» » » Hüquq kitabı və İmam Səccad (əleyhissalamın) həyatı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hüquq kitabı və İmam Səccad (əleyhissalamın) həyatı
    0
    Müəllif: Yusifi Zehra | 12-05-2016, 14:00 | Baxılıb: 1 847
     
     
    Hüquq kitabı və İmam Səccad (ə)-ın həyatı

     
    Hüquq barəsində müxtəlif cəza və qəza cəhətlərindən müxtəlif məktəblərdə hüquqi bəhslər olunmuşdur. Məşhur şəxslər insanlara aid fərdi və ictimai hüquqlar barəsində söz demiş və kitablar yazmışlar. Amma demək olar ki, fərdi, ictimai və əxlaqi hüquqlar barəsində İmam Zeynalabidinin (əleyhissalam) buyurduğu kimi ümumi şəkildə bəhs olunmamışdır.
    İmam Zeynəlabidin (əleyhissalam) dünya şiələrinin dördüncü rəhbəridir. O həzrət, 37 və ya 38-ci hicri-qəməri ilində, Mədinədə dünyaya gəlmiş, 94 və ya 95-ci hicri-qəməri ilində isə şəhadət feyzinə nail olmuşdur. "Bəqi" qəbristanlığında, alicənab əmisinin yanında dəfn olunmuşdur. Alicənab Şeyx Kuleyni, o həzrətin təvəllüdün 38-ci ildə, şəhadətini isə hicrətin 91-ci ilində olduğunu qeyd etmişdir. O həzrətin mübarək ömrünü,57 il yazmışdır.(Üsuli-Kafi, 2-cild, səh-367. )
    Məşhur tarixçi Yəqubi, onun şəhadətinin 99-cu ildə, yaşını isə 58 il qeyd etmişdir.(Tarixi Yəqubi, 2-ci cild, səh-303. ) Şeyx Müfid, o həzrətin təvəllüdünü 38, şəhadətini 95, ömrünü isə 57 il yazmışdır.
    Həzrətin həyatı barəsində xüsusi bir kitaba ehtiyac vardır. Tarixçilər və həyat yolunuyazanlar, o həzrətin həyatının müxtəlif qismətləri barəsində kitablar yazmışlar. O, həzrət, İmamət, vilayət, ismət, sədaqət və paklıq məqamına malikdir. İmam Səccad (əleyhissalam) elə bir uca məqama malik idi ki, ibadət qismətində onu, "Zeynəlabidin" yəni, ibadət edənlərin zinəti, səcdə etməkdə «Seyyiddüs-sacidin», səcdə edənlərin ağası, ləqəbini özünə ixtisas vermişdir. Hissiyyat və ağlamaqda «Tacul-bukain" (ağlayanların tacı) ləqəbini almış, elm və Allahla münacat etməkdə ən böyük dərs ünvanı, dua və Allahla necə munacat etmək sahəsində, «Səhifeyi-Səccadiyyə» kitabını həmçinin, Allahdan necə hacət istəmək və nə istəmək yolunu insanlara müxtəlif kitablarında yadigarqoymuşdur.
    Səbr, dözüm və əziyyətlər sahəsində, canlı Kərbəla hadisələrini anba-an öz gözləri ilə müşahidə etmiş və dözmüşdür. Zülmə və sitəm əleyhinə olan mübarizədə, Şamın (Dəməşq) məscidində özünü tanıtdırmaq haqqındakı odlu və alovlu çıxışı, öz əzəməti ilə tanınmışdır. Bəni-üməyyənin amansız zülmlərinə qarşı həmişə mübarizə aparmışdır.
    Məqam, mənəviyyət və qəlblərə nüfuz cəhətdən elə bir kəs idi ki, Məkkədə təvaf edən cəmiyyətin toplusuna daxil olduğu zaman ixtiyarsız olaraq hamı ona yol açır, o da «Qara daşı» ləms etməyə başlayır. Cəmiyyətin çoxluğundan təvaf edə bilməyən, Hişam ibni Əbdül Məlik (zəmanəsinin xəlifəsi) cəmiyyətinçoxluğundan və ona yol verilməməsi üzündən bir kənarda oturub bu mənzərəyə tamaşa edir və İmam Zeynalabidin (əleyhissalam)-ın əhalinin qəlbində olan ehtiramına və nüfuzuna məətəl qalmışdı. O kimdir ki, belə bir əzəməti var? - Deyə soruşur. Fərəzdəq adlı məşhur şair, onun cavabında həzrəti vəsf edərək, İbni Hişama buyurur:"Tanımırsan, yoxsa özünü tanımamazlığa vurursan? O elə bir şəxsdir ki, Bətha ölkəsi onun möhkəm qədəmlərinin izini tanıyır.
    Allahın evi, Beytül-həram və başqa yerlər onu yaxşı tanıyır...”
    Bəli! Fərəzdəq bu uzun şerində onun əzəmət və məqamını şərh edir. Bu qısa bəhsdə bütün mətləbə işarə etməyə fürsət yoxdur. Hişam ibni Əbdül Məlik, qəzəb və paxıllıq üzündən Fərəzdəqin hüququnu kəsir. Bəli! O həzrət, vəhy olan evdə dünyaya gəlmişdir ki, Allah onun məqam və mərtəbəsini ucaltmağa icazə vermişdir. O, İmamın nəzarəti altında tərbiyə almış vəhy övladıdır. İnsanın bütün ruhi cəhətlərinə agah olan və insan tanıyandır.
    Əlli (50) haqqa və hüquqa aid olan, fərdi, ictimai, mədəni və siyasi «Hüquq» kitabı yazmışdır. Bu kitab, çoxlu hədis və rəvayət kitablarında tərif olunmuş və haqqında danışılmışdır. Zaman keçdikcə alimlər tərəfindən şərhlər yazılmış və izah edilmişdir. Biz onlardan bəzilərinə işarə edəcəyik.
     

     
     "Hüquq" kitabının bəzi tərcümə və şərhləri

    Bu «Kitab»a tarix boyu, İslam elmlərinin alimləri tərəfindən diqqət olunduğuna görə, onun ətrafında çoxlu şərh və izahlar yazmışlar. Məşhur və alicənab alim, cənab doktor Seyyid Cəfər Şəhidi (institut müəllimi) özünün yazdığı, «Əli ibni Hüseyn (əleyhissalam)-ın həyatı» adlı kitabında bu kitabın bəzi şərh və tərcümələrinin adını gətirmişdir. Biz onların bəzilərinin adını çəkirik:
    1. «Hüquq» kitabı – cəm edən mərhum Seyyid Sibtul Hüseyn Lokonohevi.
    2. «Hüquq» kitabı - Əbdül Hadi Muxtar.
    3. «Hüquq» kitabı – hüquqşünas Tofiqil Fəkiki.
    4. "Səccadın sözləri"- doktor Sahib Zamani.
    5. «Hüquq» kitabının kamil tərcüməsi – Hacı şeyx Məhəmməd Baqir Kəmreyi.
    6. «Hüquq» kitabı - Əli Gülzadə Ğəfuri.
    7. «Hüquq» kitabının – tərcüməsi Ayətullah Cənnəti.
    8."Hüquq kitabı "– Hicri Qəməri
    9. «Hüquq» kitabının tərcüməsi Seyyid Əhməd Fəhri Zəncani.
    10. «Hüquq» kitabı – Cənab Sipehri. Bu kitada, bir neçə başqa tərcümə və şərh kitablarının adı çəkilmişdir. Onlardan:
    1. Kiçik həcmli cüzvədə dördüncü İmamın (əleyhissalam) sadə və xülasə tərcüməsi.
    2. Bu kitabın tərcümə və şərhi, İslamda müdiriyyətçilikdə insani münasibətlər – Seyyid Məhmud Siyahpuş.
    3. «Seçilmiş sözlər» - Seyyid İbrahim Miyanəci.
    4. "Siratul-möminin"- Qivam İslami Casibi.
    5. «İmam Zeynəlabidin (əleyhissalam)-ın «Hüquq» kitabının şərhi – Seyyid Əli Qalapçı.

     
     Hüquq kitabı sənədinin araşdırılması

    Bildiyiniz kimi bu kitab, tarix boyu İslam alimlərinin diqqət nəzərində olmuşdur. Çoxlu məşhur alimlər, öz mötəbər kitablarında bu risaləyə istinad etmişdir. Ən qədim mənbələrdə bu kitabdan nəql olunmuşdur. Onlardan:
    1. "Töhəful-üqul"- Mərhum ibni Şöbə Hərrani (vəfatı 381-ci hicri ili).
    2. "Mən la yəhzuruh fəqih"- Şeyx Səduq (vətfatı 382-ci hicri ili.)
    3. «Məkarimul-əxlaq» - Şeyx Təbərsi (vəfatı 548-ci hicri ili.)
    4. «Əl-Xisal», «Əmali» - Şeyx Səduq.
    5. «Biharul-ənvar» 74-ci cild - Məclisi
    6. "Şərh-Nəhcül-bəlağə" 14-cü cild – Xoyi.
    7. "Əyanu-şiə" 1-ci cild – Seyyid Möhsin Əmin
    8. "Müstədrəkül-vəsail" 2-ci cild, - Mühəddis Nuri.
    9. «Miratul-kamal» 3-cü cild, - Əllamə Maməqani.
    "Töhəful-üqul" kitabının müəllifi, bu kitabı sənədsiz zikr etmişdir. Amma, mərhum Şeyx Səduq, həm "Mən la yəhzuruhum fəqih" həm də, «Xisal» kitabında bu kitabın sənədini zikr etmişdir. Əlbəttə, hər hansı bir kitabın sənədlərini araşdırmaq çətin və faydalı işlərdən biridir. Çox çətin zəhmətlərlə, hədis və tarix yazanları tanımaqla, pak məsum İmamların (əleyhimussalam) nurlu çöhrələri ilə tanış olur, beləcə də yalançı ravilərin iç üzlərindən pərdələr götürülür. Bu bölümdə, cənab Sipehrinin bu kitab barəsindəki sənəd araşdırmalarını gətiririk. O, bu kitabın sənədini, "Mən la yəhzuruhul-fəqih" kitabı qərar vermişdir. Çünki, mərhum Şeyx Səduqun özünün bu kitab barəsində söylədiklərinə tam etiqadı vardır. O, bu kitabın sənədlərinin araşdırılmasında belə yazır: «Mərhum Şeyx Səduq əvvəlcə bu kitabı sənədsiz qeyd edərək yazır:
    «Fəzlin oğlu İsmail, Dinarın oğlu Sabitdən, o da ibadət edənlərin sərvəri həzrət Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql edir.»
    Sonra kitabın sonunda alimlər özünü tanıtdırdığı kimi buyurur: «İsmail Fəzl oğlundan nəql olunan bu kitabda gələnlər İmam Zeynalabidin (əleyhissalam)-ın hüquq barəsində söylədikləridir. Mən, şübhəsiz ki, onu Əli, Əhməd oğlu Musa oğlundan nəql etmişəm. O dedi: Bizə, Məhəmməd Cəfər oğlu Kufi Əsədidən nəql olunmuşdur. O dedi: Bizə, Məhəmməd İsmail oğlu Bərməki nəql etmişdir. O dedi: Bizə, Əbdüllah oğlu Əhməd nəql etmişdir. O dedi: Bizə, İsmail, Fəzl oğlu nəql etmişdir. O da Sabit Somali oğlundan, o da ibadət edənlərin rəhbəri Əli ibni Hüseyn oğlu Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql etmişdir.
    Yuxarıdakı sənədlərin vəziyyəti ilə tanış olmaqdan ötrü «Usul-ərbə Ricaliyyət» adlı məşhur, ən qədim şiə mənbələrinə və başqa kitablara müraciət etdim!
    Əli, Əhməd oğlu, Musa oğlu, «Rical» kitablarında bu şəxsin adı ilə zikr olunmamışdır. Ona görə də, bu sənədə məchul sənəd adı vermişlər.(Möcəmul Rical hədis, 10-cu cild, səh-104. )
    Məhəmməd, Cəfər oğlu Əsədi Kufi, adları çəkilən kitablarda inanılmış şəxs kimi tanıtdırılmışdır.(Rical Nəcaşi, səh-373, Möcəmul-Rical, 5-ci cild, səh177, Möcəmul-Rical, 15-ci cild, səh-167. )
    Məhəmməd İsmamil oğlu Bərməki, hədis söyləyən inanılmış şəxslərdəndir. Təriflənmiş ravilərdəndir. Əl-Ğəzairi oğlu, onu zəif qələmə versə də, ravi araşdıranlar onun inanılmış şəxs olduğunu üstün tutmuşlar.(Rical Nəcaşi, səh-348, Möcəmul-Rical, 4-cü cild, səh-512. )
    Əbdullah Əhməd oğlu, bir neçə nəfər arasında müştərək adla məhşurdur. Cənab Əkbər Ğəffari, ehtimal verir ki, bu şəxsdən məqsəd, Əbdüllah, Əhməd oğlu Razidir.(Mən la yəhzurul fəqih, 4-cü cild, səh-512. Rical Nəcaşi. səh-348.Fehresti Şeyx Tusi, səh-144. )
    Əbdüllah Əhməd oğlu Razi də inanılmış və etimad edilmişlərdən deyildir. İndi Əbdullah, Əhməd oğlu bu sənəddə "Razi" olsun və ya başqalarının adı ilə müştərək olsun, əməli cəhətdən heç bir fərqi yoxdur. Çünki, ravilərin inanılması, nə qədər ki, bütün hədislərdə eyni səviyyədə deyil, belə ravilərə etimad etmək olmaz.
    İsmail, Fəzl oğlu – inanılmış və etimad olunmuş şəxsdir.(Möcəmul-Rical, 1-ci cild, səh-221. Rical Tusi, səh-104. )
    Silsilə sənədlərin sonunda gələn şəxsin adı, Əbu Həmzə Somali yaxud, Sabit ibni Əbi Səfiyyədir. O, təmiz və inanılmış şəxs olub. Demək olar ki, onun dəyanət və əxlaqının bərəkətindəndir ki, cansıxıcı və qara günlərdə üç qəhrəman oğul böyüdüb, Əli ibni Zeydin bayrağı altında qiyama göndərir, onlar da bu yolda şəhid olurlar.
    Nəcaşi onun barəsində yazır:
    «Onun Nur, Mənsur və Həmzə adlı üç oğlu, Zeydin yanında şəhid olurlar. O, Əmirəl-möminin, İmam Hüseyn (əleyhissalam), İmam Səccad (əleyhissalam) və İmam Baqir (əleyhissalam)-ın həyatını dərk etmiş, onlardan rəvayətlər və hədislər nəql etməkdə onların ən yaxşı, inanılmış və etimad edilmiş şəxslərinndən sayılır. İmam Hüseyn (əleyhissalam)-dan onun barəsində belə buyurduğunu nəql edirlər: «Əbu Həmzə öz dövranışında, Somalinin öz zamanında olduğu kimidir.»(Möcəmul-Rrical hədis, 3-cü cild, səh-383. )

     
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     

     
     
    Bölmə: Əhli Beyt / İmam Zeynul Abidin (ə)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.