Günah haqqında yaddaşlar
1. Zülm etməyin növləri və onun cəzası.
İmam Əli (ə) buyurur:
اَلا وَاِنَّ الظُّلْمَ ثَلاثَةٌ: فَظُلْمٌ لا يُغْفَرُ، وَظُلْمٌ لا يُتْرَكُ، وَظُلْمٌ مَغْفُورٌ لا يُطْلَبْ
«Agah olun ki, zülm üç qismdir:
1. Heç vaxt bağışlanmayan zülm.
2. Cəzasız qalmayan zülm.
3. Bağışlanan zülm.
Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.
Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq:
اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ
«Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».
Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.
Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir.
(Yə’ni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)
2. Günahların ən pisi.
İmam Sadiq (ə) buyurur:
اَقْذَرُ الذُّنُوبِ ثَلاثَةٌ: قَتْلُ الْبَهِيمَةِ وَحَبْسُ مِهْرِ السُّنَّةِ وَمَنْعُ الاَْجِيرِ اَجْرَهُ
Günahların ən pisi üçdir:
1. Heyvanı (qeyri-şər’i yolla və səbəbsiz) kəsmək.
2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).
3. Fəhlənin muzdunu verməmək.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti