Vəla tubaşiruhunnə...
"Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal və haram) sərhədləridir, onlara yaxınlaşmayın. Allah Öz ayələrini insanlar üçün bu cür açıqlayır ki, bəlkə çəkinib təqvalı olsunlar."
Ayənin son bölümündə məscidlərdə etikaf etməyə aid hökm olunub. O, da müstəhəb və xüsusi bir ibadətdir, əməl edilməsi vacib deyil, lakin əgər hər bir müsəlman bu ibadəti yerinə yetirmək istəsə onunla bağlı müəyyən hazırlığa malik olmalı və mütləq vacib olunan əməlləri yerinə yetirməlidir. Belə etikafın müddəti üç gündür. Ramazan ayının 13, 14 və 15-ci günləri. Bu əməli yerinə yetirənlər oruc tutub şəhərin cami məscidində müəyyən ibadətləri etməlidirlər. Ən vacib işlərdən başqa heç bir halda məsciddən bayıra çıxa bilməzlər. Bu təfsilatı ilə fiqh kitablarımızda yazılıb. Həmin üç etikaf gününün gecələrində etikaf edənlərin (ərlə arvadın) bir-biri ilə yaxınlıq etməsi haramdır.
Sonda Allah buyurur: Bunlar Allah-taalanın hədləri və sizin üçün qərara alınan qanun və sərhədləridir. Onlara yaxınlaşmayın. Bunların hamısı imtahan və sınaqdır. Bəlkə çalışıb təqvalı olasınız.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.