» » » Yəhudilik, Xristianlıq və İslam-Dərs 1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yəhudilik, Xristianlıq və İslam-Dərs 1
    +10
    Müəllif: Admin | 29-01-2016, 09:30 | Baxılıb: 1 365
    Video

     
     


    MP3



     
     
     
    Mətn

    Allahın adı ilə

    Yəhudilik, Xristianlıq və İslam
    Dərs: 1
    Yəhudi dinində Allah
    Dr. Əfzələddin Rəhimov
    Yəhudiliyin müqəddəs kitabı olan Əhdi-ətiqin və Təlmudun, həmçinin bu kitabları təfsir edən alimlərin Allah barəsində söylədikləri, demək olar ki, olduqca ziddiyyətli və bir-birinə uyğun olmayan sözlərdir. Yəhudilərin müqəddəs kitabları Allah-təalanı tam şəkildə cismi və insani xüsusiyyətlərə malik, maddi varlıq kimi, bəzən insandan daha aşağı şəkildə vəsf edir. Lakin bununla bərabər, həmin kitablarda Allah-təala ali və kamil xüsusiyyətlərlə də vəsf edilmişdir. Çox saylı müasir yəhudi alimləri məhz qeyd etdiyimiz sonuncu xüsusiyyətlərlə Allahı vəsf edirlər.
    İlk olaraq bunu söyləmək lazımdır ki, yəhudi dini Allaha və tövhid əqidəsinə inam bəsləyən dinlərdən biridir. Yəhudi alimlərinin bütün əsərlərində Allah-təalanın varlığı aydın, şübhəsiz və sübuta ehtiyacı olmayan bir həqiqətdir.
    Buna görə də, onların əsərlərində Allahın varlığının sübutuna aid dəlillər gözə çarpmır.1
    Yəhudilikdə Allahın adı "Yəhvə" o qədər müqəddəs sayılır ki, bu adı dilə gətirməkdə çətinlik çəkirlər və ona hörmətsizlik edəcəklərindən ehtiyat edirlər. Bu adın hörməti olduqca çoxdur və onu Tövrat tilavət edərkən belə dilə gətirmək haram bilinir. Yalnız xüsusi dualar zamanı məxsus din xadimləri Yəhvənin adını dilə gətirir. Onun əvəzində "Yaradan", "O", "Mənim ağam" və sair kimi kəlmələrdən istifadə edilir.
    Təlmudun yazdığına əsasən, Musa Fironla mübahisə etdiyi zaman, Firan ona deyir: Sənin Allahın kimdir? Mən onun səsini eşitmək varlığını duymaq istəyirəm. Musa cavabında deyir: Dünya bizim Allahımızın iqtidarı ilə doludur. O kainatın yaranmasından öncə də var idi. Dünya sona çatdıqdan sonra da var olacaq. O səni yaradıb və bədəninə ruh ilə həyat verib. O səmaları yaradıb, yer üzünü (xalça kimi) döşəyib. 2
    YƏHUDI DININƏ ƏSASƏN, DÜNYA VƏ TƏBIƏT ÖZÜ ALLAHIN VAR OLMASINI HAYQIRIR. ĠNSAN ÖZ DÜŞÜNCƏSI, FƏRASƏTI VƏ AĞLI ILƏ ALLAHIN VAR OLMASINI DƏRK ETMƏYƏ QADIRDIR. TƏLMUDA GÖRƏ, İBRAHIM (Ə), ƏYYUB (Ə), HEZEGEL VƏ MƏSIH AĞIL VƏ DÜŞÜNCƏLƏRININ GÜCÜ ILƏ ALLAHIN VAR OLMASINA YƏQIN TAPIBLAR. 3
    Gəlin birlikdə bu qarışıq və ziddiyyətli bəyanlara qısa bir nəzər salaq:
    1- Allahın yeganəliyi
    1 "Allah, dünya, insan və Məsih Təlmudun təlimləri əsasında", Dr. Rabb, Abaraam Kohen, birinci çap, əl-Məi nəşriyyatı, 1382 h. ş. 2 şəmut Rəbba, 5:14. 3 Bemidbar Rəbba, 14:2.
    Yəhudi dinində tövhid əqidəsinin böyük əhəmiyyəti vardır. Yəhudilik daim bütpərəstliklə mübarizə aparmışdır. Əhdi-ətiqdə deyilir: "Rəbb, İsrailin Padşahı, Ordular Rəbbi belə deyir: "Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur." 1 Yaxud oxuyuruq: "Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur." 2
    Təlmudda yazılır: "Allah Adəmi yaratdığı zaman bir surətdə xəlq etdi ki, kafirlər səmalarda başqa tanrıların olmasını iddia etməsinlər." 3
    Ümumiyyətlə, bir Allaha olan inam, yəhudi dininin mühüm etiqadlarından sayılırdı. Belə ki, təkallahlılıq, bu dini zamanındakı başqa inanclardan fərqləndirən əsas xüsusiyyət idi. Necə ki, deyilir: "Hər kəs bütpərəstliyi inkar etsə, yəhudi adlanırdı." 4
    Tövratda deyilir: "İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz." 5
    Yaxud yenə Tövratda oxuyuruq: "Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın." 6
    2- Allahın rəzzaqlığı
    Təlmuda görə Allah "Rəzzaq" (Ruzi verən) və Rəbb (idarə edən) dir. Bütün varlıq dünyası Onun meyl və iradəsinə, ruzi bəxş etməyinə möhtacdır. "Allah daim dünyada var olan bütün varlıqlar üçün, ehtiyacları qədər ruzi bəxş edir. İman əhlinə və bütpərəstlərə də ruzisini əsirgəmir." 7
    3- Allahın maddi olmaması
    Təlmudun müasir təfsirçiləri yəhudi dinində Allahın cisim olmamasına inandıqlarına israr edirlər. Onlar Allahın Əhdi-ətiqdə və Təlmudda çisimi xüsusiyyətlər ilə təsvir edilməsinə belə aydınlıq gətirirlər ki, Allah insanların öz dili ilə, başa düşdükləri tərzdə onlarla1 Yeşaya, 44:7 2 Yeşaya, 44:8 3 Sanhedrin, 18 A. 4 Megila, 13 A. 5 Qanunun təkrarı, 32:8 6 Qanunun təkrarı, 5:6-7 7 Məxilya, Tövratın Çıxış bölümünün 18-ci ayəsinin təfsirində. danışır. "Biz Allahın maddi varlığa olşadıldığını, insanların ilahi kəlamı və Allahı daha yaxşı dərk etmələri üçün olduğunu düşünürük." 1
    Təlmuda görə, ruh bədəni əhatə edərək, onu gördüyü kimi, Allah da cahanı əhatə edir və hər şeydən xəbərdardır. Amma onu gözlər görə bilmir. Ruhun harada olduğunu dərk edə bilmədiymiz kimi, Allahın da harada olmasını dərk edə bilmərik. Bir halda ki, O, dünyanı əhatə edib. 2
    Tövratda olduqca maraqlı bir şəkildə Allahın dili ilə onun bənzərsiz və misilsiz olmasl qeyd edilir: "Mənə bənzəyən varmı? Xəbər versin." 3
    Yenə həmin Tövratda Allahın göylərə və buludlara hökm etməsi təbiri ilə Onun qüdrətinə işarə edilərək, bənzərsizliyinə təkid edilir: "Ey Yeşurun, bax sənə kömək etmək üçün göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur." 4
    Əhdi-ətiqə görə, Rəbbə oxşar ikinci müqəddəs yoxdur. Orada deyilir: "Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur!" 5
    Yaxud yazılır: "Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?" 6
    4- Allahın gözlə görülməməsi
    Təlmud və Tövrata əsasən Allah gözlə görülməz. Çıxış bölümündə yazılır: "Sonra O davam etdi: Üzümü isə görə bilməzsən"7 Təlmudda yəhudi aliminin imperatorla maraqlı mübahisəsi mövcuddur. Roma imperatoru Hadriat, Rabbi Yahuşu bin Həninaya dedi: Sizin Allahınızı görmək istəyirəm. Rabbi Yahuşu bin Həninaya ona belə cavab verir: Bu qızmar günəşə bax. imperator deyir:
    Baxa bilmirəm.
    Rabbi Yahuşu bin Həninaya deyir: Allahın yaratdığına baxmaq, müşahidə etmək bacarığın yoxdursa, necə ola bilər ki, Yaradanı görəsən? 8
    5- Allahın məkansızlığı
    1 Bəraxut, 31 B; Məxilya, Tövratın Çıxış bölümünün 18-ci ayəsinin təfsirində, 65 A. 2 Bəraxut, 10 A. 3 Yeşaya, 44:7 4 Qanunun tekrari 33:26 5 şamuel, 2: 2 6 Yeşaya, 46:5 7 Çıxış 33:20 8 şamuel, 2: 2Yəhudi alimləri müqəddəs kitablardakı bəzi cümlələri misal gətirərək, Allahın zaman və məkanın fövqündə dayandığını söyləyirlər: ""Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir."1
    "Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim? Rəbb belə bəyan edir: Yeri, göyü Mən doldurmamışammı?" 2
    Bir padşah yatdığı yerdə olarkən, sarayının başqa hissəsində var ola bilməz. Yaxud əksinə. Amma Allah-təalanın pak zatı həm yuxarıları, həm də aşağıları əhatə edib." 3
    Ümumiyyətlə, çox vaxt yəhudi alimləri Allahı "Məkan" adlandırır. Bunun səbəbi isə Allahın məkanı əhatə etməsi, onun fövqündə dayanması, amma dünyanın Onun məkanı olmamasıdır. "Allahın pak zatı dünyanın məkanıdır. Lakin dünya Allahın məkanı deyil." 4
    Bunun yəhudilərin baxışında əxlaqi görüşü ondan ibarətdir ki, insanlar Allahın daim onlara nəzarət etdiyini bilməlidirlər.
    6- Allahın qadirliyi
    Yəhudi alimlərinin fikrincə, Allah-təala mütləq qüdrət sahibidir. Heç bir şey onun qüdrəti xaricində deyil. Onun üçün qeyri-mümkün heç bir şey yoxdur. Müqəddəs kitabda Həzrət Daniel bu haqda deyir: "Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur. Vaxtı və dövrü dəyişdirən Odur. Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur." 5
    Diqqət etmək lazımdır ki, yəhudi dinində ən əsas və bünövrə olaraq, Allahın mütləq qüdrəti göz önünə çəkilir. Xristianlıqda "məhəbbət dini" şüarı və islamda "rəhmət" prinsipi qabardıldığı və bununla tanındığı kimi, yəhudilik demək olar ki, qüdrət dinidir. Mütləq qüdrətə sahib olan Allahın yeganə tayfasının dini kimi tanıtdırılır. Əhdi-ətiqdə dəfələrlə Allahın mütləq qüdrətinə təkid edilir. Deyilir ki, ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, hiddətinin qarşısında millətlər dura bilməz. 6
    1 Məzmur, 148:13. 2 Yeremya, 23:24. 3 Midraş Tahilim, 103 A. 4 Berşit Rabba, 68:10. 5 Daniel, 2:20-22 6 Yeremya,10:10 Salnamələrdə deyilir: "Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik." 1 Yaxud yazılır: "Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz." 2
    7- Allahın alimliyi
    Yəhudi alimlərinin fikrincə, Allah-təala mütləq elmə malikdir və gələcəkdə baş verən hər bir şeyə agahdır. 3 Çünki Rəbb hər şeyi bilən Allahdır, 4 Allah üçün məxfi olan heç bir şey yoxdur. "Allahın adı əbədi olaraq izzətlənsin!... Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur." 5
    Yəhudilərin müqəddəs kitabı Allahın elmində şəkk edənləri ağılsız sayır. Təəccüblə, "necə ola bilər ki, Yaradan yaratdığı şeyin hər bir zərrəsinə və davamiyyətindəki həyatının hər bit nöqtəsinə agah olmasın?"- deyə sual verir. Necə ki deyilir: "Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?- deyirlər. Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə O məni düzəltmədi- deyərmi? Qab onu yaradan barədə O heç nə anlamır- deyərmi?" 6
    8- Allahın həmişəyaşar olması
    Yəhudi alimləri Allah-təalanın əbədi və əzəli olmasına etiqad bəsləyirlər. Bu haqda onlar müxtəlif mənbələrdə təkidlə Allahın əbədi və əzəli olmasına bəyan etmişlər.7
    Tövratda da bu haqda çox saylı məlumatlar mövcuddur. Orada deyilir: "Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: "Əbədi Varlığıma and olsun!" 8 Yaxud yazılır: "Pənahgahın əzəli əbədi Allahdır."1
    1 Salnamələr (1), 29:11-13 2 Salnamələr (2) 20:6 3 Sanhedrin, 90B 4 ġamuel, 2:3 5 Daniel, 2:20-22 6 YeĢaya, 29:15-16; BerĢit Rabba, 1:24 7 Baraxut, 28B 8 Qanunun təkrarı, 32:40
    9- Allahın nöqsansızlığı
    Yəhudi alimləri daim Allah-təalanın paklığına, kamilliyinə və nöqsansızlığına təkid edirlər. Bu paklıq və kamillik, hər bir mənaya şamildir. istər qüdrət və ehtiyacsızlığı, istərsə də, pis əməllərdən uzaqlığına şamildir. "Yeşua xalqa dedi: Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır." 2
    Həmçinin deyilir: "Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm; Çünki Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm." 3
    Yaxud Əhdi-ətiqdə Allah-təala Musaya deyir ki; "Bütün İsrail övladlarının icmasına bəyan edib de: Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm."4
    Tövratın başqa bir yerində isə deyilir: "Allah insan deyil ki, yalan söyləsin, bəşər oğlu deyil ki, fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?" 5
    10-Allahın ədaləti
    Əhdi-ətiqin, Təlmudun və sair müqəddəs kitabların təfsirçiləri daim Allahın ədalətinə təkid edir və buna iman gətirməyin zərurətinə diqqət çəkirlər. Onlar Tövratdan və sair müqəddəs kitablardan nümunələr gətirirlər: "Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur." 6
    Tövrat Allahı "işləri kamil Qaya" adlandırır. Bundan məqsəd, Allahın bütün işlərinin haqq-ədalət üzərində qurulmasına və möhkəm, nöqsansız olmasına diqqət çəkməkdir.7 Yaxud Tövratda Allahın hökmran, tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allah olduğu söylənilir. 8 Bundan əlavə, Tövratda Həzrət İbrahimin Allaha belə müraciət etdiyini görürük: "Axı Sən bunu etməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz."9
    1 Qanunun təkrarı, 33:27 2 Yeşua, 24:19 3 Levililər, 11:44-45 4 Levililər 19:1-2 5 Saylar, 23: 19 6 Qanunun təkrarı, 32:4: Bəraxut, 10 A 7 Qanunun təkrarı, 32:4 8 Qanunun təkrarı, 10:17 9 Varlıq, 18:25
    11-Allahın rəhməti
    Allahın rəhimli olması haqda, yəhudi alimləri ortaq fikirdədirlər. Lakin diqqət etmək lazımdır ki, yəhudilikdə Allahın feli sifərlərinin yəhudi xalqına xas olmasına etiqad bəslənilir. O cümlədən də, Allahın yəhudilərə xüsusi olaraq rəhimli olması qeyd edilir. Lakin yəhudi alimlərinin şəxsi fikirlərinə və müqəddəs kitablarında Allahı yəhudin tayfasına məxsus etmələrinə baxmayaraq, Əhdi-ətiqi araşdırdıqda, daha ülvi və ali mənaların şahidi oluruq. "Onlara de: "Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram" Xudavənd Rəbb bəyan edir." 1
    Müqəddəs mənbələrdə Allahın cismani təsviri
    Təəccübləndirici haldır ki, yəhudilərin müqəddəs kitabları Allahı belə gözəl şəkildə vəsf etdiyinə baxmayaraq, çoxsaylı digər fəsil və cümlələrində Onu sadə bir insandan da aşağı səviyyəyə endirmişdir.
    1- Allahın cisim və insani xüsusiyyətlərə malik olması
    Müqəddəs kitaba görə, Allah insan kimidir, saçı, hörükləri və paltarları var. "Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi." 2
    Allah gözlə görülə bilər, qeyb olur və iki ayağı üstə yol gedir. Tövrata görə, Musa Harun, Nadav, Avihu və israil ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, israilin Allahını görürlər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey olduğunu müşahidə edirlər.3 Tövratda deyilir: "Rəbb Musa ilə üz- üzə, dostu ilə söhbət etdiyi kimi danışardı." 4
    Tövratda yazılana əsasən, Adəm və Həvva günün sərinliyində bağda gəzişən Allahın (ayaq) səsini eşidirlər.5 Həmçinin oxuyuruq ki, Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkilir. Göylərə ucalır.6 Tövrata görə, Allah İbrahimlə bir süfrədə əyləşərək 1 Hezegel, 33:11; Mişna Avuut, 3:15 2 Daniel, 7 fəs. 8-ci cüm 3 Çıxış, 24:9-10 4 Çıxış, 33:11 5 Varlıq, 3:8 6 Varlıq, 35:13  yemək yeyir. İbrahim (ə) Onun ayağını yuyur və xəmirdən hazırlanmış çörəyə, yağa, südə, qızardılmış dana ətinə qonaq edir. 1
    2- Allahın elminin məhdud olması
    Tövratın müxtəlif yerlərində Allahın elminin məhdud olması, ən adi məsələlərə belə agah olmaması qeyd edilir. "Rəbb yenə dedi: Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim."2 Varlıq, 1-ci fəs. 1-26-cı cümlələrə istinadən, Allahın dünyanı yaradarkən, ən adi varlıqların keyfiyyətindən xəbərsiz olduğunu bəyan edir. Yaratdıqdan sonra onun yaxşı olduğuna agah olur. Tövrata görə, başlanğıcda Allah göyləri və yeri yaradır. Yer quruluşsuz və boş, dərin sular üzərində qaranlıq hökm etdiyi zaman, Allahın Ruhu suların üzərində dolaşır. Allah deyir: "Qoy işıq olsun". işıq olur. Allah görür ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırır. Allah qurunu "yer", su yığınlarını isə "dənizlər" adlandırdıqdan sonra, görür ki, bu da yaxşıdır. Yalnız ağaclar meyvə gətirdikdən sonra Allah görür ki, bu yaxşıdır. Allah ulduzları göy qübbəsinə qoydurdan sonra yer üzünə işıq saçdığına görə, gündüzü və gecəni idarə etdiyi və işığı qaranlıqdan ayırdığı üçün onun yaxşı olduğunu anlayır. Ümumiyyətlə, Tövrata görə Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını, yerdə sürünən bütün canlıları, bütün qanadlı quşları, nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları yaratdıqdan sonra anlayır ki, bu, yaxşıdır.
    BIBLIYA ALLAHI ELMSIZLIKDƏ ADI BIR INSAN HƏDDINDƏN DƏ AġAĞIYA ENDIRIR. FIRONU VƏ ONUN ƏTRAFINDAKI ZALIM şƏXSLƏRI «GECƏ CƏZALANDIRMAQ» FIKRINƏ DÜşƏN «ALLAH» (GUYA) ONLARIN EVINI TANIMADIĞI ÜÇÜN, MUSAYA (Ə) QUZU KƏSMƏYI VƏ ONUN QANINI MÖ- MIN ADAMLARIN QAPISINA VURMAĞI TAPġIRIR. ÇÜNKI MÖMINLƏRIN EVINI ZALIMLARIN EVI ILƏ SƏHV SALACAĞINDAN QORXUR. QUZU QANI ISƏ BIR NIġANƏ KIMI ONA KÖMƏK OLA BILIR.
    Çıxış, 12-ci fəsil, 12-13-cü cümlələrdə yazılır: "Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət 1 Varlıq, 18-ci fəs. 1-16-cı cüm. 2 Varlıq, 18:20-21 olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək."
    3- Allahın kamil olmaması
    Xristianların müqəddəs saydıqları bu kitaba əsasən Allah tutduğu səhv əməllərdən peşman olaraq kədərlənir. O guya insanı yaratdığına görə, başqa bir yerdə isə Talutu (şaulu) padşah etdiyinə peşman olaraq ürəyində kədərlənir. Çünki Talut Allahın əmrlərinə itaət etməyərək sözlərini yerinə yetirməyir.1 Allah qəzəblənərək deyir ki, yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam. 2
    4- Allahın mütləq qüdrətə malik olmaması
    Yəhudilərin müqəddəs kitablarının yazdığına görə, Allah mütləq qüdrətə malik deyil. Hətta insanların qarşısında belə acizdir. Tövratda Allahın insanlardan qorxduğu qeyd olunur. Varlıq, 11-ci fəsil, 1-11-ci cümlələrdə uca bir qüllə tikməyə başlayan insanları görən Allah bundan xoflanaraq öz mələklərinə deyir: "Budur, onlar vahid xalqdır, dilləri də eynidir. Bundan sonra fikirlərində tutduqları hər şeyi etməyə qadir olacaqlar. Gəlin aşağı düşək, onların dillərini elə dəyişək ki, bir-birlərini başa düşməsinlər."
    Açıq deyilməsə də, Varlıq, 2-ci fəsil, 2-ci cümlələr və 7-ci fəsil, 22-ci cümlədə belə bir fikir hasil olur ki, altı günlük yaradıcılıqdan sonra Allah yorulur və buna görə də «yeddinci günü» (şənbə) özü üçün rahatlıq günü sayır, istirahət etməyə başlayır. "Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi."3
    Allahı kiçildən fəsillərdən biri də Varlıq, 32-ci fəsil, 22-30-cu cümlələrdir. Burada gecə- dən sübhədək Yaqubla (ə) güləĢən Allah, ona məğlub olur və ombasının oynağı yerindən çıxır. Allah Yaquba (ə) yalvararaq Onu buraxmasını xahiĢ edir. Allaha qələbə çaldığı üçün adını israil qoyur.
    Tövratda bu hadisə tam şəkildə belə təsvir edilir ki, Yaqub (ə) gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayını keçir. Sonra Yaqub (ə) tək qalır. Dan yeri sökülənə qədər bir ġəxs (Allah) onunla güləşir. Yaquba üstün gələ bilmədiyini1 şamuel (1), 15:11; şamuel (1), 15:35 2 Varlıq, 6-cı fəs. 6-7-ci cüm. 3 Çıxış, 20:11 görüb onun budunun oynağına zərbə vurur. O ġəxslə güləşərkən Yaqubun (ə) budunun oynağı zədələnir. O şəxs acizanə deyir: Burax, gedim, çünki səhər açılır. Yaqubun (ə) əlinə fürsət düşərək, deyir:
    MƏNƏ XEYIR-DUA VERMƏSƏN, SƏNI BURAXMARAM. ŞƏXS SORUġUR: ADIN NƏDIR? O DEYIR: YAQUB. O ŞƏXS "ARTIQ SƏNƏ YAQUB DEYIL, İSRAIL DEYILƏCƏK, ÇÜNKI SƏN ALLAHLA VƏ INSANLARLA GÜLƏġIB ÜSTÜN GƏLMISƏN". YAQUB ALLAHI ÜZ-ÜZƏ GÖRÜB VƏ SALAMAT QALDIĞI ÜÇÜN ALLAHLA GÜLƏġDIYI YERIN ADINI PENIEL QOYUR.
    Bibliyanın müasir tədqiqatçılarından olan Q. Qei deyir: «Müqəddəs kitab çoxallahlıq mifologiyasını dəfələrlə aşkar şəkildə özündə əks etdirir.» Tövratda oxuyuruq: "Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı?" 1 Zəburda deyilir: "Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur!" 2 "Axı Rəbb böyük Allahdır. Bütün allahlar üzərində əzəmətli Padşahdır." 3
    Əlbəttə, bəzi yəhudi tədqiqatçılar, burada "allahlar"dan məqsədin padşahlar olduğunu iddia edir. Bu məsələ, qismən həqiqətə uyğun olsa da,4 Zəburdakı bir sıra məsələlərin diqqət xaricində qalması mümkün deyil. Zəburda mövcud olan çoxsaylı nümunələrə görə «Allahın» dünyanın yaranmasından əvvəl bir sıra əjdahalarla mübarizə aparmalı olmuşdur. Məsələn: Zəburda Allaha xitabən deyilir: "Sən dənizi Öz qüdrətinlə böldün, dəniz əjdahalarının başlarını əzdin. Sən Livyatanın başlarını əzdin, onu çöl heyvanlarına yem etdin." 5
    Zəbur Livyatanı bir tərəfdən balıq, bir tərəfdən əjdaha, gah Allahın yaratdığı dərkedilməz bir qüvvə, gah da ki Allahla mübarizəyə başlamış güclü varlıq kimi təsvir edir. Başqa bir yerdə qeyd edilir ki, bu balığın gündəlik yeməyi uzunluğu üç yüz mil olan iri buynuzlu balıqlardır. 6
    1 Çıxış, 15:11 2 Məzmur, 86:8 3 Məzmur, 95:3 4Belə nəzərə gəlir ki, həmin tədqiqatçıların sözlərində həqiqət vardır. Çünki, Əhdi-ətiqin bir çox yerlərində padşahlara "allahlar" deyə müraciət edilib. Burada "allah" padşah mənasına işlədilib. Nümunə olaraq, Məzmur, 82:1-8 baxın. 5 Zəbur, 74-cü fəs. 13-14-ci cüm 6 Yeşaya, 27:1; Əyyub, 41:1-34; Məzmur, 104:26
    Təlmudda isə bu balıq barədə belə yazılır: «Allah gündə 12 saat məşğul olur. Birinci 3 saat oturub tövratı oxuyur. İkinci 3 saatı kainatı mühakimə edir. Əgər o, dünyanı dağıtmaq qərarına gəlirsə, mühakimə taxtından qalxıb mərhəmət taxtına əyləşir. Üçüncü 3 saat isə Tanrı bütün canlıların ruzisini verir. Dördüncü üç saat da isə Livyatan balığı ilə oynayır.» Təlmudda Allah çox vaxt tam maddi şəkildə və cismi xüsusiyyətlər ilə təsvir edilir: Allah namaz qılır və Tövrat oxuyur.1 Bəndələrinin çətinliklərinə və əzab-əziyyətlərinə ağlayır.2 Xəstələrə təsəlli verir və dəfn mərasimlərində iştirak edir. 3
    Yəhudilikdə səlbi ilahiyyat anlayışı
    Yəhudi filosofları və sxolastikləri Filonun4 (m. ə. 15 – m. s. 50) təsirlənərək, Allahın sifətlərini tanımağın, ona xüsusiyyətlər nisbət verməyin mümkünsüz olmasını ortaya atmışlar. İbrahim bin Davud (1110-1180) deyirdi ki, Allaha aid olan bütün xüsusiyyətləri, yalnız səlbi şəkildə, yəni; əksinin Onda olmamasını söyləyərək Yaradana nisbət verə bilərik.5 Musa bin Məymun "Dəlalətül-hairin" kitabının çox böyük hissəsini bu məsələyə ayırmışdır. O, demək olar ki, yəhudilikdəki səlbi ilahiyyatın ən bariz şəxsiyyətlərindəndir. Onun fikrincə, hətta Allahın bir olduğunu söyləmək də, düzgün deyildir. Tövhid belə, səlbi şəkildə bəyan edilməlidir. Yəni; "Allah birdir" söyləmək əvəzinə, "Allah iki və ya çox deyildir" demək lazımdır. Çünki, zat vahiddirsə, onun sifət və xüsusiyyətləri olmamalıdır. Əks təqdirdə vahid olmayacaqdır.6 ibn Məynun fikrincə, tələffüz etdiyimiz bütün kamal xüsusiyyətləri ən ali mənasında belə Allaha nisbət versən yenə də naqisdir. 7 Allaha müsbət xüsusiyyətləri nisbət verdikdə, onun çoxlu xüsusiyyətlərinin olmasına inanırıq, bu da bir növ şirkə doğru aparır. Dilimizdə onun bir olmasını söyləsək də, qəlbimiz bu xüsusiyyətləri nəzərə alaraq, Onu çoxaldır. Amma yalnız onda olmayan xüsusiyyətləri dilə gətirsək, buna inansaq, söylədiyimiz problemlər meydana çıxmayacaqdır. Səlbi sifətlər bizə imkan verir ki Allahı daha yaxşı tanıyaq. Allahı hər nə qədər xüsusiyyətlərdən tənzih edərək vəsf etsək, bir o qədər tanımış olarıq. Bu, qüsursuz bir vəsf yoludur. 8
    1 Evudaraza, 3B 2 Həgiga, 5B 3 Barəşit Rabba, 8:13 4 Runia, 1998, p 359 5 Samuelson, 1998, p 606 6 Dəlalətül-hairin, səh. 143, ibn Məymun, Ankara, 1972 7 Dəlalətül-hairin, səh. 135, ibn Məymun 8 Dəlalətül-hairin, səh. 139-140, ibn Məymun 
     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 29 Ocak 2016 16:04 | İstifadəçi | Şərh yazdı
    Elhemdulillah cox sukur Allahimin boyukluyune ki, bizide duzgun yolda olanlardan qerar verib. Allah hec bir zaman ,da qiyamete qeder bizleri bu duzgun yoldan casdirmasin ,bizleri seytan ve seytana benzer insanlardan uzaq etsin in sa Allah amin Allah.Allah razi olsun qardas cox deyerli dersliydi .

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 29 Ocak 2016 12:35 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun. Yehudiler nece ibadet edirler? Allahi nece tesevvür edirler? Bu suallar hemise meni düşündürürdü çox sağ olun sayenizde birazda olsa öyrendim.Şükür Allaha bizə doğru dinə yönətmiş.Əlhəmdulillah...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.