Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
1-İslam peyğəmbəri(s) buyurur:
Allah-taala orucluq ayında oruc tutan, şəhvətinin, yeməyinin və dilinin qarşısını alan, başqasına əziyyəti olmayan kəsin keçmişdəki xəta və günahlarını və gələcək xətalarını bağışlayar. Onu oddan azad edib, özünün əmin-amanlıq evində ona yer vərər. Cabir ibn Abdullah Ənsari dedi: Ey Allahın rəsulu, nə gözəl hədis buyurdunuz? Həzrət buyurdu: Ey Cabir qoyduğum şərtlər necə də çətindir.
2-Həzrət Əli(ə) buyurur:
Bir çox oruc tutan var ki, orucdan bəhrəsi ac və susuz qalmaqdır. Bir çox ibadət edənlər var ki, onlara yalnız ibadətin zəhməti qalır. (Belə olan halda) xoş o zirək insanların halına ki, yatmaqları axmaq adamların ibadətinə dəyər. Xoş zirək oruc yeyənlərin halına ki, əməlləri ağılsızların orucundan üstündür.
3-Həzrət İmam Məhəmməd Baqir(ə) buyurur:
Mələklər orucluğun son günü oruc tutanlara deyərlər: Ey Allahın bəndələri, sizə müjdə olsun, Allah-taala günahlarınızı bağışladı, tövbənizi qəbul etdi. Elə isə bundan sonra nə edəcəyinizə baxın.
4-Həzrət İmam Cəfər Sadiq(ə) buyurur:
Hər şeyin zəkatı var. Bədənlərin zəkatı da orucdur.
5-Şəban ayının xütbəsi:
İslam peyğəmbəri(s) Şəban ayının son cüməsinin xütbəsində Ramazan ayı haqqında çoxlu tapşırıqlar verib. O cümlədən buyurur: Ey camaaat, qarşıda gündüzləri günlərin ən gözəli, gecələri gecələrin ən gözəli olan bir ay gəlir. O ayda Allah-taala sizi öz ziyafətinə dəvət edib. O ayda olan Qədr gecəsinin dəyəri min aydan daha fəzilətli sayılır. Bu ayda bir gecənin müstəhəb namazlarını qılan başqa aylarda yetmiş gecə ibadət etmiş kimidir. Ramazan ayının mükafatı yalnız Allah-taalanın Cənnətidir. O ayda mömin insana iftar verənin keçmiş günahları bağışlanar... O ayda gözlərinizi naməhrəmə baxmaqdan örtün, eşidilməsi halal olmayan şeylərdən qulaqlarınızı saxlayın. O ayda səcdələrinizi uzatmaqla günahlarınızı yüngülləşdirin. Ramazan ayında bir ayə Quran oxuyanın savabı başqa aylarda bir Quran xətm etməsi kimidir. O ay elə bir aydır ki, onun əvvəli rəhmət, ortası bağışlanmaq, sonu isə duaların qəbul olunmasıdır...
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |