Bir qılıncla iki yerə böləcəm
Məhəmməd Kərim Möhsüni deyir 1346-ci hicri şəmsi ilinin Məhərrəmül-haram günlərin idi. Kəndin camaatı iki ay idi ki şəhər yaxınlığında İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin əzadarlığına hazırlaşırdı. Hər şey təyin edilmişdi, amma o məhəllədə nüfuzlu dövlət məmurlarından biri, sünni məzhəbindən idi. O, əzadarlara xəbər göndərmişdi ki, bu işdən əl çəksinlər.
Kəndin camaatı bu işdən əl çəkmək istəmir, bir tərəfdən də dövlətin nüfuzlu və hirsli məmurundan qorxurdular. Bilmirdilər nə etsinlər. Amma o günün sabahı görüllər ki, həmin məmur qara əza paltarı geyinmiş və su ilə dolu tuluğu çiyninə atmış, ayaqyalın və təsəvvürü mümkün olmayan halla başqalarından qabaq əzadarlığa məşğuldur.
Təhqiqdən sonra məlum olur ki, keçən gecə, yuxuda Babəl-Həvaic Həzrəti Əbəlfəzl (ə)-ı qəzəbli halda görmüş. O həzrət məmura fərman vermişdir: Əgər bizim dostlarımızın əzadarlığının qarşısını alsan səni bir qılınc zərbəsi ilə iki yerə böləcəyəm.
Bu yuxunun təsirindən məmur şiə məzhəbinə üz gətirmişdir. Həmin il əzadarlıq qabaqkı illərdən daha güclü keçdi.
Kitabın adı: Hacətlər qapsı Əbülfəzil Abbas Əleyhissalam
Müəllif: Dilavər Quliyev