108.Cəsur qəhrəmanın xatirəsi
Xəbbab ibni Ərrət İslamın qabaqcıl həqiqi mücahidlərindən idi. O, islamı qəbul edən altıncı adam idi. Bununla belə müşriklərin şiddətli işkəncələrinə mə`ruz qalmış və onlara qarşı əyilməz kimi mübarizə aparmışdı. Heç vaxt İslamdan xaric olmamışdı. Bir neçə dəfə onun başını qızmış dəmirlə dağlamışdılar lakin bütün bunlara baxmayararaq o, öz yolunu davam etdirirdi. O, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin müharibələrində fəal iştirak etmişdi. Həmişə İslamı nəyin bahasına olursa-olsun müdafiə edirdi.
Xəbbab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən sonra daim Əli (əleyhissalam)-la idi. Nəhayət 37-ci hicri ilində 72 yaşında ikən dünyasını dəyişdi. Öz vəsiyyətinə əsasən Kufə xaricində torpağa tapşırıldı.
İmam Əli (əleyhissalam) bir danışdığında buyurdu: İslam qabaqcılları beş nəfərdir.
1-Mən özüm ərəb qabaqcıllarındanam.
2-Salman Farsi,
3-Suhəyb Rumi
4-Xəbbab Nətb (Fələstin)
5-Bilal isə Həbəşə qabaqcıllarındandır.
İmam Əli (əleyhissalam) öz vəfalı silahdaşını belə xatırladı.
«Allah Xəbbaba bu beş üstün cəhəti olduğuna görə rəhmət eləsin.»
1-Öz istək və meyli üzündən İslamı qəbul etdi.
2-Allaha itaətinə görə hicrət etdi.
3-Sadə yaşayışla kifayətləndi.
4-Allahdan razı idi.
5-Bütün həyatı boyu mücahid və yorulmaz bir mübariz idi.
Qəribə burasıdır ki, Xəbbabın oğlu Abdullah o qədər Əli (əleyhissalam)-ın xəttində möhkəm durmuşdu ki, kor ürəkli Xəvaric onun özünü, eləcə də hamilə həyat yoldaşını şəhadətə yetirmişdilər.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)