətlə yetirilməsinin mükafatı odur ki, imamlar onun nəslindəndir, türbəti şəfadır, həzrət Qaim (Mehdi (ə)) və onun qeyb dövründən sonra, "rəcət” zamanı qurtuluş onunla və xanədanından olan vəsiləri ilədir. Nəhayət, onlar həmin vaxt (düşmənlərdən) qanların intiqamını alacaq, qadir Allahı sevindirəcək və dinin ən yaxşı köməkçiləri olacaqlar. Gecə-gündüzün bir-birini əvəz etdiyi vaxta qədər Allahın salamı olsun onlara! İlahi, Sənə onların haqqını and verib ehtiyac əlimi Sənin dərgahına doğru uzadıram və günahını etiraf edən günahkar, özünə pislik edən, bu günü və dünənində səhlənkarlığa yol verən bir bəndə kimi Səndən istəyirəm! O, Səndən qəbrə qoyulduğu vaxta qədər imanını qorumasını (və pənah) istəyir. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, bizi onların zümrəsində məhşərə gətir, onunla birgə kəramət evinə və əbədi mənzilə (behiştə) apar! İlahi, onu tanımağı bizə əta etdiyin kimi, ona yaxınlaşmağı (onunla behiştdə birgə olmağı) da bizə əta et, bizi onun əmrinə təslim olanlar, adı çəkiləndə ona və onun bütün vəsilərinə, on iki nəfər saydığın seçilmiş xanədanına – parlaq ulduzlara və bütün bəşəriyyətə olan höccətlərə çoxlu salam göndərənlər sırasında qeyd et! İlahi, bu gün bizə ən yaxşı hədiyyə ver və bütün istəklərimizi yerinə yetir! Necə ki, Hüseyni cəddi Məhəmmədə əta etdin və Fotros (adlı mələk) onun beşiyinə sığındı. Biz də onun şəhadətindən sonra qəbrinə sığınanlardanıq və türbəti üstə gəlib qayıdışını (rəcətini) gözləyirik! Amin, ey aləmlərin Rəbbi!
Bundan sonra İmam Hüseynin duasının oxuyursan. Həzrət onu düşmənləri daha çox olan gündə Aşura günündə oxuyurdu. Duanın axırı belədir:
İlahi, Sənin məqamın uca, cəbərutun əzəmətli və tədbirin möhkəmdir. Sən məxluqatdan ehtiyacsızsan. Sənin mülk və hakimiyyətin genişdir və istədiyinə qadirsən. Sənin rəhmətin (bəndələrə) yaxın, vədən doğru, nemətin bol və imtahanın gözəldir. Çağırılanda (bəndələrinə) yaxın və yaratdıqlarına əhatəlisən! Tövbəkarların tövbələrini qəbul edir və iradə etdiklərinə qadirsən. Axtardığını tapır, Sənə şükür edənlərə mükafat verir və Səni yad edənləri yad edirsən. Möhtac halda Səni çağırıram. Fəqir halda Sənə rəğbət bəsləyirəm. Qorxan halda Sənə sığınıram. Qəm-qüssəli halda Sənin dərgahında ağlayıram. Zəif halda Səndən kömək istəyirəm. İşlərimə kifayət etdiyin halda Sənə təvəkkül edirəm. Belə isə, bizimlə qövmümüz arasında hökm et ki, həqiqətən, onlar bizə qarşı hiylə və məkr işlətdilər, bizi xar və tərk etdilər, qətlə yetirdilər. Halbuki biz Sənin Peyğəmbərinin xanədanıyıq, həbibin Abdullahın oğlu Məhəmmədin – risalətə seçdiyin və vəhyinə əmanətdar bildiyin şəxsin övladıyıq. İlahi, bizim işlərimizə fərəc ver və bizə çıxış yolu göstər! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
İbni Əyyaş dedi: "Hüseyn ibn Əli ibn Süfyan Büzufəridən belə dediyini eşitdim: "İmam Sadiq (ə) bu duanı bu gündə oxuyardı və buyurmuşdur ki, bu dua, şəban ayının üçündə İmam Hüseynin mövludunda oxunur.
Kitabın adı: Məfatihul Cinan