Xocalı faciəsi
O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.
***
Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.
***
Cavana,qocaya,hətta körpəyə,
Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!
***
Həm anaq,anlayaq,unutmayaq biz,
Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü!