130. Əli (əleyhissalam)-ın müharibə meydanında (təmkini)
Əbu Həyyan Teymi atasından nəql edir ki, dedi:
«Siffeyn müharibəsndə cəbhədə Əli (əleyhissalam)-la yoldaş idim. O Həzrət polkları hazırlayır və cəbhənin ön xəttinə göndərirdi. Döyüş meydanında Müaviyəni bir atın belində gördüm ki, az qalır yerə yıxılsın. Əli (əleyhissalam)-ı da gördüm ki, onun bir neçə addımlığında ata minib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin şəmşirini əlinə alıb rəcəz oxuyur. Bu halda Əli (əleyhissalam)-ın ordusunun əsgərlərindən biri irəli gəldi və Əli (əleyhissalam)-ma dedi: «Ya Əmirəl-mö`minin! Özünü gözlə və zənnimcə bu məl`un (Müaviyəyə işarə) hiylə edib səni qafilgir etmək istəyir.»
İmam buyurdu: «Yox canım! Əcəl və qəti tale insanı qorumaq üçün kifayətdir.»
Hər bir insan xüsusi mələklər vasitəsilə qorunub saxlanılır. O vaxt ki, insanın əcəli çatdı o mələklər onu buraxırlar. Bu mətləb Nəhcül-Bəlağədə 62-ci xütbədə gəlib: O vaxt ki, Həzrəti ölümlə hədələdilər, buyurdu:
«Allah mənim üçün möhkəm sipər qərar verib. Bu da həmən əcəldir ki, məni hadisələrdən hifz edir və o vaxt ki, ömrümün sonu çatdı o sipər məndən uzaqlaşır və məni hadisələrə təslim edir. O, gün də nə nizə yana gedər nə də yara sağalar.» 201 nömrəli Qisar kəlmələrində belə gəlib:
Hər bir insanla iki mələk yoldaşdır ki, onu qoruyur, lakin müqəddəratı yetişdikdə onu buraxırlar. Əcəl möhkəm sipərdir.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)