» » » Yusif və qardaşları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

ya_Fatime
ya_Fatime
2 Nisan 2026

halal rəqs də var imiş, ləzginka, balet-bu tərzdə olanlar: youtube:
"@asker_assaparty урок женской лезгинки (new)"
"мурад шихрагимов женская лезгинки". Eusiyadandı. Orda da ağır q*ətliam ediblər, burda da. İnsanlığdan böyük dəyər apardılar. black demons, unutmayacam qarabağlıların içindəki bu dəstəni. çox şərəfsiz, insafsız, ikiüzlü, zalım insanlardılar.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

dinli yaşam çok iyi, benim bildiğim kadarı 3 çatışmayan tərəfi var: 1) no freedom in mind (100%-tam xoşbəxtlik ancaq tam yaxşılıqla mümkündü), 2) ayətullah sözündən asılılıq, insan uzun vədədə sərf edən (elmlə sabit) qanunları rəhbər tutmalıdı sadəcə, qanun idarə etməlidi şəxs yox, qəti 3) "dünya işlərinə meyl etməməyin". dini qanun kimi yox, kültür kimi yaşamaq yaxşıdı, amma zaman-zaman başqalarını da yoxlamaq lazımdı. xristianlıqda çox gözəl dualar var.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

çox vaxt və vərəqdə yer aparan dil işlətmək pislərə xeyirdi. 2 tip insan var sadəcə pis və yaxşı, qalanlarını unutmalıyıq. az ağac kəsilsin deyə dəftərləri mexaniki qələm (karandaş) və pozanla işlıtməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

cinlərin sözü ilə heç nə etməmək lazımdı, sadəcə dediklərini qeyd etmək
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

oğuz maqiya içindədu, camaatın bıdbəxliyi üzündən bəlli olur
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəki şəhərində bir küçənin bütün evləri boçdu. maqiyadaki cinlərin gətirdiyi bütün imtahanları keçdilər. sadəcə məlumat qaynağı kimi qəbul edin cinlərin dediklərini, sıhv də olur düz də. mütləq məntiqlə hərəkət etmək lazımdı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

time and date saytı - hava haqqında məlumat saatlıq
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

frequency dictionary of english pdf - ən çox işlənən sözlərin lüğəti. xəbərləri izləyə və məlumat ala bilmək üçün
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

maqiya ilə mübarizə apara bilən yeganə ölkə Fransadı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

türkce və azeybaycanca danışın dillərin fərqini hiss edəcəksiz. hər dilin tren rayı kimi bir neçə yolu var. bizim dilin ən rahat yolları cəhənnəmədi
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Azeybaycan - alov mələyinin diyarı - cəhənəm
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

chat GPT'yə yazın elmə görə səhv Quran ayələri
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Quranda səhvlər var amm düzlər də var. dünya 6 gündə yaradılmayıb və dünyanın damı 6 qatlı deyil
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəxsi mesaj yaza bilmirəm, əlaqə nömrələrim: 0773981855
0778030799
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

zəif nöqtə düzəldib onu amansızca istifadə edillər. zəif nöqtə saxlamamlıyıq.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

qiyamət deyil, hər şey özümüzdən asılıdı. hökümətləri və həyat tərzimizi dəyişməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

the sun, youtube. Avstayliyada havanın qırmızı edildiyini paylaşmışdılar
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

moderatorluqdan çıxarın məni, profilim güvəndə deyil. vatsap da güvənli deyil, teleqram istifadə edin. xəbər kanalı tapa bilmirəm, xarici kanallardı bəzi şeyləri paylaşır.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

bir qismi başqa gezegenə khgvjöləlik üçün göndərilir, bir qismi yuhvuvem olaraq satılır. iktisadiyatı belə ayaqda saxlayırlar öz ölkələrində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Eusiy əhalisi 1992dən bu yana hər il 1 milyon azalır
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

mə illərd ki sayta girmirəm, sizə gələn mesajlar məndən yazılmayıb
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Maqiya dövründəyik. Sizə beyninizdə nə isə danışıllarsa bilin ki cindi. Made in China telefonlar, digər çiplu telefonları işlətməməliyik, izləyillər bizi onlar sayəsində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

🔵"NASA Ozon Watch" deyə axtarın google'da keçən il havanın dayanmış kimi və daha çox isti keçməsinin səbəbini görəcəksiniz. 1979-cu ildən bəri ozon qatının vəziyyətinin illik icmalı var orda
Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6757

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6741

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 1

Saytın Arxivi

Mart 2026 (1)
Ocak 2025 (3)
Nisan 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yusif və qardaşları
    +5
    Müəllif: Yusifi Zehra | 3-05-2016, 13:00 | Baxılıb: 1 299
      
     
    Yusif və qardaşları
     
    Yəqub peyğəmbərin övladları, Yusifi atasından ayırıb onu quyuya atdıqda, nəfsləri onları aldatdı. Necə ki, Quran buyurur:
    «Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər. Yəqub dedi: Xeyr! Sizin öz həvayi-nəfsləriniz bu işi sizə gözəl göstərmişdir. Mən gözəl və yaxşı səbr etməliyəm. Dediklərinizin yalan olduğunu [sübut etməyə isə] ancaq Allahdan kömək istəyirəm.»(Yusif surəsi-8. )
    Bu ayədə, "səvəllət" cümləsi ərəbcədən "təsvil" kökündən olub «zinət vermək» mənasındadır. Bəzən onu «rəğbətləndirmək», bəzən də "vəsvəsə etmək" mənaları kimi təfsir edirlər. Ümumilikdə, bunların hamısını bir mənada cəm etmək olar. O da buna işarədir ki, tüğyanedici həvəslər, insanın ruhuna və fitrətinə sahib çıxdıqda ən çirkin günahları o cümlədən, qətlə yetirmək və ya qardaşı sürgün etməyi, insanın nəzərində elə zinətləndirir ki, günah sahibi onu zəruri və müqəddəs bir əməl kimi təsəvvür edir. Bu da, ruhi məsəllərdə ümumi bir qanuni yoldur. O da budur ki: Hər hansı bir məsələyə ifrat dərəcədə meyl etmək, xüsusilə bu meyl, çirkin əxlaqla olduqda, insanın həqiqəti aramaq fikrinin üstünə pərdə çəkilir və həqiqətlər onun nəzərində tamamilə dəyişir. Ona görə də, insan nəfsini pak etməyincə düzgün və doğru şəkildə mühakimə yürüdə bilməz. Bu əhvalatdan aydın olur ki, Yusifin qardaşları «müsəvvələ nəfsin» (aldadıcı nəfsin) vasitəsilə ən böyük cinayəti edirlər. Yalandan qanlı köynək düzəltməklə öz yalanlarını doğru və düzgün şəkildə cilvələndirmək istəyirlər. Həmin əhvalatda qardaşlar, Misirdən qayıdıb qardaşlarının oğurluq xəbərini Yəquba verdilər. Yəqub (əleyhissəlam) buyurur:
    «Dedi: Sizin öz nəfsiniz mövzunu nəzərinizdə belə zinətləndirdi. Mən səbr edirəm. Gözəl səbr. Ümidvaram ki, Allah onların hamısını mənə qaytarsın. Çünki, O, bilən və hikmət sahibidir!»(Yusif surəsi-83. )

    Samiri

    Quran buyurur: «Musa Tövartın lövhələrindən ötrü Tur dağına gedir. Gedərkən camaata buyurur: Mənim bu işim otuz gün çəkəcək. Ancaq, Allah onun işini on gün də artırır, qırx gün çəkir. Bu on günlük gecikmə fasiləsində Samiri adlı şəxs Bəni-İsraili aldada bilir və onları buzova pərəstiş etməyə vadar edir. Həzrət Musa qayıdır və belə bir narahatedici mənzərə ilə rastlaşır. Əvvəlcə, qardaşı Harunu danlayıb məzəmmət edir. Qardaşının təqsirkar olmadığı məlum olduqda Samirini xitab qərar verib, buyurdu: Ey Samiri! Nəyə görə bu işi gördün? Samiri belə cavab verdi: Mən onların görmədiklərini gördüm. Mən o rəsulun (Allah elçisinin) ləpirlərindən bir az götürdüm sonra onu atdım. Beləcə, öz nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi!» (Taha surəsi-96. )
    Samiri təkəbbürlü və özündən deyən bir şəxs idi. Özünün huşyarlığı, qüdrəti və xüsusi məharəti vasitəsilə İsrail övladlarının zəif cəhətlərindən istifadə edib böyük bir fitnə yarada bilmişdi. Musanın (əleyhissəlam) zəhmətlərini görməməzliyə vurub, əhalini buzovpərəstliyə dəvət etmişdi.
    Ayədə Samiri, öz çirkin əməlini, yəni, İsrail övladlarını zəlalətə salmasını "müsəvvələ nəfsinə" və ya özü-özünü aldatmasına nisbət verir. Söyləyir: "Beləcə nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi."
    Ayədəki, «Mən o rəsulun (Allahın elçisinin) ləpirindən bir az götürdüm» cümləsində, «ləpirdən"məqsəd, ayağın altında olan torpaqdır. «Atdım» sözündən məqsəd isə o torpağı qızıldan düzəldilmiş buzovun heykəlinin içinə atmasıdır. Yaxud, belə mənalandırmaq olar ki, «iz və ya ləpirdən» məqsəd, təlimatlardan bir qismini bilmək, «atmaq»dan məqsəd isə «Musanın təlimatlarını kənara atmaqdır.»
    Hər iki ehtimal olunmuş mənanın hansını qəbul etsək, belə bir mənanı çatdırmaq istəyir ki, Samiri, İsrail övladlarını zəlalətə salmaq əməlində öz nəfsinə aldanmış və belə bir böyük cinayətə əl atmışdır.
     
     Həsən Bəsrinin müsəlman ümmətində Samiri yolunu oynaması

    Təbərsinin «Ehticac» kitabından nəql olunan hədisdə gəlib: Əmirəl-möminin Əli (əleyhissəlam) Bəsrəni fəth edən zaman əhali onun ətrafına yığışır. Onların arasında Həsən Bəsri adlı bir şəxs özü ilə yazı yazmaqdan ötrü xüsusi lövhələr gətirmişdi. Həzrət Əli (əleyhissəlam)-dan hər nə söz eşidirdisə, dərhal yaddaş edirdi. İmam Əli (əleyhissəlam) əhali arasında onu müxatəb qərar verib uca səslə soruşur: Nə edirsən? Cavab verir: Sizin əsərlərinizi və sözlərinizi gələcəkdə araşdırmaqdan ötrü qeydə alıram! Əmirəl-möinin (əleyhissəlam) buyurdu:
    «Agah olun! Hər bir tayfanın və cəmiyyətin bir Samiriyə bənzər şəxsi var. Həsən Bəsri də bu ümmətin Samirisidir. Təkcə, Musanın (əleyhissəlam) dövründəki Samiri ilə fərqi budur ki, hər kim Musanın (əleyhissəlam) dövründəki Samiriyə yaxınlaşsaydı, deyərdi ki, mənimlə ünsiyyətdə olmayın. Lakin, bu Samiri əhaliyə deyir ki: Döyüşmək olmaz hətta, yolunu azmışlarla belə olsa da.»
    Bu sözlər, Həsən Bəsrinin Cəməl döyüşünə qarşı etdikləri təbliğlərinə görə idi.(Təfsiri-nur Səqəleyn, 3-cü cild, səh-392. )

     Mütməinnə nəfsi
     
    Nəfsin mərtəbələrindən biri də, «mütməinnə» (arxayın, xatircəm olan) nəfsdir. Bu mərtəbə, nəfsin ən uca mərtəbəsidir. Qurani-kərimdə belə oxuyuruq:
    «Ey xatircəm olan nəfs! Rəbbinə tərəf dön! Sən ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə daxil ol!»(Fəcr surəsi- 27-30. )
    Pərvərdigari-aləmin, iman sayəsində xatircəmlik və arxayınlıq halətində olan nəfsi Behiştə dəvət etməsi necə də səfalıdır! Hər iki tərəfin razılığı ilə qarışmış dəvət, öz məşuquna qəlbini vermiş aşiqin razılığı və onun ardınca məhbub və həqiqi məhbubun razılığı! Bəndələrin iftixar, bəndəlik libası ilə onu fəxrli etmək, xüsusi şəxslərin yolunu ona vermək və nəhayət, mömini Behiştə dəvət etmək!
    Xatircəmlik, bir sıra dəyişiklikdən sonra qəlbdə olan sakitlik və aramlıqdır. Nəfsin sakitliyi, yəqinliyə və mərifətə yetmiş halətidir. Məşhur alim "Kaşifi"yazır:
    «Ey xatircəm nəfs! Çətinlikdə və nemətli hallarda səbirli və dözümlü olub, Mənə şükr etdin! Allahın Öz kəramətindən sənə verdiyi yerə qayıt. Sənə verdiyim nemətlərdən razı olduğun halda!»(Təfsi Ruhul-bəyan, 10-cu cild, səh-432)
     
     
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     
     
    Bölmə: Peyğəmbərlər / Hz.Yusif
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.