Necə oruc tutaq
Oruc tutmaq Allah-taalanın əmri ilə təklif həddinə çatan hər müsəlmana bir ay (Ramazan ayında) oruc olmağın vacib olması deməkdir. Buna görə də oruc tutan niyyət edib səhər azanından axşam azanına kimi orucu batil edən işlərdən özünü qorumalıdır.
Niyyət: İnsan yuxarıda qeyd olunduğu kimi Ramazan ayının orucunu özünə vacib bilərək niyyət edib oruc tutsa kifayətdir. Lakin daha gözəl olar ki, Ramazan ayının ilk gecəsi: bu ayın bütün günlərində oruc tutacağam qurbətən iləllah- desin. Əziz oxucular, diqqət edin: qürbətən iləllah –yalnız Allah-taalanın razılığından ötrü cümləsi əməlimizi xalisləşdirir. Onu dilə gətirmək vacib deyil. Həmçinin hər gecə yenidən sabahki günü oruc tutmağa niyyət edə bilər. Misal üçün belə deyilsin: Mübarək Ramazan ayının birinci günü oruc olacağam qürbətən iləllah.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.