184. Səcdələr
909. Səcdələr
2922. İmam Əli (ə):«Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz.»
2923. İmam Sadiq (ə) :«Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.»
2924. İmam Sadiq (ə) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et.»
910. Səcdəni uzatmaq
2925. Allahın Peyğəmbəri (s):«Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.»
2926. İmam Əli (ə):«Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. Belə ki, səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.»
2927. İmam Sadiq (ə); «Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Rəbbinin qarşısında
Cənnəti bizə zəmanət ver.» Allahın Rəsulu(s) buyurdu:«Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz.»
2928. İmam Sadiq (ə):« Əli ibn Hüseyn (ə) səcdəyə gedəndə, bədənindən tər axanadək başını səcdədən qaldırmazdı.»
911. Səcdə əlaməti
Qur’an:
«Üzlərində səcdələrin əsər-əlaməti var.»
Hədis:
2929. İmam Əli (ə):«Mən kişi üçün alnının saf görünməyini və onda
səcdədən bir əsər-əlamət olmamasını bəyənmirəm.»
2930. İmam Baqir (ə):«Atamın səcdə yerində bir nişanə peyda yaranmışdı. İldə iki dəfə və hər dəfə beş qabar ondan kəsərdi. Buna görə o Həzrətə «Zus-səfənat» yə’ni «qabar sahibi» deyərdilər.»
912. İmam Hüseynin (ə) torpağına səcdə etmək
2931. İmam Sadiq (ə):«Hüseynin (ə) torpağına səcdə etmək yeddi hicabı yarar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild