99.Məkkə hakiminin zəvvarlarla planı
Quşəm ibni Abbas Əli (əleyhissalam)-ın əmisi oğlu, ləyaqətli və əhdinə sadiq hesab olunurdu. O, İmam Əli (əleyhissalam) tərəfindən Məkkənin hakimi və valisi idi. İmam Əli (əleyhissalam) ona bir məktub yazaraq orada həcc mərasiminin yerinə yetirilməsi və zəvvarların Beytül-haramda necə ibadət etmələrinə dair göstəriş verib xatırlatdı ki, Allah qonaqlarına Məkkədə böyük hörmət etmək lazımdır İmam Əli (əleyhissalam)-ın göstərişləri aşağıdakı on maddədə xülasələşir:
1-Xalq üçün həcc mərasimini bərpa edərək onun düzgün əməllərinin icrasında onlara yol göstər;
2-Allahın böyük günlərini onlara xatırladaraq həmin günləri daima yaşat;
3-Səhər-axşam zəvvarların üzləşdiyi çətinlikləri yoxlayaraq onların aradan qaldırılmasında sə`y göstər. Bu işdə öz vaxtını əsirgəmə;
4-Hacıların suallarına diqqətlə qulaq asıb cavab ver;
5-Qafilləri və bilməyənləri xəbərdar et;
6-Zəvvarların alimləri ilə iclas quraraq müsəlmanların ən ümdə məsələlərinin müzakirəsi həllinə yol tap;
7-Özünlə onların arasında səfir ya vasitə qoyma. Əksinə özün onların arasında ol;
8-Səninlə görüşmək istəyənləri görüşdən məhrum etmə; Çünki, bu arzuda olanları elə ilk dəfədən qapından qovsan, sonradan onların müşküllərinin həllində aciz qalacaqsan.
9-Beytül-mal və ümum xalq malı barədə diqqətli ol; Belə ki, beytül-malı ac ailə sahibləri və yoxsulların arasında düzgün bölüb xərclədikdən sonra əlavəsini bizə göndər ki, buradakı camaatın da ona ehtiyacı var.
10-Məkkə əhlinə bu şəhərdə yaşayanlardan icarə haqqı almamalarını əmr et. Çünki Allah («Həcc» surəsi, 25-ci ayə) belə buyurur:
«Həm xaricdən gələnlər, həm də Məkkə sakinləri olanlar bu torpaqda bərabərdirlər.»
Akif yaşayanlar badi isə Məkkəyə başqa yerlərdən həcc mərasimini icra etmək üçün gələn zəvvarlardılar.
«Allah bu torpaqda siz və bizlərə yaxşı işlər görməyimizdə müvəffəqiyyət inayət etsin.»
Doğrusu bu on maddəlik plana diqqət yetirməklə onun maddələrinin rifah, əmniyyət, inkişaf və zəvvar mədəniyyəti xatirinə tərtib olunduğunun şahidi oluruq.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)