Zəif bədən necə tab gətirə bilər?
Nəzərə gələ biləcək bə᾽zi şübhələrə cavab veririk. Birinci odur ki, bu qədər ağır əzaba zəif adam necə tab gətirə bilər?
Bədən də nəfs kimi bərk olar
Cavab: Doğrudur, Qiyamətdəki bədən dünyadakı maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o qədər möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın nəfsi ilə bağlıdır.
Necə ki, dünyada mö᾽minin nəfsi yumşaq, lətif olar, həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona görə də axirətdə mö᾽minin bədəni də nəfsi kimi kamil lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri kimi bədənləri də nəhayət dərəcədə bərkdir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb