Düşüb saçlarına dən gilə gilə,
Ömrünü o qurban etdi ömrümə.
Hər axşam hər gecə eyvan önündə,
Durub gözləyərdi yolumu mənim.
Niyə anam vaxtsız qocaldı mənim?
Sübh tezdən durardı səslərdi məni,
Səsinə mən həsrət qalmışam Ana!
Nə olar ki, birdə sən çağırsan məni,
Niyə anam vaxtsız qocaldı mənim?
Üzünə mən həsrət qalmışam Ana!
Gözlərim axtarır Anamı mənim,
Kor olub gözlərim lal olub dilim.
Ana kəlməsini deyə bilmirəm,
Anamı gözlərim axtarır mənim.
Daha artıq onu görə bilmirəm,
Anamsız kor oldu gözlərim mənim.
Niyə Anam vaxtsız qocaldı mənim?
Bilməzdimki mən bundan belə sənsiz bayram keçirəm,
Torpağa getməyə sən tələsmisən.
Sənsiz necə keçər günlərim mənim?
Niyə Anam vaxtsız qocaldı mənim?
Məzarın önündə durmuşam Ana!
Dərdimi söyləyim dinlə sən Ana!
Yetiməm.. Sənsizəm.. Təkəm mən Ana!
Çağır məndə gəlim sənin yanına,
Sənsiz çox darıxır ürəyim mənim.
Niyə Anam vaxtsız qocaldı mənim?...