Ğəriq duası
İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: «Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.» (İbn Sənan nəql edir ki,) dedim:«Ğəriq» duası necədir? Buyurdu: Deyirsən:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!»Mən dedim:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ»
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!»
Buyurdu:«Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:
« يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ»
"Ya Allahu Ya Rahmanu Ya Rahim Ya Muqallibəl-qulub, Səbbit Qəlbi Əla dinikə.”
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» (Biharul-Ənvar, c.52, səh.149, hədis: 73)
Kitabın adı: Biharul-Ənvar
Müəllif: Əllamə Mühəmməd Baqir Məclisi