Heyvanların bəzi xüsusiyyətlərinin qısa şərhi.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Qədim zamanlarda bütün heyvanlar birlikdə yaşayar və bir-birlərinə zərrə qədər də olsa əziyyət vermədən öz xaliqlərini zikr edirdilər. Adəm övladları (Qabil və Habil) bir-birləri ilə düşmən olduqlarından və Qabil Habili öldürdükdən sonra heyvanlar da bir-birinə nifrət etməyə başladılar və hər biri öz istədiyi kimi yaşamağı üstün tutdu.Zaman keçdikcə ayrılıq və parçalanma daha da genişləndi və heyvanlar arasında sinifləşmə başladı.Bu heyvanların hər bir Alla-təaladan ruzi və xoş həyat dilədilər.Bu bölümdə yalnız onlardan bəzilərinin etdikləri müraciət və dualar qeyd edilmişdir.
Qartal deyir ki,Adəm övladları necə yaşayırsınız yaşayın, axırı yenə də ölüm və fanilikdir.
Tovuzquşu Allahdan bağışlanmasını istəyərək deyir ki, ey Allahım! gözəlliyimə uyub özümdə qürur hissi keçirdim və özümə zülm etdim.Bunun üçün səndən bağışlanmağımı istəyirəm
Ev xoruzu deyər ki, Allahı dərk edən şəxs hər zaman öz xaliqini yadına salar və bir an olsun belə ondan ayrılmamağa çalışar.
Toyuq deyər ki,Allaha təvəkkül et ki, sənə ruzi bəxş etsin.
Şahin Allahı "Subhanəllahi haqqan-haqqa" kəlməsi ilə yad edər
Bəyquş camaatdan uzaq olmağı üstün tutar.
Qarğa Allahdan halal ruzi diləyər.
Durna öz düşmənlərindən uzaq olmağı istəyər.
Ördək isə yalnız bağışlanmağını dilər.
Bildirçin Adəm övladlarına ölümdən xəbərsiz olduqlarını bildirər.
Tülkü dunyanı yalanla dolu bir ev hesab edər.
Pələng isə Allaha müraciət edərək deyir ki, malik olduğum bu qüvvə ilə belə Allahı pak və əziz sanıram."
Burada qeyd olunan bəzi heyvanların xüsusiyyəti insanlar üçün bir ibrət olmalıdır.Çünki şüursuz heyvanlar Allahı dərk edib şəninə təriflər deyirlərsə, şüur və düşüncə sahibi olan insan öz xaliqini bir an belə unutmamalı, yaradanın hüzurunda məsuliyyət daşıdığını hiss etməlidir.
Əllamə Məclisi
Hilyətul Muttəqin (Möminlərin zinəti)
www.ehliwie-samux.com