» » » Novruza ağız büzənlərə Quranla cavab verildi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Novruza ağız büzənlərə Quranla cavab verildi
0
Müəllif: Fatimə Nuri Xuda | 19-03-2016, 20:00 | Baxılıb: 1 501
 
 
Novruza ağız büzənlərə Quranla cavab verildi

Hətta bəziləri Novruz bayramına haram, məkruh, bidət adını verir
İlahiyyatçı yazar Mahir Şəkərovun Tashaio.com-a Novruz bayramı münasibətilə verdiyi müsahibəsini təqdim edirik.
- Novruz bayramı ilə bağlı bir sıra məsələləri birgə müzakirə etmək istəyirik. İlk öncə qəbul etmədiniz amma sonra...
- Novruz məsələsi elə məsələ deyil ki, bu haqda uzun-uzadı danışıla və müzakirə obyektinə çevrilə. Amma təəssüf ki, bu məsələni o həddə çatdırıblar ki…  Hətta bəziləri Novruz bayramına haram, məkruh, bidət adını verir. Əlbəttə bu deyilənlərin heç biri əsli əsası olmayan bihudə sözlərdir. Elm bir nöqtə idi, cahillər onu artırdılar hədisindəki incə mətləb kimi...
- İstəyirəm müzakirəyə lap əvvəldən başlayaq. Bu bayramın atəşpərəstlik ayinləri ilə əlaqəsi varmı?
- Novruz bayramının atəşpərəstliklə - Zərdüştlə əlaqəsi yoxdur. O mənada ki, bu bayram Zərdüştdən və atəşpərəstlik ayinlərindən daha da qədim tarixə malikdir. Tədqiqatçı alimlər Novruzun tarixinin Nuh (ə) – la başlandığını qeyd edirlər. Bəzi mənbələrdə bu barədə oxumuşdum ki, Novruzu – Nuh ruz, yəni "Nuhun ruzisi” ya "Nuhun xoşbəxtlik və səadətə çatdığı gün” kimi qeyd edirlər. (red: Nuhun gəmisinin quruya çıxdığı gün) Bəzi mənbələr deyir ki, bu bayram eradan əvvəl 3-cü minilliyə Babilistana aiddir. Bəziləri əlacsız qalaraq deyirlər ki, bu bayram atəşpərəstlərin bayramıdır. Bu sözü deyənlərin özləri də, heç bilmirlər atəşpərəstlik nə deməkdir. Atəşpərəstlərdə od müqəddəsdir. Novruz bayramında ki, bəziləri odun üstündən atılır (bu xurafatdır) və deyirlər ki, ağırlığım, dərdim bəlam, xəstəliyim  və s. bu oda tökülüb yansın. Bu əməl və sözlər atəşpərəstlərin ayinlərinin ziddinədir. Atəşpərəstlər heç vaxt bunu etməzlər. Əgər  bu gün bir atəşpərəst bunları görsə mütləq bunu inkar edər və qəbul etməz. Atəşpərəstlər oda yaxınlaşanda hətta ağızlarını da bir parça ilə bükürlər ki, onların nəfəsi oda dəyməsin. Onlara görə insan nəfəsi də odu murdarlaya bilər. Bütün bunlardan sonra kim iddia edə bilər ki bu bayram atəşpərəstliklə bağlıdır? Atəşpərəstlərdə od müqəddəsdir. Kim öz müqəddəs bildiyini ayaqlar altına sərər hələ üstəlik üstündən o tərəf- bu tərəfə atılar? Novruzu atəşpərəstliklə əlaqələndirənlər (istər ruhani istər qeyri ruhani) bu suala məntiqli və qane edən cavab verə bilərlərmi?
- Axı bəziləri tonqal qalayıb üzərindən atılırlar...
- Şafei məzhəbinin banisi İmam Şafeinin şer külliyyatında maraqlı bir misra var. O yazır: "İslamın özündə heç bir eyib yoxdur. Nə eyib varsa müsəlmanlardadır.”
Çox gözəl söz və gözəl baxışdır. Sizin dediyiniz bəziləri İslam deyil.  İslam şəxslərlə, çoxluqla ölçülməz. Kimsə tonqalın üzərindən atılır deyə Novruza haram adı qoymaq səhv işdir. Əgər sabah kimsə namaza idman adı versə onda namazı tərk edək? Biz bu bayramı xurfatlardan təmizləyib gözəl şəkildə keçirdə bilərik.
-  Novruz bayramında olan xurafatlar hansılardır?
- Çoxdur. Mümkündür biz burada danışa-danışa da yeniləri icad olur (red:gülür). Bir neçəsini saya bilərik. 1. Məsələn tonqalın, odun üstündən atılaraq ağırlığım, xəstəliyim dərdim bu oda tökülsun kimi sözləri demək. 2. Qulaqasdıya getmək – başqasının evini gizlicə güdmək haram bir işdir. 3. Yumurta döyüşdürmək - əgər hər hansı bir şərt olarsa və udub uduzmaq olarsa bu artıq qumar olur. Qumar da  haramdır. Amma əyləncə xatirinə və heç bir şərt qoşulmadan olsa bir eybi olmaz.  4. Papaq atmaq məsələsində də diqqətli olmaq lazımdır. Mümkündür sizin bu işiniz qarşı tərəfi narahat edə. Əgər arada narahatçılıq olsa bu da olmaz və s.
- Sözlərinizdən bu qənaətə gələ bilərik ki İslam Novruzu dəstəkləyir?
- Əgər bir adət və ənənə İslamın prinsiplərinə zidd deyilsə İslam onu dəstəkləyir. Bu bayramda da bir sıra müsbət xüsusiyyətlər var. Məsələn evlərin, həyət bacanın təmizliyi, İslamda xüsusi yeri olan qohum əqrabanı ziyarət etmək, bir-birlərinə hədiyyə aparmaq, küsülülərin barışması və s. Yaxşı olar ki bu işlər hər zaman ola təkcə Novruzda yox.
- Bəzən dini saytlarda Novruzun bidət olduğu qeyd olunur…
- Novruzla bağlı bir çox araşdırmalar dəyərli yazı və məqalələr, çıxışlar izləmişəm. Və bu işi görərkən heç bir dil və məzhəb fərqi qoymadan Quran deyən kimi ən gözəlini götürmüşəm. (Nəhl 25) Və nəticə aldım ki, Novruz məsələsi həm şiə və həm də əhli sünnə mənbələrində qəbul edilən bir məsələdir və bu qətidir. Bu məsələni qəbul etməyənlər isə gündə bir dona girən döyüş meydanlarından qadın paltarında qaçan, arvadını ailəsini Suriyadakı dırnaqarası qardaşlarına peşkəş çəkən sələfi-vəhhabi- İşıd  və s kimi adlarla tanınan münafiq dəstədir. Novruz bayramı ilə bağlı hədisləri topladım. Həm bu məsələyə təşviq edənləri həm də inkar edənləri...
Novruzu təsdiq edən 1 hədisə diqqət.
Noman ibn Muhəmməd Təmimi (363 h.q) "Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: "Bu nədir?” Dedilər: "Bu gün Novruzdur”. Buyurdu: "Əgər edə bilsəniz, hər günü Novruz edin”
 Bir az öncə də dedim. Gərək hər gün bu xeyir işləri edək təkcə  Novruzda yox. Hədisdə də buna işarə edilir ki qoy hər gün Novruz kimi olsun. Hər gün hədiyyələşin və bu kimi gözəl işləri yerinə  yetirin.
- Bəs bu məsələni inkar edib haram bidət deyənlər nəyə əsaslanır?
- Dediyim kimi Novruzun inkarına dair bir neçə hədis var. O hədisləri araşdırdırqda məlum olur ki, bu hədis ya sözügedən mənbədə mövcud deyil və ya rəvayət tarixi yoxdur. Məsələn deyirlər ki filan kitabda belə bir məsələ var. Axtarırsan görürsən heçnə yoxdur. Öz sözlərini yeritmək üçün yalan danışıb hansısa kitaba və müəllifə böhtan atırlar və guya bunlar İSLAMşunasdırlar. Belə şeylər çox olur. Bir hədis oxuyurdum. Onun mətnində bir qədər qaranlıq qalan nüanslar oldu. Araşdırdım. Hədisdə adı keçən şəxs ki, o hədisi onun dilindən nəql etmişdilər, həmin şəxs həmin hadisə zamanı hələ dünyaya gəlməyibmiş. Başqa sözlə hələ ana bətnində imiş. Odur ki gərək hər sözü, hədisi araşdıraq.
- Söhbətdən öncə qeyd etdiniz ki, Novruzla bağlı Quranda ayə var. Varmı həqiqətən?
-  Bəli var. Əminəm ki,  Quranda hər bir şey haqda məlumat var. Sadəcə bizim elm və savadımız bunu dərk edə bilmir və deyirik ki, filan məsələ Quranda yoxdur. Əksinə deməliyik ki, bilmirik ya rast gəlməmişik və s.  Rahatlıqla "yoxdur” demək fikrimcə düz deyil. Həmin ayələrə gəlincə; Bir neçə ayə qeyd edirəm bu haqda. Taha sürəsinin 57-58-59-cu ayələri – Əhli sünnənin görkəmli təfsir alimi Zəməxşəri Kəşşaf təfsirində bu haqda danışır. O cümlədən Sələbi özünün əl-Kəşfu bə Bəyan, Səmərqəndi özünün Bəhrul ulum,Müqatil ibn Süleyman Təfsiru Müqatil,Cəllaləddin Süyüti özünün əd-Dürrul Mənsur əsərində ayədəki zinət gününün Novruz bayramı günü olduğunu söyləyir.
Bəqərə 243 təfsirinə baxın. Bir sıra əhli sünnə alimi bu ayənin təfsirində Novruzdan danışır. O cümlədən Beyhəqi özünün "əs-Sünənul Kubra”, Xətib Bəğdadi "ət-Təbəqatus-Səniyyə”,Cəlaləddin Süyuti "Camiul əhadis” Muhəmməd ibn İbrahim Cə`əfi " ət-Tarixul Kəbir” kitabında belə nəql edir: Novruz bayramı günü Əli ibn Əbi Talibə (ə) camın içində halva hədiyyə verdilər. Bu nədir deyə soruşduqda dedilər:Ya əmirəl möminin bu gün Novruzdur, bu da novruz hədiyyəsidir. Hz Əli (ə) dedi hər günümüzü Novruz edin!
(red: Bu ayələrin izah və təfsirinə baxmağı sizlərin öhdənizə buraxırıq. Ayələrin geniş izah və təfsirlərini bura yazmaq istəsək çox geniş bir yazı alınacaq.) 
 O adamlar ki, Novruz haqqında "haramdır” fətvası verir, məlum olur ki Qurandan xəbərləri də yoxdur. Bu qeyd etdiyimiz alimlər əhli sünnənin çox dəyərli və olduqca böyük alimləridir. Təəssüfləndirci haldır ki, əhli sünnə alimi bu iddianı edir amma əhli sünnə adı ilə də Novruza haram deyənlər peyda olur. Buyurun bu da ayə. Quran, hədis deyil ki onu asanlıqla rədd edək. Quran deyir ki, Novruz var, bəs siz nə deyirsiniz?! (red: Sual, Novruzu qəbul etməyənlərə ünvanlanır.)
Bu Quranın sözüdür. Bunu kimsə dərk edib qavramırsa özünə, öz naqis ağlına etiraz etsin ki, bu nurani mətləbləri qəbul edə bilmir.  Fikrimcə təkcə bu ayələr, Novruz bayramı haqqında haram (məkruh, bidət) fətvası verənlərə kifayət edər. Əgər düşüncə sahibləri və təəssüfkeş əhli olmasalar... Çünki, qeyd etdiyimiz təfsir kitabları bütün İslam müfəssirlərinin, alimlərinin təfsirlərində istinad etdikləri mənbələrdir…
-Təşəkkür edirik ki, bizimlə müzakirəyə vaxt ayırdınız.
- Siz sağ olun. Allah bu bayramı bütün müsəlmanlara xeyirli eləsin. Hər günümüz Novruz olsun (hədis).

 
 
Bölmə: İslami bayramlar / Novruz Bayramı
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 19 Mart 2016 20:41 | Sayt nəzarətçisi | Şərh yazdı
Baci Allah razi olsun cox gozel izzah olunub ehsen 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.