Mən Əlinin oğluyam qeyrət, Əbəlfəzldir adım
Öylə bir kəsdiki, qeyrət ona təzim eliyib.
Kimdi Abbas?
O həmin şəxs idi öz, nəfsini təlim eliyib,
Bax bəşəryata gör Abbas edəni kim eliyib.
Hirsilən cırdı Ağam şimrin amannaməsini,
Etmərəm zalim ilə beyyət Əbəlfəzdir adım
Atam həzrət Əlidir həzrət Əbəlfəzdir adım.
Eləki cırdı Ağam şimrin əman naməsini,
Gətirib göz önünə bağu Fədək səhnəsini.
Bəqiyə tutdu üzün bir yol ucaldı səsini,
Əvəz etdim Anacan mən Fədək qəbaləsini.
Üzmüyə qoy səni bu halət Əbəlfəzdir adım,
Ola qatillərivə lənət Əbəlfəzdir adım.
Naməni atdı yerə baxdı məlunun gözünə,
Dediki bir mənə bax birdə nəzər sal özünə.
Bu qədər bəs edər artıq daha son qoy sözünə,
Vurdu bir şillə əlin eyni düşübdür üzünə.
Buda sadiqliyimə rüsxət Əbəlfəzdir adım,
Ola məndən sizə bir xələt Əbəlfəzdir adım..
Üz tutub xeymələrə gəldi Hüseyn məhzərinə,
Salam ərz eylədi hörmət ilə din rəhbərinə.
Dediki namə gəlibdir Ağacan nokərinə,
Cavabın verdim özüm mən o Yezid ləşgərinə.
Görər etsə üzünə diqqət Əbəlfəzdir adım,
Yazmışam surətinə, hikmət Əbəlfəzdir adım.
Buyurub şahı Hüseyn getmək isdiyirsən əgər,
Səni azad edirəm xidmətin artıq bəs edər.
Dayanıb xeymə önündə edir Abbasa nəzər,
Həm Rüqəyyə Səkinə, Zeynəb, Əlidə süd əmər.
Getmərəm mən ola min fürsət Əbəlfəzdir adım,
İftixardır mənə bu xidmət Əbəlfəzdir adım.
Cəm edib körpələri bir yerə Haşim qəməri,
Ələmin qoydu yerə açdı belindən kəməri.
Səslədi hər kəsi bu səhnəyə etsin nəzəri,
Dolanıb körpələrin başna dedi bir xəbəri.
Anam etmişdi bunu niyyət Əbəlfəzdir adım,
Mən Əlinin oğluyam qeyrət, Əbəlfəzdir adım.