İmam Səccada (ə) kimsənin ölüm xəbəri
yetdikdə, yaxud ölümdən yad olunduğu zaman etdiyi duası
40-cı dua
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ إِذَا نُعِيَ إِلَيْهِ مَيِّتٌ، أَوْ ذَكَرَ الْمَوْتَ:
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اكْفِنَا طُولَ الْأَمَلِ، وَ قَصِّرْهُ عَنَّا بِصِدْقِ الْعَمَلِ حَتَّى لا نُؤَمِّلَ اسْتِتْمَامَ سَاعَةٍ بَعْدَ سَاعَةٍ، وَ لا اسْتِيفَاءَ يَوْمٍ بَعْدَ يَوْمٍ، وَ لا اتِّصَالَ نَفَسٍ بِنَفَسٍ، وَ لا لُحُوقَ قَدَمٍ بِقَدَمٍ وَ سَلِّمْنَا مِنْ غُرُورِهِ، وَ آمِنَّا مِنْ شُرُورِهِ، وَ انْصِبِ الْمَوْتَ بَيْنَ أَيْدِينَا نَصْبا، وَ لا تَجْعَلْ ذِكْرَنَا لَهُ غِبّا وَ اجْعَلْ لَنَا مِنْ صَالِحِ الْأَعْمَالِ عَمَلا نَسْتَبْطِئُ مَعَهُ الْمَصِيرَ إِلَيْكَ، وَ نَحْرِصُ لَهُ عَلَى وَشْكِ اللَّحَاقِ بِكَ حَتَّى يَكُونَ الْمَوْتُ مَأْنَسَنَا الَّذِي نَأْنَسُ بِهِ، وَ مَأْلَفَنَا الَّذِي نَشْتَاقُ إِلَيْهِ،
İlahi, Muhəmməd və onun soyuna salam yetir və bizi uzun arzulardan saxla, gözəl əməllərlə arzularımızı qısalt ki, bir saatı o biri saata ruzi dalıyca başqa nəfəsin gəlməsini arzu etməyək, bizi arzuların hiyləsindən amanda saxla, pisliklərindən qoru, ölümü gözlərimiz önündə cilvələndir, ölümü yad etməyi bəzi hallarda xatirimizə gətirmə (həmişə ölüm fikrimizdə olsun) əməllər içrə bizim üçün gözəl bir əməl qərar ver ki, onunla Sənə olan qayıdışı (bütün sürəti ilə belə) zəif sayaq, Sənə yetişmək üçün ona hərislik göstərək, bir cür ki, bizim ölüm ünsiyyət tapdığımız bir yer, şövq bəslədiyimiz ülfət mərkəzi olsun. Yaxınlığını sevdiyimiz yaxın qohum olsun,
وَحَامَّتَنَا الَّتِي نُحِبُّ الدُّنُوَّ مِنْهَا فَإِذَا أَوْرَدْتَهُ عَلَيْنَا وَ أَنْزَلْتَهُ بِنَا فَأَسْعِدْنَا بِهِ زَائِرا، وَ آنِسْنَا بِهِ قَادِما، وَ لا تُشْقِنَا بِضِيَافَتِهِ، وَ لا تُخْزِنَا بِزِيَارَتِهِ، وَ اجْعَلْهُ بَابا مِنْ أَبْوَابِ مَغْفِرَتِكَ، وَ مِفْتَاحا مِنْ مَفَاتِيحِ رَحْمَتِكَ أَمِتْنَا مُهْتَدِينَ غَيْرَ ضَالِّينَ، طَائِعِينَ غَيْرَ مُسْتَكْرِهِينَ، تَائِبِينَ غَيْرَ عَاصِينَ وَلا مُصِرِّينَ، يَا ضَامِنَ جَزَاءِ الْمُحْسِنِينَ، وَ مُسْتَصْلِحَ عَمَلِ الْمُفْسِدِينَ.
belə isə hər zaman bizə ölüm nazil etsən bizi onu görməklə xoşbəxt et, bizə yetişdikdə onu bizə ünsiyyət mayası qərar ver, onun ziyafətində bizi əzab-əziyyətə salma, onu ziyarət etməklə başı aşağı etmə, onu əfv qapılarından biri, Özünün rəhmət açarlarından birisi qərar ver. Bizi hidayət olub azmayanların zümrəsindən, özlərinə ikrahı yol verməyərək təslim olanlardan, günah etməyib günahda israr etməyən tövbə edənlərdən qərar ver, ey yaxşılıq edənlərin muzduna zamin olan, pislərin əməllərinin islahını istəyən!
Kitabın adı: Səhifeyi Səccadiyyə