Əhli-beytə (ə) diqqət etmək, qərari-məkinə (möhkəm yerə) diqqət etməkdir
Qərari-məkinin nəticəsi bu olur ki, insanın vücudu tövhidin təcəlli yerinə çevrilir. İnsanı da mənalandıran və ona təbiətin çirkinlliklərindən nicat verən tövhiddir. İnsanı bu yolda öz məqsədinə çatdıran, onu tövhidə yönəldən vasitə əhli-beytin (ə) mübarək vücududur. Bu müqəddəs zatlar Yer üzündə nicat gəmiləridir.
İmam Sadiq (ə) buyurur: "Biz (əhli-beyt) hamımız nicat gəmiləriyik".
Bəşəriyyət kamal yolunda öz son məqsədinə çatmaq üçün əhli-beytin (ə) nicat gəmisinə minməlidir. İnsan əhli-beytə (ə) yönəldikdə həqiqətdə qərari-məkinə, yəni tövhidə yönəlir.
Rəvayətdə belə gəlib:
«من زار الحسین) علیه السلام( یخالطه الله بنفسه»
"Hər kəs imam Hüseyni (ə) ziyarət etsə, Allah onu özünə qovuşdurar". İnsan bu dolu və mənalı hədisə diqqət etdikdə insan "Allahın onu özünə qovuşdurması" məfhumunu yoza bilmir.
Bizi daha artıq fikirləşməyə vadar edən "Allah onu özünə qovuşdurur" ifadəsindən belə çıxır ki, elə ki, insan əhli-beyt (ə) diqqət etməklə, özünə qərari-məkində yer verdi, Allahın ətrinə boyanır, Allahın adlarının və sifətlərinin təcəlli yerinə çevrilir.
Allah taalanın sifət və adlarının insanda təcəlli olması adi söz və adi camaatın sözü deyil. İnsan təcəllinin bu mərtəbəsinə nail olduqda tövhidin həqiqəti onun canında açılır və Allahın izni ilə dünyada Allah işləri edir. Bu qabliyyət insanda vardır. Necə ki, hədisdə də gəlib:
«خلق آدم علی صورته" (کافی، الاسلامیه، ج1 ص134)»
"(Allah) Adəmi Öz surətində xəlq etdi". ("Kafi" c. 1, səh 134)
İnsanı öz surətində xəlq etmişdir. Bu Allahın cism olması mənasına deyil. "Öz surətində" ifadəsinin mənası budur ki, insanın vücudu Allahın ad və sifətlərinə uyğun yaradılıb və Allahın gözəl ad və sifətlərinin onda zahir olması qabliyyəti vardır.
Allahın adlarının insanda zahir olması onunla nəticələnir ki, hər vaxt ona baxsan Allahı görərsən. Necə ki, məsum imamlar (ə) barədə gəlib: "uca oxşarlıq". ("Mən la yəhzəruhu əl-fəqih", c, 2, səh. 610)
Yəni biz Allahı göstərmək istəsək, Allahı müşahidə etmək üçün ən ali çöhrələr əhli-beytdir (ə).
Bizə də tapşırılıb ki, əhli-beytin (ə) ardınca gedin. Əhli-beyt (ə) mehvərində hərəkət etmək həqiqətdə insanın ürəyinin hərəkətidir. Burdadır ki, insanın ürək və ruhu seyr edir və ruhu yola düşür. Əxlaqi kamallara yetişmək və mənəvi məqamlara nail olmaq insanın ürəyinin hərəkəti ilə hasil olur.
Başqa sözlə, qərari-məkinə getmək üçün insan gərək ürək sahibi olsun, ürək və ruhu zühur etsin, çiçəklənsin.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu