Əllahummə səlli əla Muhəm-mədin və əhli bəytih, və səlli əla vəliyyil Həsəni və vəsiyyihi və varisihil qaimi biəmrik, vəl ğaibi fi xəlqikə vəl muntəziri li iznik, Əllahummə səlli ələyhi və qərrib bu`dəhu və ənciz və`dəhu və əvfi əhdəh, vəkşif ən bə`sihi hicabəl ğəybəh, və əzhir bizuhurihi səhaifəl mihnəh, və qəddim əmaməhur ru`bə və səbbit bihil qəlbə və əqim bihil hərb, əyyidhu bicundin minəl məlaikəti musəvvimin, və səllithu əla ə`dai dinikə əcməin, və əlhimhu ən la yədəə minhum ruknən illa həddəh, və la hammən illa qəddəh, və la kəydən illa rəddəh, və la fasiqən illa həddəh, və la fir`əvnə illa əhləkəh, və la sitrən illa hətəkəh, və la ələmən illa nəkkəsəh, və la sultanən il-la kəsəbəh, və la rumhən illa qəsəfəh, və la mitrədən illa xə-rəqəh, və la cundən illa fərrə-qəh, və la minbərən illa əhrə-qəh, və la səyfən illa kəsərəh, və la sənəmən illa rəzzəh, və la dəmən illa əraqəh, və la cəvrən illa əbadəh, və la hisnən illa hədəməh, və la babən illa rədə-məh, və la qəsrən illa xərrəbəh (əxrəbəh), və la məskənən illa fəttəşəh, və la səhlən illa əv-təəh, və la cəbələn illa səidəh, və la kənzən illa əxrəcəh, bi-rəhmətikə ya ərhəmər rahimin.
Əllahummə əzuməl bəlau və bərihəl xəfa, vənkəşəfəl ğita, və zaqətil ərzu və mənəətis səma, və iləykə ya rəbbil muştəka, və ələykəl muəvvəlu fiş şiddəti vər rəxa, Əllahummə səlli əla Mu-həmmədin və alih, əlləzinə fə-rəztə ələyna taətəhum, fəər-rəfna bizalikə mənzilətəhum, fərric ənna bihəqqihim fərəcən acilən kələmhil bəsər, əv huvə əqrəbu min zalik, ya Muhəm-mədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, unsurani fəinnə-kuma nasiray, vəkfiyani fəin-nəkuma kafiyay, ya məvlayə ya Sahibəz zəman, əl ğəvs, əl ğəvs, əl ğəvs, ədrikni, ədrikni, ədrikni.
Tərcüməsi
İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir! (İmam) Həsənin nümayəndəsi, canişini və varisi, Sənin əmrinlə qiyam edən, yaratdıqlarının arasında gizli olan, izn və icazəni gözləyən imama salam yetir! İlahi, ona salam göndər, uzaqlığını yaxınlaşdır, vədəsini gerçəkləşdir, əhdinə əməl et, ağır müsibət olan qeyb pərdəsini aradan qaldır, zühuru ilə möhnət və kədər səhifələrini arxada qoy, zühurundan öncə düşmənlərinin qəlbinə qorxu sal və dostlarının qəlbinə səbat və aramlıq bağışla, zühuru ilə cihadı bərpa et, nişanlı mələklərdən ibarət qoşunla ona yardım və onu dininin bütün düşmənlərinə hakim və qalib et. Ona ilham et ki, düşmənlərin bütün sütunlarını dağıtsın, başlarını iki hissəyə ayırsın, çirkin hiylələrini geri qaytarsın, fasiqləri cəzalandırsın, fironluq edənləri həlak etsin, zalımların pərdələrini yırtsın, bayraqlarını endirsin, qüdrət və hakimiyyətini aradan qaldırsın, nizələrini sındırsın, ordusunu dağıtsın, minbərlərini yandırsın, qılınclarını sındırsın, bütlərini doğrasın, qanlarını axıtsın, zülm və haqsızlığı aradan qaldırsın, qalaları viran etsin, qapıları bağlasın, sarayları uçurtsun, evləri təftiş etsin, yerləri gəzib dolansın, dağlara çıxsın və xəzinələri çıxarsın! Ey rəhmlilərin ən rəhmlisi, rəhmətinə xatir qəbul et!
Müəllif deyir: Şeyx Müfid yuxarıda qeyd olunan, əvvəli "Allahu əkbər, Allahu əkbər. La ilahə illəllahu vəllahu Əkbər...”olan ziyarəti nəql etdikdən sonra buyurub: "Digər rəvayətə əsasən, müqəddəs Sərdaba daxil olandan sonra deyirsən: "Əssəlamu ələl həqqil cədid...” sonra ziyarəti ziyarət namazına qədər nəql edib belə buyurub: "Hər iki rə kəti bir salamla on iki rükət ziyarət namazı qılırsan, ondan sonra həzrətdən rəvayət olunmuş duanı oxuyursan:
İlahi, bəla və müsibətlər böyüdü, çarəsizliklər aşkar oldu, işin üstündən pərdə götürüldü, yer genişliyi ilə belə daraldı və səma rəhmətini əsirgədi. İlahi, bizim şikayətlərimiz Sənədir. Hər bir çətinlik və asanlıqda yalnız Sənə arxalanırıq. İlahi, Məhəmməd və onun Əhli-beytinə – bizə itaəti vacib olan və məqamını bizə tanıtdırdığın əmr sahiblərinə salam yetir. Belə isə, onlara xatir, bizə təcili və yaxın, bir göz qırpımında və ya ondan da tez fərəc və genişlik ver! Ey Məhəmməd, ey Əli, ey Əli, ey Məhəmməd! Mənə kömək edin ki, yalnız Siz mənə kömək edərsiniz. Mənə kifayət edin ki, yalnız Siz mənə kifayət edərsiniz. Ey mənim mövlam, ey Sahibəz-Zaman, fəryada yet, fəryada yet, fəryada yet! Məni dərk et, məni dərk et, məni dərk et (özünü mənə göstər)!
Müəllif deyir: "Biz, bu əzəmətli duanı azca fərqlərlə bu fəslin birinci bölümündə qeyd etmişik. Bu duanı, bu məkanda və ya başqa məkanlarda təkrar-təkrar oxumaq əziz zəvvarlara çoxlu tövsiyə olunur.”
Kitabın adı: Məfatihul Cinan