Günün müəyyən vaxtlarında oxunan dualar: Dördüncü saat
Ərəbcə
اللَّهُمَّ َ صَفَا نُورُكَ في اَتَمِ عَظَمَتِكَ، وَ عَلا ضِيَاؤُكَ في اَبْهَى ضَوْئِكَ، اَسْئَلُكَ بِنُورِكَ الَّذي نَوَّرْتَ بِهِ السَّمَاوَاتِ وَ الاَرَضينَ، وَ قَصَمْتَ بِهِ الْجَبَابِرَةَ، وَاَحْيَيْتَ بِهِ الاَمْوَاتَ، وَ اَمَتَ بِهِ الاَحْيَاءَ، وَ جَمَعْتَ بِهِ الْمُتَفَرِّقَ، وَ فَرَّقْتَ بِهِ الْمُجْتَمِعَ، وَ اَتْمَمْتَ بِهِ الْكَلِمَاتِ وَ اَقَمْتَ بِهِ السَّمَاوَاتِ، اَسْئَلُكَ بِحَقِّ وَلِيِّكَ عَلِيِ بْنِ الْحُسَيْنِ الذَّابِ عَنْ دينِكَ وَالْمُجَاهِدِ في سَبيلِكَ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا
Oxunuşu
Əllahummə səfa nurukə fi ətəmmi əzəmətik, və əla ziyau-kə fi əbha zəv`ik, əs`əlukə binurikəlləzi nəvvərtə bihis səmavati vəl ərəzin, və qəsəmtə bihil cəbabirəh, və əhyəytə bihil əmvat, və əməttə bihil əhya, və cəmə`tə bihil mutəfər-riq, və fərrəqtə bihil muctəmi, və ətməmtə bihil kəlimati və əqəmtə bihis səmavat, əs`əlukə bihəqqi vəliyyikə Əliyyibnil Husəyniz zabbi ən dininə vəl mucahidi fi səbilik, və uqəd-dimu bəynə yədəyyə həvaici, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və təf`ələ bi kəza və kəza
Tərcüməsi
Əli ibni Hüseynə (ə) məxsusdur və günortada Günəş batana kimidir:
İlahi! Nurun ən kamil əzəmət məqamında saf və ən parlaq aydınlığın yüksəlmişdir. Səndən göy və yerləri işıqlandırdığın, qoluzorluların belini sındırdığın və ölüləri diriltdiyin, diriləri öldürdüyün, pərakəndə olanları bir yerə topladığın, toplu halda olanları pərakəndə etdiyin, sözlərini tamamladığın və göyləri ucaltdığın nurun vasitəsi ilə höccət və vəlin, dininin müdafiəçisi, Sənin yolunda mübarizə aparan, hacətlərimdə vasitəçi etdiyim Əli ibn Hüseynin (salam olsun ona) xatirinə Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (filan hacətlərimi rəva edəsən)...!
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!
Kitabın adı: Məfatihul Cinan