» » Abır-həyanın qorunması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Abır-həyanın qorunması
    0
    Müəllif: Fatimə Nuri Xuda | 27-04-2016, 18:00 | Baxılıb: 1 396
     
     
    Abır-həyanın qorunması

    "Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər və mənim abrımı varlılıqla qoru. Kasıblıq üzündən məni e`tibarsız məqama salma ki, Sənin ruzini yeyənlərdən kömək istəməyə məcbur olum”. "Nəhcül-bəlağə”də duanın bu hissəsinin əvvəlki cümlələrinə oxşar bir çox tə`birlər gəlmişdir. Bütün mə`sumlar vahid bir nurdur. Bir neçə imamdan eyni bir duanın inşası təəccüblü deyil. Bəlkə də, imam Səccad (ə) bu duanı Əmirəl-mö`minindən (ə) öyrənib.
    "Aberu” sözü "ab” və "ru” ("üzün suyu”) sözündən təşkil olunmuşdur. Az və ya çox bütün dinlərdə bu cür terminlərdən istifadə olunur. Bütün insanlar cəmiyyətdə abırlı olmaq istəyir. Yə`ni ətrafdakı insanlar ona hörmətlə yanaşsın və təhqiramiz baxışlarla baxmasınlar. Qiyafə, paltar, rəftar, xasiyyət və əməllər başqalarının insana hörmətinə səbəb olarsa, o, cəmiyyətdə abırlı hesab olunar. Əgər şəxsin əməlləri, xasiyyəti, qiyafəsi insanların nifrətinə səbəb olarsa, bu şəxs cəmiyyətdə abırsız və hörmətsiz olar.
    Bə`zi sufilər zahirən bəzənməyi düzgün hesab etmirlər. Onların fikrincə, paltar, üz-göz və cisim təmiz, səliqəli olmamalıdır. Guya, bədənin üfunətli, paltarların çirkli və saçların pırtlaşıq olması mə`nəviyyatdır. Onlar öz xam xəyalları əsasında nəfsləri ilə mübarizə aparıb bir növ ruhi kamilliyə çatmaq istəyirlər. Əslində onların bu əməlləri bir növ şeytanla əlaqə səbəbidir. Şeytan onlara arabir kömək edir ki, qəlbləri rahat olsun və bu köməklərin haqlılıq nişanəsi olduğunu düşünsünlər.
    Qur`an və mə`sum imamların göstərişlərindən mə`lum olur ki, bu sayaq əməllər çox pislənilmişdir. Hətta Qur`anda özlərini ehtiyaclı göstərməyən kasıblar tə`rif olunmuşdur:
    "Onlar çox iffətli olduqlarından tanımayanlar onları ehtiyacsız sayar. Siz onların simalarından yoxsulluqlarını anlayarsınız. Çünki onlar nəfsitox olduqlarından kimsədən bir şey istəməzlər.”
    İslam baxımından, insan geyimində, başqaları ilə münasibətdə (ailə və ictimai münasibətlərdə) elə rəftar etməlidir ki, insanların hörmətini qazana bilsin. Rəvayətlər iki növ paltarı olan (bayram günləri, cümə günləri və ya cəmiyyət içinə çıxmaq üçün təmiz paltarlar və iş üçün paltar) şəxsləri məzəmmət etmir və onların bu əməllərini dünyagirlik kimi göstərmir. Əksinə, rəvayətlər bu cür insanları tə`rifləyir. İslami cəmiyyətdə insanlar bir-birləri ilə daha çox əlaqə saxlayıb, bir-birlərini sevməlidirlər. Bu əməl onların maddi və mə`nəvi təkamülü üçün inkişaf zəminəsi yaradır. Rəvayətlərdə mö`minlərin görüş zamanı bir-birlərinin əlini sıxıb, bir-birlərinə məhəbbət göstərmələri sifariş olunur. İmam Baqir (ə) buyurur: 
    "İki mö`min qarşılaşıb bir-biri ilə görüşdüyü zaman Allah-təala əlini onların əlinin arasına daxil edər. Allah bu iki nəfərdən dostunu daha çox sevənə nəzər salar.”
    Bütün bu sifariş və həvəsləndirmələr mö`minlərin bir-birləri ilə əlaqə saxlayıb, bir-birlərini sevmələri üçündür. İnsanların nifrətinə səbəb olan şeylərdən çəkinmək bu növ əlaqələrin, dostluq və mehribanlığın şərtidir. Heç kim çirkin, pis, qoxulu və saçları pırtlaşıq şəxslə görüşmək istəmir. Hətta insanın belə bir şəxsə baxmaq istəməməsi də mümkündür. Çətin ki, kimsə belə bir şəxslə oturub söhbət etsin və onun sözlərinə qulaq assın!
    Əziz peyğəmbər dostları ilə görüşə getmək istədikdə saçlarını darayar, özünü ətirləyər, dişlərini yuyar və paltarını qaydasına salardı. Bundan əlavə, güzgüyə baxardı ki, üz-gözündə və paltarlarında eyb olmasın. Ayna olmadıqda qabda suya baxırdı. Təmizliyə olan bağlılıq və xalqın bu işə həvəsləndirilməsi insanların bir olub, bir-birlərini sevmələri üçündür. Bu qayda ilə insanlar bir-birlərindən istifadə edə bilərlər. Mö`min ilə kafir arasında fərqlərdən biri də budur ki, abır-həya səciyyəsindən mö`min dinin tə`yin etdiyi ictimai vəzifələri yerinə yetirmək, kafir isə çirkin məqsədlərinə çatmaq üçün istifadə edir. Bir çoxlarının ağılı gözlərindədir. Adətən, xalq kasıb insana münasibətdə e`tinasız olur. Bu cür insan üçün cəmiyyətdə, hətta mö`minlərin arasında mövqe tutmaq çox çətindir. Var-dövlətin imam üçün heç bir dəyəri yoxdur. Lakin o bunu abır-həyasını qorumaq üçün istəyir. Bununla da ictimai mövqe sayəsində islami və iman vəzifələrini yerinə yetirə bilsin.
    Başqalarına möhtac olan şəxs insanlara ehtiyac əlini açmağa məcburdur. Bu halda, insanlar ona kömək etsələr, o yoxsul qalır, əgər ona kömək etməsələr daha çox əziyyətə dözməli olur. Lakin yer və göylərin xəzinəsi Allahın əlindədir. O öz sonsuz kərəm və lütfü ilə insanın ehtiyaclarını ödəyib onun abır-həyasını qoruya bilər.
    "Pərvərdigara! Olmasın ki, alçaq və şər fərdlərə ağız açım, mənim ehtiyacımı yerinə yetirənlərə sitayiş edib borclu qalım. Məcbur olum ki, ehtiyacımı yerinə yetirməyənlər haqqında pis söz deyim. Axı bəndələrinə ne`mət əta edib, bu ne`məti kəsə bilən yalnız sənsən”.
    Bə`zən dünyada ehtiyaclarının açarı alçaq insanların əlində olur. Allahdan istəməliyik ki, bu növ ehtiyaclarımızı öz qeyb xəzinəsi vasitəsi ilə ödəsin. Belə ki, alçaq insanlardan kömək istəməyə ehtiyacımız olmasın. Qur`an buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, səni Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne`mətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər.”
    "Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər. İbadətlə yanaşı sağlamlıq, təqva ilə yanaşı rahatlığı mənə ruzi et”.
    Rahatlıq və sağlamlığın özü imam üçün əhəmiyyət kəsb etmir. İmam sağlamlıq və rahatlığı Allaha ibadət üçün vasitə hesab edir. Sağlamlıq və asudəlik ibadət və təqva ilə yanaşı olmalıdır.
    "Mənə daim əməllə yanaşı olan elm əta et. Mənə ifrata varmayan təqva və pəhrizkarlıq əta et”.
    Təqvalı olmaq istəyən bə`zi şəxslər lazım olmayan yerlərdə ehtiyat edirlər. Hətta bu ehtiyat onların vaciblərdən uzaqlaşmasına səbəb ola bilər. Beləliklə, zöhd və təqva dairəsinə daxil olmamışdan öncə onun sərhədlərini yaxşıca tanımalıyıq.
    "Pərvərdigara, ölüm zamanı mənə əfvini nəsib et”;
    "Sənin rəhmətinə ümidvarlıq arzumu həyata keçir”.
    İnsan günahlarına nəzər saldıqda Allahın mərhəmətinə olan ümidi yox olur. Bu an Allahın rəhmətinə ümidvar olmaq bir arzu şəklinə düşür.
    "Sənin razılığına çatdıran yolları mənim üçün hamar et”;
    "Bütün hallarda əməlimi xeyirli et”;
    "Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər. Məni qəflət və unutqanlıq zamanı öz zikrinlə oyat”.
    İnsan üçün daim qəflət təhlükəsi var. Bundan əlavə, bə`zən insanın Allahı tamamilə unutmasına səbəb olan hadisələr baş verir. Bu zaman fəryadımıza çatıb, öz zikrini bizə ilham etməsini və qəlbimizi ayıltmasını Allahdan istəməliyik.
    "Ömrümün qalan hissəsində məni öz itaətinə yönəlt”;
    "Məhəbbətinə çatmaq üçün mənə asan və sadə yol hazırla ki, öz məhəbbətinlə dünya və axirət xeyirini mənim üçün tamamlayasan”;
    "Mənim hədəfim Sənin məhəbbətinə çatmaqdır. Bu məhəbbətə çatmaq üçün dolanbaclı yollar var. Mənim üçün asan yol hazırla. Bu duaları qəbul etmək və məhəbbətinə doğru asan yol açmaqla mənim üçün dünya və axirət xeyirini kamilləşdir”.
    "Pərvərdigara! Peyğəmbər və onun Əhli-beytinə (ə) öz salamını nazil et. Məhəmməd və onun ailəsinə varlıq aləmində əvvəldən axıra az yaratdığına göndərdiyin ən üstün salamı göndər. Bizə dünya və axirətdə yaxşılıq əta buyur. Öz rəhmət və mehribanlığınla məni cəhənnəm əzabından qoru”.
     
     
     Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 27 Nisan 2016 19:18 | İstifadəçi | Şərh yazdı
    Allah razıolsun bacı. Allahım bizləri mənəvi və maddi zəngin et, bizlərin bütün ruhi və cismi xestəliklərimizə şəfa ver. Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.