Həzrəti Əlinin (ə) mədhi
İsrərəm, mədh eliyəm olsa müyəssər, Əlini,
Cümlə möminlər əmiri, Şahi-Xeybər, Əlini
Sözdə yoxdur elə qüdrət ki, onu vəsf eyləsin,
Bəni - Adəmdən odur, Kəbədə dünyaya gələn,
Həqq, əzəl gündən edib aləmə sərvər, Əlini.
Tifl ikən, ətri - Rəsul idi onun həmnəfəsi,
Sonra, Zəhra nəfəsi qıldı müəttər, Əlini.
Minçürə nəqş vurub xilqətə, nəqqaşi - əzəl,
Qəsri - İslamə verib zinnətu zivər, Əlini.
Allahın Şiridü, kafirlərə meydan oxuyub,
Nərəsindən tanıyıb fasiqü kafər, Əlini,
Oxuyun diqqət ilə "Ənfüsəna" ayəsini,
Tutub Allahda Peyğəmbərlə bərabər, Əlini.
İsmi - Əzəmdü mübarək adı, həm sirri - xəfiyy,
Çağırın, gündə yüz on dəfə mükərrər, Əlini.
Rəhm qıl, mən də sevim sidqlə ya Rəbb necə ki,
Sevib ixlas ilə ol Maliku Qənbər, Əlini.
Gəldi son ayə Qədir - Xumda ki, təkmil ola din,
Nəbi elan elədi, ümmətə rəhbər, Əlini.
"Talibi", qoyma Sirat üstə yıxılsın narə,
Ya Əli, lütf elə tut sən, bu Qəzənfər əlini.