127.Kəbənin zivərləri
Ömər ibni Xəttabın xilafəti zamanı idi. Qədimdən Kə`bəyə zivərlər (pərdə və ...) gətirmişdilər və orada yığılmışdı. Bu zivərlər barədə Ömərin hüzurunda söhbət oldu və ona dedilər: «Əgər bu zivərləri alsaydın (satsaydın və onun pulu ilə) islam ordusunu mücəhhəz etsəydin, mükafatı daha çox olardı. Kə`bə zivər və zinəti neyləyir?!»
Ömər onların təklifini qəbul etdi və həmin işi icra etməyi qərara aldı. Sonra Ömər bu barədə Əli (əleyhissalam)-la məsləhətləşdi və İmam Əli (əleyhissalam) cavabında buyurdu: O vaxt Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə Qur`an nazil oldu. Allah Qur`anda malları dörd ünvan altında qərar verdi:
1-İrs «fəraiz» qanununa əsasən vərəsə arasında bölünür.
2-Fəyy bir növ hərbi qənimətdir ki, o, ehtiyacı olanlara verilir.
3-Xüms onun məsrəfi də tə`yin olunubdur.
4-Sədəqələr və Zəkat ki, onun da məsrəf səbəbləri müəyyən olub və elə həmin yerlərə də sərf olunur. Qur`an nazil olduqda, Kə`bənin zivərləri dəöz yerlərində idilər. Allah onları həmən halında qoydu. Belə ki, nə onu unutmuşdu nə də o zivərlər Allahdan gizli qalmışdı. Buna görə sən də onları həmən halında ki, Allah və Peyğəmbəri qərar veriblər qoy, o cür qalsın.
Ömər bu dəlillərdən qane olub dedi:
«Əgər sən olmasaydın, rüsvay olardıq.» Və Kə`bənin zivərlərini olduğu kimi saxladı.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)