Kuçik xanın həyat yoldaşı
Qəhrəman, vəfalı və düşüncəli qadınlardan biri də (ingilis istismarçıları ilə mübarizə aparmış meşə sərdarı) Mirzə Kuçik Xanın həyat yoldaşı idi. Bu xanım ərinin həyatının ən çətin anlarında onunla idi və onunla birlikdə çiyin-çiyinə mübarizə aparırdı. Mirzə ona dedi: "Sən həyatımda mənim üçün elə bir qadınsan ki, ən çətin şəraitdə dağ kimi müqavimətli olmusan və eyni halda mənə olan məhəbbətin bir zərrə də azalmayıb. Həyatda yoldaş və həyatımın, ömrümün şəriki olmağın mə`nası budur. Sənə minnətdaram! Uca Allahdan sənin üçün ən böyük mükafatı arzu edirəm”.
Bu sözü dedi, həyat yoldaşı ilə xudafizləşdi və daha qayıtmayıb şəhid oldu.
Pərvin E`tisami
Alim və nümunəvi qadınlardan biri də şe`r divanının müəllifi, şairə qadın Pərvin E`tisamidir. O, 1285-ci hicri şəmsi ilində Təbrizdə anadan olub. Hələ ömrünün 35-ci baharını yaşamamış hicri şəmsi 1320-ci il fərvərdin ayının 16-sı, şənbə gecəsi dünyasını dəyişib. Bu qadın çox dərin mə`nalı şe`rlərdən ibarət olan divanını özündən yadigar qoyub. Onun məzarı müqəddəs Qum şəhərində Həzrət Xanım Mə`sumənin (ə) hərəminin böyük səhnində (Astanə meydanı tərəfdən hərəmə daxil olanda, sağ tərəfdəki ikinci otaqda) yerləşir. O xanımın şe`rlərindən bir neçə sətri sizə təqdim edirik.
Bil ki, İran qadının nadanlıq etmişdir əsir,
Həm ərə, həm arvada elmin nuru bir rütbədir.
Həmçinin buyurub:
Qadınla kişinin vəzifəsi nə?
Dənizçi gəmini aparır önə.
Gəmi möhkəmdirsə, dənizçi aqil
Tufandan qorxu yox, əldədir sahil.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi